Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Georgi Məmmədov (tam adı: Georgi Ənvəroviç Məmmədov, rus. Гео́ргий Энве́рович Маме́дов; 9 sentyabr 1947, Moskva) — Azərbaycan əsilli SSRİ və Rusiya diplomatı, R

Georgi Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Georgi Məmmədov

Georgi Məmmədov (tam adı: Georgi Ənvəroviç Məmmədov, rus. Гео́ргий Энве́рович Маме́дов; 9 sentyabr 1947, Moskva) — Azərbaycan əsilli SSRİ və Rusiya diplomatı, Rusiyanın Kanadadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri (2003–2014).

Georgi Məmmədov
Georgi Ənvər oğlu Məmmədov
Georgi Məmmədov, 2014-cü il
Georgi Məmmədov, 2014-cü il
Rusiya Federasiyasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri
5 iyun 2003 – 24 oktyabr 2014
ƏvvəlkiVitali Çurkin
SonrakıPyotr Ilyiçev
Vasili Nebenzya
Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini
28 dekabr 1991 – 5 iyun 2003
Şəxsi məlumatlar
Doğum tarixi 9 sentyabr 1947 (78 yaş)
Doğum yeri Moskva, Rusiya SFSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
İxtisası Diplomat
Fəaliyyəti diplomat
Atası Ənvər Məmmədov
Elmi fəaliyyəti
Elmi dərəcəsi Tarix Elmləri üzrə fəlsəfə doktoru

Təltifləri
"Şərəf" ordeni (Rusiya)"Xalqlar dostluğu" ordeni
"Qüsursuz xidmətə görə" Fəxri nişanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Azərbaycanlı olan Georgi Məmmədov 1962–1985-ci illərdə Radio və Televiziya Yayımları Dövlət Komitəsi sədrinin müavini Ənvər Məmmədovun ailəsində anadan olmuşdur.

1970-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Tarix elmləri namizədidir. İngilis və İsveç dillərini bilir.

1970–1974-cü illərdə SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun aspiranturasında oxuyub.

1972–1973-cü illərdə SSRİ-nin ABŞ-dakı səfirliyində təlim keçdi,1974–1977-ci illərdə — ABŞ və Kanada İnstitutunun kiçik elmi işçisi olub.

Diplomatik fəaliyyəti

  • 1977–1981-ci illər SSRİ-nin ABŞ-dakı səfirliyində işləmiş: attaşe, səfirliyin ikinci, üçüncü, katibi.
  • 1981–1989-cu illər SSRİ Xarici İşlər Nazirliyinin birinci, ikinci katibi, məsləhətçisi, şöbə müdirinin müavini, ABŞ və Kanada Ofisi rəhbərinin birinci müavini.
  • 1989–1990-cı illər ABŞ və Kanada, SSRİ Xarici İşlər Nazirliyi Ofisi rəhbərinin birinci müavini.
  • 1990–1991-ci ilər SSRİ Xarici İşlər Nazirliyinin ABŞ və Kanada nümayəndəliyinin rəhbəri.
  • 1991-ci il Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini.
  • 1993–1995-ci illər Rusiya Federasiyasının xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq üzrə idarələrarası komissiyasının üzvü idi.
  • 1993–1994-cü illər Rusiya Federasiyasının ərazisində kimyəvi silahların məhv edilməsi obyektlərinin yerləşdirilməsi üçün ərazilərin seçilməsi üzrə Hökumət Komissiyasının üzvü.
  • 1994–1995-ci illər Rusiya Federasiyasının sərhəd maraqlarının müdafiəsi üzrə idarələrarası komissiyanın rəhbəri.
  • 1995 — Rusiya Federasiyasının beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla əməkdaşlıq üzrə idarələrarası komissiyası rəhbərinin və G-7 müavini.
  • 1995–1996-cı illər Rusiya Federasiyasının müdafiə sənayesi üzrə Dövlət Komitəsinin üzvü.
  • 1997-ci il Rusiya Federasiyası Təhlükəsizlik Şurasının müdafiə təhlükəsizliyi üzrə idarələrarası komissiyasının tərkibində olmuşdur.
  • 1997–2003 — Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini olub.
  • 2003–2014-cü illər Rusiya Federasiyasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olub.

Ailəsi

  • Qızı — Tatyana Məmmədova, geyim dizayneri.
  • Övladlığa götürülmüş oğlu Sergey Məmmədov — "Volgaburmaş" şirkətinin sahibi, BTM Qrup ASC-nin idarə heyətinin sədri.
  • Nəvələri — David və Leo, Tatyananın övladları və Pavel, Sergeyin tennisçi Anastasiya Mıskina ilə qanuni evliliyindən olan oğlu..

Diplomatik rütbə

Fövqəladə və Səlahiyyətli Səfir (5 iyun 1992)

Mükafatları

  • "Fəxri Fərman" (7 iyun 1996) — dövlətə göstərdiyi xidmətlər və uzun illər vicdanla çalışdığı üçün.
  • Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində fəal iştirakına və uzun illərin vicdanla işləməsinə görə — IV dərəcəli "Vətənə xidmətə görə" ordeni (14 noyabr 2002).
  • 26 il Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəyə və vicdanlı diplomatik xidmətə görə — "Mükəmməl xidmətə görə" ordeni, (26 yanvar 2008).
  • Rusiya Federasiyası Prezidentinin fəxri Sertifikatı (16 noyabr 2012) — Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsindəki xidmətlərinə görə.
  • Rusiya Federasiyasının Diplomatik Xidmətinin əməkdar işçisi (21 dekabr 2013) — Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəsinə, elmi və pedaqoji fəaliyyətinə və uzun illər vicdanla çalışmasına görə.
  • "Xalqların dostluğu" ordeni.

Həmçinin bax

  • Ənvər Məmmədov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Georgi Məmmədov haqqında məlumat. Georgi Məmmədov nədir? Georgi Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Sosiologiya

  • Fevral 27, 2026

    Qabaqcadan görmək

  • Fevral 26, 2026

    Kastiliya

  • Fevral 27, 2026

    14 (ədəd)

  • Fevral 27, 2026

    Kris Hemsvort

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst