Güllübulaq — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd.
| Güllübulaq | |
|---|---|
| 40°52′07″ şm. e. 43°42′26″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.730 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Güllübulaq | |
Tarixi
Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndi də dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir.
Toponimi
Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə hərfən tərcümə edilərək Vardaxbyur (Güllübulaq) qoyulmuşdur. Kənd Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı, və s. xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər var idi. Kəndəki tayfa adları da sırf türk mənşəli idi.[mənbə göstərilməlidir]
Təhsil
Amasiya kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaq kəndində tikilib. Ötən əsrin əvvəllərində isə bu kənddə ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib. Kənd əhalisinin çoxu bir müddət rus dilində təhsil alıb. Güllübulaq əməkdar və baş müəllimlərinin, orta məktəbi qızıl medalla bitirənlərin sayına görə də öndə gedən kəndlərdən olub. Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, müxtəlif partiya və sovet orqanlarında yürsək vəzifələrdə çalışanlar, 1920–1930-cu illərdə Zaqafqaziyada yeganə olaraq Gümrüdə olan Sənaye Texnikumunu bitirənlər arasında Güllübulağın yetirmələri üstünlük təşkil edib. Kənddə yüksək təhsil almış 31 kərbəlayi, 17 məşədi, 10-dan çox hacı və axund olub. 1987-ci ilin hesablamalarına görə kənd əhalisinin sayı 3147 nəfər təşkil edib.
Əhalisi
Güllübulaq kəndi ən böyük kəndlərdən biri olmuşdur. Kənddə ancaq türklər yaşamış, 1886-cı ildə 673 nəfər, 1914-cü ildə 1.137 nəfər azərbaycanlı olmuşdur. 1918–1920-ci illərdə isə erməni təcavüzü nəticəsində kənd dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalan hissəsi isə Türkiyə ərazisində məskunlaşmışdır. 1988-ci ilə qədər kənddə 570-dən çox ailə var polmuşdur. Əhalisi 2875 nəfərdən artıq idi. Güllübulağın tarixi keşməkeşli olsa da, burada ziyalılar ordusu yetişmişdir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
| İllərə və millətlərə görə kənd əhali məlumatları | ||
|---|---|---|
| İllər | Azərbaycanlılar | Ermənilər |
| 1886 | 673 | 0 |
| 1914 | 1137 | 0 |
| 1979 | ? | 0 |
| 1988 | 2875 | 0 |
| 2008 | 0 | 922 |
| 2009 | 0 | 904 |
| 2010 | 0 | 926 |
| 2011 | 0 | 919 |
Şəxsiyyətləri
- Mirzə Allahverdiyev — kimya elmləri doktoru, professor, AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu laboratoriya müdiri.
- Əbülfət Əliyev Zakir oğlu — Tibb elmləri namizədi, pediatr — neonatoloq.
- Yusif Hümbətov — Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü
- Abel Məhərrəmov — BDU-nun rektoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim. BDU-nun üzvi kimya kafedrasının müdiri
- Qəmbər Namazov — Fizika-riyaziyyat elmləri namizədi, Professor
- Qasım Mustafayev — Fizika-riyaziyyat elmləri namizədi.
- Nazim Mustafa — Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı
- Malik Namazov — Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun Sistemli analizin riyazi məsələləri şöbəsinin kiçik elmi işçisi
- Vəli Vəliyev - Fizika elmləri doktoru, Professor, Gəncə Texnologiya Universitetinin laboratoriya müdiri
Həmçinin bax
- Azərbaycan Demokratik Respublikası
- İrəvan xanlığı
- Zəngəzur
- Ağbaba
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, güllübulaq (ağbaba) sözünün mənası, güllübulaq (ağbaba) haqqında məlumat. güllübulaq (ağbaba) nədir? güllübulaq (ağbaba) nə deməkdir?
