Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gömrük rüsumu — malların gömrük dəyərinə görə faizlə hesablanması. Tətbiq olunduğu obyektə görə rüsumlar idxal, ixrac və tranzit rüsumlarına bölünür. İdxal rüsu

Gömrük rüsumu

  • Ana Səhifə
  • Vikipediya
  • Gömrük rüsumu

Gömrük rüsumu — malların gömrük dəyərinə görə faizlə hesablanması. Tətbiq olunduğu obyektə görə rüsumlar idxal, ixrac və tranzit rüsumlarına bölünür. İdxal rüsumları əsasən, idxal olunmuş mallar daxili bazarda sərbəst dövriyyə üçün buraxıldığı hallarda tətbiq olunur. Bu rüsumlar demək olar ki, bütün ölkələr tərəfindən daxili bazarın xarici rəqabətin zərərli təsirindən qorunması məqsədi ilə tətbiq olunur.

Mündəricat

İxrac rüsumu

İxrac rüsumları nisbətən az, əsas etibarı ilə strateji əhəmiyyətli məhsulların ixracı samanı tətbiq olunur.ABŞ da ixrac rüsumlarının tətbiqi konstitusiya ilə qadağan olunur.

İdxal rüsumu

İdxal rüsumlarının ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri müxtəlif olub ölkənin dünya təsərrüfatındakı iqtisadi çəkisi ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisadiyyatının da kiçik iqtisadiyyat olduğunu nəzərə alaraq idxal rüsumlarının kiçik iqtisadiyyatlara təsirini araşdıraq. Məlumdur ki, idxal mallarına rüsumların tətbiqi daxili bazarda bu malların qiymətini artıracaq. Nəticədə həmin malların ölkə daxilində istehsalı artacaq, idxal mallarına tələb isə azalacaq.Bu idxalın həcminin azalmasına səbəb olacaq, çünki, daxili təkliflə daxili tələbin həcmi arasındakı fərq azalır.

Tranzit rüsumu

Tranzit rüsumları nadir hallarda, əsasən ticarət müharibəsi vasitəsi kimi tranzitlərə tətbiq olunur.

Spesifik rüsum

Spesifik rüsumlar malın vahid miqdarına görə konkret məbləğ şəklində müəyyən edilir. Bu rüsumların müsbət cəhəti hesablanmasının sadəliyi və sui –istifadə hallarının mümkün olmamasıdır. Ancaq bu halda müdafiə səviyyəsi malın qiymətinin dəyişməsindən çox asılı olur.Malların idxal qiymətlərinin artması daxili bazarın spesifik rüsumlarla müdafiəsi səviyyəsinin aşağı düşməsinə səbəb olur və əksinə, idxal qiymətlərinin enməsi ilə müdafiə səviyyəsi yüksəlir.

Kombinə edilmiş rüsum

Kombinə edilmiş rüsumlarda əvvəlki iki üsulun qarışığı istifadə olunur. Rüsum normasının növünə görə rüsumlar – daimi və dəyişən rüsumlara bölünür.

Daimi rüsum

Daimi rüsumlar –dövlət tərəfindən birdəfəlik müəyyən olunur və şəraitdən asılı olaraq dəyişmir.

Dəyişən rüsum

Dəyişən gömrük rüsumları – dövlət tərəfindən müəyyən olunmuş şərtlər daxilində (dünya qiymətlərinin dəyişməsi, dövlət subsidiyalarının səviyyəsindən asılı olaraq) dəyişən rüsumlardır. Bu rüsumlar çox nadir hallarda, məsələn, Avropa İttifaqı da vahid kənd təsərrüfatında tətbiq edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gömrük rüsumu sözünün mənası, gömrük rüsumu haqqında məlumat. gömrük rüsumu nədir? gömrük rüsumu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Paralimpiya Oyunları

  • Mart 01, 2026

    Xəzər adaları

  • Fevral 26, 2026

    UTC−08:00

  • Fevral 27, 2026

    İshaq Rabin

  • Fevral 27, 2026

    Dövrü(tsikl) işsizlik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst