Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Görmədim və ya Mən cahan mülkündə, mütləq, doğru halət görmədim — Azərbaycan şairi Molla Pənah Vaqifin yazdığı müxəmməs.

Görmədim (müxəmməs)

  • Ana Səhifə
  • Vikipediya
  • Görmədim (müxəmməs)

Görmədim və ya Mən cahan mülkündə, mütləq, doğru halət görmədim — Azərbaycan şairi Molla Pənah Vaqifin yazdığı müxəmməs.

Görmədim
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim
Janr müxəmməs, realizm
Müəllif Molla Pənah Vaqif
Orijinal dili azərbaycanca
Vikimənbənin loqosu Görmədim Vikimənbədə

Mündəricat

Tarixi və şairin psixologiyası

Ələsgər Ələkbərov Molla Pənah Vaqif rolunda. "Vaqif" pyesi

Qövsi Təbrizi ondan sonra gələn şairlərə, xüsusilə də Molla Pənah Vaqifə təsir etmişdir. Vaqif Qövsinin

Bu səhralarda hər harı muğaylandan cəfa gördüm
Səni ey Kəcbə-i maqsud xoş gördüm səfa gördüm

beyti ilə başlayan qəzəlinə "Görmədim" müxəmməsini yazmışdır. "Görmədim" müxəmməsi Azərbaycan realizminin ilkin dövrünün monoloqudur. Bu dövrü XVIII əsrin 60-cı illərindən "Görmədim" müxəmməsinin yazılmasına və ya Molla Vəli Vidadinin ölümünə qədər aparmaq mümkündür.

Əliyar Səfərli "Görmədim" müxəmməsini XVIII əsr Azərbaycan ədəbiyyatının "ən parlaq abidəsi" hesab edir, bu əsərin Vaqifin Qarabağ xanlığına olan inamının sarsıldığı dövrdə, xalqın böhranda olduğu vaxt yazıldığını qeyd edir.

"Bax" qəzəli və "Görmədim" müxəmməsi Molla Pənah Vaqifin elmə məlum olan son əsərləridir. Bu şeirlər Vaqifin digər əsərlərindən əhval-ruhiyyə baxımından fərqlənir. Digər əsərlərində gözəlləri mədh edən, dilbər sevgisi ilə yaşayan, həyatdan zövq alan şairin yaradıcılığı bu şeirlərində müşahidə edilmir.

Şair əsəri yazarken keçirdiyi üzüntü, iztirab, sarsıntılı psixoloji vəziyyət fonunda insanlığın müsbət cəhətlərini unutmuşdur. İnsanlığın ancaq mənfi cəhətləri şeirdə qeyd edilir. Ömür boyu insan gözəlliyindən yazmış Vaqif beləliklə, tamamilə əks cəbhəyə keçir.

Analizi

"Görmədim" müxəmməsində cəmiyyətin bütün təbəqələri Vaqif tərəfindən tənqid edilmişdir. Rəsmdə Vaqifin fəaliyyət göstərdiyi Şuşa təsvir edilmişdir. Arxa fonda Qarabağ xan sarayı görünür.

Vaqifin "Görmədim" müxəmməsi insanın şərinə, cinayətlərinə, ehtiraslarına qarşı yazılmış ittiham şeiridir, ictimai lirika nümunəsidir. Bu əsərdə yazıçı sadəcə sosial həqiqətlərdən yox, bütün həyatı boyu yazdıqlarından və təlqin etdiklərindən imtina etmişdir. Vaqif bu şeirində ömür boyu vəsf etdiyi gözəllikdən yox, insanın çirkinliyindən yazmışdır. Bu fikirlər şairin bu misralarında təcəssümünü tapmışdır:

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,

Bivəfadan lacərəm təhsili-hacət görmədim.
Vaqif "Görmədim" müxəmməsində şeyxləri və ibadət edənləri günahkar olmaqda ittiham edirdi. Rəsm Vaqifin fəaliyyət göstərdiyi Şuşanın təsviridir. Rəsmdə Şuşanın əsas məscidi olan Yuxarı Gövhər ağa məscidinin interyeri təsvir edilmişdir.

Şair qeyd edir ki, sultan da, gədə də, dərviş də dünyanın cifəsinin (sərvətinin) əsiridir. Deyilən sözlər böhtan və yalandır, hiylə fənnidir. Gözəllik ancaq zahiridir, sözlər və əməllər isə mal qazanmaq məqsədi daşıyır. Nə başçılar layiqli əmələ sahibdir, nə də onlara tabe olanlar düzgün itaət əhlidir. İxtiyar sahiblərinin səxavəti və insafı, səxavətli və insaflı olanların da var-dövləti yoxdur. Xeyirlə şərin yeri tərs düşmüşdür. Görünür ki, insanların pislik məqsədli hərəkətləri şairi sarsıtmışdır. O görür ki, yaxşılıq eləməyin faydası, səmimi dostluğun gələcəyi yoxdur.

Şair cəmiyyətin müxtəlif təbəqələrini nəzərdən keçirir, onların elm və iman, guya əqidə və mənəviyyat sahibi olanlarını da təhlil edir. Bu insanların nəfsi-əmmarə (əmr edən nəfs) əlində əsir olduqlarını, günahlar işlətdiklərini, şeyxlərin kələkbaz, abidlərin (ibadət edənlərin) isə onlardan da betər olduğunu görür. Dünyada xeyirxahlıq və sadəqət olmadığı kimi saf etiqad da olmadığını fikirləşir.

Şair əsərində həya, etibar və etiqadını itirmiş cəmiyyətə qarşı etirazını və nifrətini göstərir. Aliləri zəlalətdə, alçaqları yaxşı yerlərdə görən şair acizləşir. O, haqqa üz tutmaqdan başqa yol tapa bilmir. O, həyatdakı var-dövlətin, gözəllərin bir illüziya olduğu fikrinə gəlib çıxır:

Dövlətü iqbalü malın axırın gördüm tamam,

Həşmətü cahü cəlalın axırın gördüm tamam,
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,

Başədək bir hüsnü-surət, qəddü qamət görmədim.

Şair din yolundan başqa bir həqiqət görmür, Tanrıya sığınaraq ondan xilas istəyir. Bütün yaradıcılığında Haqqa qarşı biganə görünən Vaqifin bu şeiri onun gizli həqiqəti və sonuncu qənaətidir. Bu əsərində şair cəmiyyətə qarşı inkarçı və müxalifdir, ömrü boyu yığdığı mənfi enerjini bir vulkan kimi püskürmüşdür.

Təsiri

Aşıq Ələsgər Molla Pənah Vaqifin müxəmməsinə nəzirə yazmışdır. Molla Pənah Vaqifin "Görmədim" müxəmməsi və "Bax" rədifli qəzəli XIX əsrin sonu—XX əsrin əvvəllərində ortaya çıxmış tənqidi realizm ədəbi cərəyanının ilkin qaynağı, istinad mənbəsidir. Əsər Koroğlu dastanı ilə Molla Nəsrəddin ədəbi məktəbi arasında ədəbi körpüdür.

Vaqif realizminin inkişaf xətti

Ədəbiyyat

  • Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.
  • Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı (kollektiv). Sənətkarın elmi pasportu–31. Bakı, "Elm və təhsil", 2022, 342 səh.
  • Fərhad Rəhimi. XVII. YÜZYIL AZERBAYCAN ŞAİRİ TEBRİZLİ KAVSÎ VE DÎVÂNI ÜZERİNE. 5\4. Türkiyə. Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi. 2016. 1773–1804.
  • Mümine Çakır. Kavsî, hayatı, edebî kişiliği ve dîvânı (inceleme-tenkitli metin-dizin). Doktora tezi. Ankara: Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2008. səh. XVI+1088.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, görmədim (müxəmməs) sözünün mənası, görmədim (müxəmməs) haqqında məlumat. görmədim (müxəmməs) nədir? görmədim (müxəmməs) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Salisil aldehidi

  • Fevral 27, 2026

    Sciuridae

  • Fevral 26, 2026

    Nor (departament)

  • Mart 06, 2026

    Hövüdborqarsvaydid

  • Fevral 24, 2026

    Malik İsaqov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst