Georgi Məmmədov (tam adı: Georgi Ənvəroviç Məmmədov, rus. Гео́ргий Энве́рович Маме́дов; 9 sentyabr 1947, Moskva) — Azərbaycan əsilli SSRİ və Rusiya diplomatı, Rusiyanın Kanadadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri (2003–2014).
| Georgi Məmmədov | |||||
|---|---|---|---|---|---|
| Georgi Ənvər oğlu Məmmədov | |||||
![]() Georgi Məmmədov, 2014-cü il | |||||
| 5 iyun 2003 – 24 oktyabr 2014 | |||||
| Əvvəlki | Vitali Çurkin | ||||
| Sonrakı | Pyotr Ilyiçev Vasili Nebenzya | ||||
| 28 dekabr 1991 – 5 iyun 2003 | |||||
| Şəxsi məlumatlar | |||||
| Doğum tarixi | |||||
| Doğum yeri | Moskva, Rusiya SFSR, SSRİ | ||||
| Partiya |
| ||||
| Təhsili | Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu | ||||
| İxtisası | Diplomat | ||||
| Fəaliyyəti | diplomat | ||||
| Atası | Ənvər Məmmədov | ||||
| Elmi fəaliyyəti | |||||
| Elmi dərəcəsi | Tarix Elmləri üzrə fəlsəfə doktoru | ||||
| | |||||
| Təltifləri | | ||||
Həyatı
Azərbaycanlı olan Georgi Məmmədov 1962–1985-ci illərdə Radio və Televiziya Yayımları Dövlət Komitəsi sədrinin müavini Ənvər Məmmədovun ailəsində anadan olmuşdur.
1970-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Tarix elmləri namizədidir. İngilis və İsveç dillərini bilir.
1970–1974-cü illərdə SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun aspiranturasında oxuyub.
1972–1973-cü illərdə SSRİ-nin ABŞ-dakı səfirliyində təlim keçdi,1974–1977-ci illərdə — ABŞ və Kanada İnstitutunun kiçik elmi işçisi olub.
Diplomatik fəaliyyəti
- 1977–1981-ci illər SSRİ-nin ABŞ-dakı səfirliyində işləmiş: attaşe, səfirliyin ikinci, üçüncü, katibi.
- 1981–1989-cu illər SSRİ Xarici İşlər Nazirliyinin birinci, ikinci katibi, məsləhətçisi, şöbə müdirinin müavini, ABŞ və Kanada Ofisi rəhbərinin birinci müavini.
- 1989–1990-cı illər ABŞ və Kanada, SSRİ Xarici İşlər Nazirliyi Ofisi rəhbərinin birinci müavini.
- 1990–1991-ci ilər SSRİ Xarici İşlər Nazirliyinin ABŞ və Kanada nümayəndəliyinin rəhbəri.
- 1991-ci il Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini.
- 1993–1995-ci illər Rusiya Federasiyasının xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq üzrə idarələrarası komissiyasının üzvü idi.
- 1993–1994-cü illər Rusiya Federasiyasının ərazisində kimyəvi silahların məhv edilməsi obyektlərinin yerləşdirilməsi üçün ərazilərin seçilməsi üzrə Hökumət Komissiyasının üzvü.
- 1994–1995-ci illər Rusiya Federasiyasının sərhəd maraqlarının müdafiəsi üzrə idarələrarası komissiyanın rəhbəri.
- 1995 — Rusiya Federasiyasının beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla əməkdaşlıq üzrə idarələrarası komissiyası rəhbərinin və G-7 müavini.
- 1995–1996-cı illər Rusiya Federasiyasının müdafiə sənayesi üzrə Dövlət Komitəsinin üzvü.
- 1997-ci il Rusiya Federasiyası Təhlükəsizlik Şurasının müdafiə təhlükəsizliyi üzrə idarələrarası komissiyasının tərkibində olmuşdur.
- 1997–2003 — Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini olub.
- 2003–2014-cü illər Rusiya Federasiyasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olub.
Ailəsi
- Qızı — Tatyana Məmmədova, geyim dizayneri.
- Övladlığa götürülmüş oğlu Sergey Məmmədov — "Volgaburmaş" şirkətinin sahibi, BTM Qrup ASC-nin idarə heyətinin sədri.
- Nəvələri — David və Leo, Tatyananın övladları və Pavel, Sergeyin tennisçi Anastasiya Mıskina ilə qanuni evliliyindən olan oğlu..
Diplomatik rütbə
Fövqəladə və Səlahiyyətli Səfir (5 iyun 1992)
Mükafatları
- "Fəxri Fərman" (7 iyun 1996) — dövlətə göstərdiyi xidmətlər və uzun illər vicdanla çalışdığı üçün.
- Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində fəal iştirakına və uzun illərin vicdanla işləməsinə görə — IV dərəcəli "Vətənə xidmətə görə" ordeni (14 noyabr 2002).
- 26 il Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəyə və vicdanlı diplomatik xidmətə görə — "Mükəmməl xidmətə görə" ordeni, (26 yanvar 2008).
- Rusiya Federasiyası Prezidentinin fəxri Sertifikatı (16 noyabr 2012) — Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsindəki xidmətlərinə görə.
- Rusiya Federasiyasının Diplomatik Xidmətinin əməkdar işçisi (21 dekabr 2013) — Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəsinə, elmi və pedaqoji fəaliyyətinə və uzun illər vicdanla çalışmasına görə.
- "Xalqların dostluğu" ordeni.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Georgi Məmmədov haqqında məlumat. Georgi Məmmədov nədir? Georgi Məmmədov nə deməkdir?
