Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəza

Goranboy əməliyyatı

  • Ana Səhifə
  • Vikipediya
  • Goranboy əməliyyatı

Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir.[mənbə göstərilməlidir]

Goranboy əməliyyatı
Qarabağ münaqişəsi
Tarix 12 iyun 1992 – mart 1993
Yeri Goranboy rayonu və Tərtər rayonu bölgəsi
Nəticəsi Azərbaycan Ordusu Dağlıq Qarabağ seperatçılarının müqavimətini sarsıtmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 % torpağını geri qaytarmışdır. Lakin ümumi strateji hədəfə çatmağa nail olmamışdır.
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan

Komandan(lar)

Surət Hüseynov
İsgəndər Həmidov
Rövşən Cavadov

Manvel Yegizaryan

Vladimir Şamanov
Tərəflərin qüvvəsi

8.000 qoşun;
əlavə 4 batalyon;
110 tank
azı 70 BTR və BMP
Azərbaycan OMON u (XTPD)

Xüsusi təyinatlı dəstələr:
"Arabo";
"Aramo";
"Artziv 9";
"Zeytun";
"Nikol Duman";
"Zoravar Andranik";
"Meğradzor"

İtkilər

Dəqiq məlumat yoxdur. [Mənbə göstərin]

20 vətəndaş əsir götürülür. (sonradan hamısı azad olunmuşdur). Goranboy bölgəsinin etnik erməni əhalisi ərazini məcburi qaçaraq tərk etmişdir.

    Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır.

    Mündəricat

    Hücumun başlanması

    12 iyun 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücuma başlayır. Ümumi 4.000 nəfərdən ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlər nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq.

    Əsas hücum

    13 iyun 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər.

    Ağdərə döyüşü

    15 iyun 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başladı. Sərt müqavimətlə üzləşən Azərbaycan ordusu bir neçə gün ərzində rayonu mühasirəyə almağa nail oldu. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdi.[mənbə göstərilməlidir]

    Ermənilərin ilkin əks-hücumları

    25 iyun 1992-ci il, səhər saat 10:33 radələrində erməni könüllü dəstələri (Arabo, Aramo, Artziv 9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor) Yuxarı Oratağ kəndində birləşərək sürətli əks-hücuma keçdilər. Gecə ikən, 65 nəfərdən ibarət Aramo dəstəsi və əlavə 10 könüllü Qızıloba kəndini yenidən işğal etdilər. Bu azərbaycanlılar arasında böyük psixoloji təsir yaratmış və döyüş zamanı 30–40 Azərbaycan əsgəri həlak olmuşdur.[mənbə göstərilməlidir]

    Ağdərənin azad olunması və irəliləyişlər

    4 iyul 1992-ci ildə uzun mühasirədən sonra Ağdərə (Mardakert) şəhəri azad edildi. Ermənilər vahimə içində ərazini tərk edir. Erməni hərbi qüvvələri Xankəndinin cənub tərəfinə doğru geri çəkilmiş və azərbaycanlıların hər hansı bir ciddi hücumu olacağı təqdirdə Mardakert rayonundakı mühüm hidroelektrik bəndin partladılmasını planlaşdırırdı. Lakin buna baxmayaraq döyüşlər dağlıq bölgədə baş tutduğundan irəliyə getmək çox çətin idi və erməni hərbi birləşmələrinin müqavimətini qırmaq mümkün olmadı. Azərbayacan hərbi qüvvələri ağır itkilərlə geri çəkilməyə məcbur olur.

    Robert Köçəryanın bildirdiyinə görə, Azərbaycan ordusu bu vaxta kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 %-nə nəzarəti təmin edərək, erməni vətəndaşları arasında panika yaratmaq istəyir. Goranboy əməliyyatı 60.000 əhalini qaçqın və məcburi köçkün vəziyyətinə salmış, yüzlərlə şəxs əsir və itkin düşmüşdür.[mənbə göstərilməlidir] Yaranmış bu şəraitdən istifadə edərək Azərbaycan prezidenti Əbülfəz Elçibəy səfərbərlik barədə fərman imzaladı və 1991–1992-ci ildə ordudan tərxis olunanlar yenidən orduya çağırıldı. Bu arada, Azərbaycan hərbi qüvvələri Xankəndidən 15 dəqiqəlik məsafədə olan Sırxavənd kəndində hazır mövqedə dayanmışdılar.

    Rusların ermənilərə dəstəyi

    18 iyun 1992-ci ildə Dağlıq Qarabağdakı erməni rejimi fövqəladə vəziyyət elan etdi, 15 avqustda isə müdafiə nazirliyinin yaradıldığını elan etdi. Nazirliyə ilk dövrlər Robert Köçəryan, sonradan isə Serj Sarkisyan rəhbərlik etmişdir. Özünü müstəqil elan etmiş DQR-də qismən səfərbərlik çağırışı elan edildi, əvvəllər hərbi xidmətdə olmuş 18–40 yaşlı əsgər və çavuşlar döyüşlərə cəlb edildi. Yeni çağırışçılarla birlikdə onların sayı 15.000-ə çatırdı. Hərbi islahatlar sürətlə keçirilməsi nəticəsində könüllü erməni dəstələri vahid komandanlıq altında döyüş vəziyyətinə gətirildi və nəticədə Dağlıq Qarabağ Müdafiə Ordusu (DQMO) yaradıldı.

    Rus generalı Lev Roxlinin sözlərinə görə, Rusiya Mozdokdakı hərbi bazasından döyüş bölgəsinə gətirdiyi T-72 tankları və 50 ədəd BMP-2 hərbi döyüş texnikası ilə ermənilərə kifayət qədər güclü dəstək vermişdir. Hərbi sursatların əksəriyyəti Antonov An-124 yük təyyarəsi vasitəsilə Dağlıq Qarabağa daşınırdı. Bu isə ermənilərin əldən verdikləri torpaqları yenidən geri qaytarmalarına zəmin yaratdı.

    Ermənilərin müqaviməti

    Dağlıq Qarabağ Müdafiə Ordusunun təşkil olunmasından sonra Azərbaycanın irəliləməsi uğursuzluqla üzləşdi. 1992-ci ilin sentyabr-dekabr aylarında Azərbaycan ordusu ciddi müdafiə və əks-hücumla qarşılaşaraq ağır itkilərlə üzləşdi. Surət Hüseynov öz tabeliyində olan diviziyaların Ağdərədən Gəncəyə doğru irəliləməsini əmr etdi. Orada da qərarlaşmayan Hüseynov Bakıda dövlətə qarşı hərbi qiyam qaldırmaq və Elçibəyi hakimiyyətdən devirmək niyyətində idi. Bu və digər səbəblərdən bölgədə baş vermiş uğurlu əməliyyatların davamı olmamış, əksinə geri qaytarılan torpaqların bir hissəsi yenidən itirilmişdir.[mənbə göstərilməlidir]

    Populyar mədəniyyətdə

    Bu əməliyyat Rusiyanın "Beşinci kanal" ("rus. Пятый канал") telekanalında yayımlanan "600 saniyə" ("rus. 600 секунд") verilişində geniş müzakirə olunmuş, aparıcı Aleksandr Nevzorov Goranboy əməliyyatı barədə şok müsahibə ilə efirdə çıxış etmişdir.

    Həmçinin bax

    • Çaykənd əməliyyatı
    • Kəlbəcər əməliyyatı
    • Horadiz əməliyyatı

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Goranboy əməliyyatı haqqında məlumat. Goranboy əməliyyatı nədir? Goranboy əməliyyatı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Rumıniyada qaqauzlar

    • Fevral 10, 2026

      Sənaye inqilabı

    • Fevral 27, 2026

      Nuh peyğəmbər

    • Fevral 27, 2026

      1915-ci il

    • Fevral 27, 2026

      Xakas dilləri

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst