airBaltic — Latviyaya məsxus olan yük və sərnişin daşımada iştirak edən şirkət. Şirkətin qərargah-mənzili Riqada yerləşir. Üç baza hava limanıma sahibdir: Riqa (əsas) və iki əlavə — Vilnüs Litva və Tallin Estoniya.
| AirBaltic | |||||||
|---|---|---|---|---|---|---|---|
| |||||||
| |||||||
| |||||||
| Təsis olunub | 1995 | ||||||
| Mərkəz hava limanı | Riqa Beynəlxalq Hava Limanı | ||||||
| Təyinat məntəqələri | 150 | ||||||
| Qərargahı | | ||||||
| Gəlir |
| ||||||
| Xalis mənfəət |
| ||||||
| Ümumi aktivlər |
| ||||||
| İşçi sayı |
| ||||||
| Saytı | airbaltic.com | ||||||






Səhmdar şirətin səhmlərinin 80,05% Latviya Respublikasına məxsusdur
Tarixi
28 avqust 1995-ci ildə «Air Baltic Corporation SIA» adlı aviaşirkət qurulur. 1995-ci ilə olan səhmdarlar: Latviya Respublikası — 51 %, Scandinavian Airlines System-29 %; Baltic International USA — 8 %; Swedfund International AB — 6 %; «Danish Investment Fund for Central and Eastern Europe» investisiya fondu. Elə həmin ilin 1 sentyabrında bu şirkət Saab 340 təyyarəsi ilə ilk uçuşunu təşkil etmişdir. Bir necə aydan sonra 4 yanvar 1996-ci ildə şirkətin fonanmasına AVRO RJ70 təyyarəsi ilə artmişdir. airBaltic SAS EuroBonus hərəkətinə qoşulmuşdur. 1998 noyabrında Fokker 50 təyyarəsi alınır. 1999-ci ilin iyulunda isə şirkət sərnişin artımı ilə əlaqədar Saab 340 təyyarələrindən imtina etmişdir. 1999-cu ildə isə Avropa aviasoyasının tələblərinə uyğunlaşdırma işlərinə başlamışdır.
2003-cü ildən airBaltic aviabiletləri interlətlə satışına başlamışdır. 24 noyabr 2003-cü ildə airBaltic donamasına Boinq 737-500 təyyarəsi əlavə edilmişdir. Bununla da daha uzaq məsafələrə uçuşlar təşkil edilmişdir.
1 iyun 2004-ci ildə Rribaltika ölkələri ilə «Açıq Səma» anlaşması imzalandıqdan sonra Vilnyus hava limanı yeni bazaya çevrilir.
2014-ci ildən aviaşirkət Bitcoinla ödənişləri qəbul etməyə başlamışdır.
Donanma
| Tip | Sayı | Təyyarədə yer | məlumat |
|---|---|---|---|
| Боинг 737-300 | 6 | 149 | 8 с Winglets |
| Боинг 737-500 | 5 | 120-126 | |
| Q400 NextGen | 8 | 76 | |
| Bombardier CS300 | 12 | 145 |
İstismardan çıxarılmış təyyarələr:
- 2 Saab 340 1995—1999
- 3 Avro RJ70 1996—2005
- 7 Fokker 50
- 5 Boinq 737-500
- 4 Boinq 757-200 2008—2014
Həmkarlar
Kod-şeriq anlaşması imzalanmış şirkətlər:
- AeroSvit
- Aeroflot (SkyTeam)
- Air Astana
- Aegean Airlines (Star Alliance)
- Aeroflot NORD
- Air Berlin
- Air Malta
- Air One
- Atlasjet Airlines
- Alitalia (SkyTeam)
- Armavia
- Austrian Airlines (Star Alliance)
- Azerbaijan Airlines
- Belavia
- Blue1 (Star Alliance)
- BMI (Star Alliance)
- British Airways (Oneworld)
- Brussels Airlines (Star Alliance)
- Georgian Airways
- Emirates
- Finnair (Oneworld)
- Hainan Airlines
- Jet Airways
- Lufthansa (Star Alliance)
- Luxair
- KLM (SkyTeam)
- Rossiya-Russian Airlines
- Moldavian Airlines
- TAROM (SkyTeam)
- TAP Portugal (Star Alliance)
- SAS Scandinavian Airlines (Star Alliance)
- Spanair (Star Alliance)
- Uzbekistan airways
- Qatar Airways
Göstəriciləri
Avia şirkət tərəfindən 2012-ci ildə 3,089 mln sərnişin daşınmışdır. Bu rəqəm 2009-ci ildə 2,757 mln nəfər olmuşdur ki, buda kecən ilki dövrlə 6% çoxdur.
Hadisələr
- 2015-ci ilin avqust ayında airBaltic aviaşirkətinin əməkdaşları Norveçdə alkoqol testi zamanı həbs edilmişdir. Bu ölkənin qanunları əsasında ekipaj komandiri, ikinci pilot və 2 stüardessa müxtəlif müddətə türməyə atılmışdır.
- 17 sentyabr 2016-cı ildə airBaltic şirkətinə məxsus təyyarə Riqa — Sürix maşrutu ilə hərəkət edərkən təkərlərin açılmaması səbəbindən Riqada qəza enişi etmək məcburiyyətində qalmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, AirBaltic haqqında məlumat. AirBaltic nədir? AirBaltic nə deməkdir?