Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülşən Ağadadaş qızı Qurbanova (19 dekabr 1950, Bakı – 17 noyabr 2006, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1998).

Gülşən Qurbanova

  • Ana Səhifə
  • Vikipediya
  • Gülşən Qurbanova

Gülşən Ağadadaş qızı Qurbanova (19 dekabr 1950, Bakı – 17 noyabr 2006, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1998).

Gülşən Qurbanova
Gülşən Ağadadaş qızı Qurbanova
Doğum tarixi 19 dekabr 1950
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 noyabr 2006 (55 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi infarkt
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Mübariz Əlixanoğlu
Atası Ağadadaş Qurbanov
Fəaliyyəti aktrisa
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19981998 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989

Mündəricat

Həyatı

Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olmuşdur. Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1974). 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmişdir.

Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.

Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət almış və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış etmişdir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq etdi. “Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevildi. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı, “Lider” telekanalına üz tutdu və “Mikser” verilişini apardı.

Azərbaycanın xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirmiş, 56 yaşında Bakı şəhərində vəfat etmişdir. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

  • Aktyor Ağadadaş Qurbanovun qızıdır.
  • Aktyor Hamlet Qurbanovun atabir bacısıdır.
  • Aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı olmuşdur.

Filmoqrafiya

  1. Ad günü (film, 1977)(tammetrajlı bədii film) - rol: Şeyda
  2. Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film) - özü
  3. Anlamaq istəyirəm (film, 1980)(ikiseriyalı bədii film) - rol: Rəfiqə
  4. Arvadım Mənim, Uşaqlarım Mənim (1978)
  5. Bağdada putyovka var... (film, 2000)
  6. Balıq günü (film, 1983)
  7. Bayquş gələndə... (film, 1978)
  8. Bir axşam... (film, 1985)
  9. Bir dəfə Qafqazda (film, 2007)
  10. Cin mikrorayonda (film, 1985)
  11. Evləri köndələn yar (film, 1982)
  12. Günlərin bir günü... (film, 1981)
  13. İntizam (film, 1983)
  14. İşgüzar adamlar (film, 1977)
  15. Qoca palıdın nağılı (film, 1984)
  16. Mən mahnı qoşuram (film, 1979)
  17. Mənim günahım (film, 1985)
  18. Ordan-burdan (film, 1987)
  19. Ötən ilin son gecəsi (film, 1983)
  20. Pərilərə inanmayın (film, 1979)
  21. Yol əhvalatı (film, 1980)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gülşən qurbanova sözünün mənası, gülşən qurbanova haqqında məlumat. gülşən qurbanova nədir? gülşən qurbanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Masal

  • Mart 02, 2026

    Nefela

  • Fevral 27, 2026

    Malyariya

  • Mart 01, 2026

    Bərdə şəhəri

  • Mart 06, 2026

    Details (jurnal)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst