Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülyanaq Məmmədova(tam adı:Məmmədova Gülyanaq Zakir qızı) (10 iyun 1973, Böyük Dəhnə, Şəki rayonu) — Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycan

Gülyanaq Məmmədova

  • Ana Səhifə
  • Vikipediya
  • Gülyanaq Məmmədova

Gülyanaq Məmmədova(tam adı:Məmmədova Gülyanaq Zakir qızı) (10 iyun 1973, Böyük Dəhnə, Şəki rayonu) — Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycan Respublikasının xalq artisti (2014), Özbəkistanın xalq artisti (2022), Türkmənistan dövlətinin “Altun əsir bəşiri yenicisi” (Qızıl medal) mükafatçısı, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi (2023), BZT Turan Akademiyasının fəxri doktoru, Azərbaycanın xalq artisti xanəndə Gülyaz Məmmədovanın bacısı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin, Muğam sənəti kafedrasının dosenti , Azərbaycan Dövlət Televiziyasının solisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti.

Gülyanaq Məmmədova
Ümumi məlumatlar
Doğum tarixi 10 iyun 1973(1973-06-10) (52 yaş)
Doğum yeri
  • Böyük Dəhnə, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20142014 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19981998Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və təhsili

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980–1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992–1996-cı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində, 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alaraq, 2002-ci ildə universiteti magistr dərəcəsi ilə bitirib.

Ailəsi

Ailəlidir, dörd övladı var.

Fəaliyyəti

O, 1990–1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995–1997-ci illərdə İsveçin Malmo şəhərində "Malmo" festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində həmçinin, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, eyni ildə Türkiyədə "Boğaziçi" festivalında İstanbul – Ankara şəhərlərində konsert proqramları ilə çıxış etmişdir.

2001–2002-ci illərdə "Bakı – Tiflis – Ceyhan" neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002–2003-cü illərdə Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2006-cı ildə Naxçıvanda "Dövlət müstəqilliyi günü" ilə əlaqədar qastrol səfərlərində olub.

O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Mükafatları

  • Azərbaycan Respublikasının Əməkdar artisti — 1998-ci ildə
  • Prezident Mükafatı - 2012-ci ildə
  • Azərbaycan Respublikasının Xalq artisti — 18.12.2014
  • Özbəkistan Respublikasının Xalq artisti — 30.08.2022
  • Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı — 2023-cü ildə

Filmoqrafiya

  1. Nəriman Əliyev (film, 2005)
  2. Bəylik dərsi (film, 2007)
  3. Ana və poçtalyon (2020)

Həmçinin bax

  • Gülyaz Məmmədova

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülyanaq Məmmədova haqqında məlumat. Gülyanaq Məmmədova nədir? Gülyanaq Məmmədova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yərmuq döyüşü

  • Fevral 27, 2026

    Qaya (qrup)

  • Fevral 27, 2026

    Rok musiqisi

  • Fevral 24, 2026

    Seyfulla Mustafayev

  • Fevral 24, 2026

    Hidrogen

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst