Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Güzgü həyat (həmçinin əks təsvirli həyat; ing. Mirror life; Mirror-image life) – molekulları təşkil edən blokların güzgü əksi olan nəzəri həyat formasıdır. Güzg

Güzgü həyat

  • Ana Səhifə
  • Vikipediya
  • Güzgü həyat

Güzgü həyat (həmçinin əks təsvirli həyat; ing. Mirror life; Mirror-image life) – molekulları təşkil edən blokların güzgü əksi olan nəzəri həyat formasıdır. Güzgü həyatın mümkünlüyü ilk dəfə Lui Paster tərəfindən irəli sürülmüşdür. Bu alternativ həyat forması təbiətdə aşkar edilməsə də, biologiyanın molekulyar mexanizmlərinin güzgü görüntüsünü yaratmaq üçün elmi araşdırmalar artıq davam edir.

2024-cü ilin dekabrında aparıcı süni biologiya tədqiqatçıları və Nobel mükafatı laureatları da daxil olmaqla, alimlərin geniş koalisiyası güzgü həyatın, o cümlədən, güzgü bakteriyalarının yaradılmasının bütün dünyada insan sağlamlığına və ekosistemlərə "görünməmiş və geri dönməz zərər" verə biləcəyi barədə xəbərdarlıq edib. Belə ki, güzgü həyatın immun müdafiədən qaçmaq və təbii ekosistemləri işğal etmək potensialı "insanlar da daxil olmaqla, bitki və heyvan növlərinin əhəmiyyətli bir hissəsində yayılması mümkün olan öldürücü infeksiyalara" səbəb ola bilər. Bu riskləri nəzərə alaraq alimlər belə qənaətə gəliblər ki, güzgü orqanizmlər onların təhlükəsizliyinə dair inandırıcı sübutlar olmadan yaradılmamalıdır.

Homoxirallıq

Yer kürəsində həyat üçün vacib olan molekulların bir çoxu iki güzgü təsviri şəklində mövcud ola bilər ki, bunlara "sol əlli" və "sağ əlli" deyilir, burada "əl" dedikdə polyarizasiya olunmuş işığın saf molekul məhlulundan keçərkən əyildiyi istiqamət nəzərdə tutulur. Lakin canlı orqanizmlər hər iki tərəfi istifadə etmir. Zülallar yalnız sol əlli aminturşulardan ibarətdir; RNT və DNT isə yalnız sağ əlli şəkərlərdən ibarətdir. Bu fenomen homoxirallıq kimi tanınır. Homoxirallığın həyatın yaranmasından əvvəl və ya sonra ortaya çıxdığı, həyatın tikinti bloklarının xüsusi xirallığa malik olmaq məcburiyyətində olması və ya həyatın homohiral olmasına ehtiyac olub-olmadığı məlum deyil. Qarışıq xirallığa malik aminturşulardan qurulan zülal zəncirləri qatlanmağa və ya katalizator rolunu icra etməyə meyilli deyil.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Güzgü həyat haqqında məlumat. Güzgü həyat nədir? Güzgü həyat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Meyniman

  • Fevral 27, 2026

    Ağabaş

  • Fevral 25, 2026

    Airbus A380

  • Fevral 27, 2026

    Mühəndis

  • Fevral 27, 2026

    Amerika qaşqaldağı

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst