"Gözəl Quba" — bəstəkar Səid Rüstəmovun şair Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi mahnı.
| "Gözəl Quba" | |
|---|---|
| Mahnı | |
| Dil | Azərbaycan dili |
| Bəstəkar | Mircabbar Seyidrüstəmzadə |
| Sözlərin müəllifi | Mirmehdi Seyidzadə |
Haqqında
Mahnı 6/8 xanə ölçülü, rəqs xarakterli şən bir mahnıdır. Mahnı bənd və nəqəratdən ibarət quruluşa malikdir. Mahnıda Qubanın bir tərəfdən Şahdağ, digər tərəfdən Xəzərlə əhatə olunduğu, meyvəli bağları, al, qızıl və sarı almaları, payız aylarının da bahara bənzədiyi vəsf olunur. "Gözəl Quba" mahnısı mi-major tonallığında yazılmış və Segah muğamının intonasiyaları üzərində qurulmuşdur.
Mahnı "Azərbaycantelefilm"in 1976-cı ildə istehsal etdiyi "Azərbaycan elləri" filmində Gülağa Məmmədovun ifasında səslənmişdir.
Mahnı sonrakı dövrlərdə Azərbaycan müğənniləri Reyhan Müslümova, Nisa Qasımova və Xəyyam Nisanov tərəfindən də ifa edilmişdir.
Sözləri
Bir yanın Şah dağı, bir yanın Xəzər,
Meyvəli bağların ormana bənzər,
Səhər şəfəqlərin hüsnünü bəzər.
Nəqərat:
Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
Əyir budaqları bağların barı,
Şirin almaların al, qızıl, sarı,
Baharı bənzəyir payız ayları.
Nəqərat:
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gözəl Quba haqqında məlumat. Gözəl Quba nədir? Gözəl Quba nə deməkdir?