Fərhad Rəcəbli (11 oktyabr 1959, Qusar) — Azərbaycan cüdoçusu, veteranlar arasında 12 dəfə dünya və 10 dəfə Avropa çempionu, daha öncə dəfələrlə Avropa, SSRİ-də müxtəlif titullar qazanmış və həmçinin dəfələrlə Azərbaycan çempionu olmuşdur.
| Fərhad Rəcəbli | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Vətəndaşlığı | |
| Doğum tarixi | 11 oktyabr 1959 (66 yaş) |
| Doğum yeri |
|
| İdman növü | cüdo |
Həyatı
Fərhad Rəcəbli 1959-cu il oktyabrın 11-də Qusar rayonunun Əcəxur kəndində anadan olub. 1967-ci ildən Sumqayıt şəhərində yaşayıb. 1971-ci ildən idmanla məşğul olmağa başlayıb.
Peşəkar karyerası
İlk dəfə məktəblilər arasında 1975-ci ildə Azərbaycan çempionu olub, daha sonra yeniyetmələr arasında Azərbaycan çempionu titulunu qazanıb. 1978-ci ildə SSRİ çempionu titulunu qazanıb, daha sonra Avropa çempionatında 3-cü yerə layiq görülüb. 1979-cu ildə SSRİ ikincisi, 1980-ci ildə birinci, 1981-ci ildə isə üçüncü yerə layiq görülüb. 1981-ci, 1982-ci illərdə ardıcıl olaraq Kubada keçirilən "A” kateqoriyalı beynəlxalq turnirdə ikinci yerlərə layiq görülüb. 1986-cı ildən sonra fəaliyyətini həm də məşqçi kimi də davam etdirir. 1988-ci ildə Azərbaycan çempionatında ikinci yerə layiq görülüb, həmin ildə SSRİ çempionatında da ikinci yerə layiq görülüb. 1989-cu ildən 1995-ci ilədək keçirilən Azərbaycan çempionatlarında ardıcıl olaraq birinci yerə layiq görülüb. Uzunmüddətli fasilədən sonra, artıq 42 yaşından veteranlar arasında təşkil olunan cüdo yarışlarında iştirak etməyə başlayıb və 12 dəfə dünya və 8 dəfə avropa çempionu olub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fərhad rəcəbli sözünün mənası, fərhad rəcəbli haqqında məlumat. fərhad rəcəbli nədir? fərhad rəcəbli nə deməkdir?