Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov (10 yanvar 1968, Bakı – 4 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
| Fəxrəddin Nəcəfov | |
|---|---|
| Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | |
| Vəfat tarixi | 4 sentyabr 1992 (24 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Qoşun növü | |
| Rütbəsi | |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi |
| Təltifləri | |
Həyatı
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985–1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.
Döyüşlərdə iştirakı
1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Milli Qəhrəman
Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhəri 266 nömrəli tam orta məktəb onun adını daşıyır.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 224.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəxrəddin Nəcəfov haqqında məlumat. Fəxrəddin Nəcəfov nədir? Fəxrəddin Nəcəfov nə deməkdir?
