Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Fənərbaxça" Opet (Universal sponsorun adı) — Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparan Türkiyə qadın voleybol klubudur. Fənərbaxça idman klu

Fənərbaxça QVK

  • Ana Səhifə
  • Vikipediya
  • Fənərbaxça QVK

"Fənərbaxça" Opet (Universal sponsorun adı) — Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparan Türkiyə qadın voleybol klubudur. Fənərbaxça idman klubunun voleybol şöbəsidir. Qadın voleybol klubu idman klubunun Fənərbaxça Peşəkar Futbol Klubu və Fənərbaxça Ülker Basketbol Klubunun ardından ən çox vəsait yatırdığı kollektivdir. Klub ev oyunlarını "Burhan Fələk" idman sarayında oynayır.

Türkiyə Fənərbaxça Qadın Voleybol Klubu
Ölkə
  •  Türkiyə
Şəhər İstanbul
Ləqəb(lər) Sarı Melekler
Armanın Gururu
Sarı - lacivərtlilər
Rəng(lər) sarı - lacivərt
Yaranma tarixi 1927
Meydança Burhan Felek Spor Salonu
Tutumu 7.500
Prezidenti Türkiyə Əli Qoç
Baş məşqçisi İtaliya Marsello Abbondanza
Liqa Acıbadem Qadınlararası Voleybol 1. Liqası
2020-21 2
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Fənərbaxçanın Türkiyə çempionatında ilk çempionluğu 2009-2010 mövsümünə təsadüf edir. Elə həmin il sarı mələklər CEV Kubokunda üçüncülük yaşamışdı.

Növbəti mövsüm isə Fənərbağça üçün "kubok yağışı" başladı. Komanda ilk olaraq, mövsümün əvvəlində "Türkiyə superkuboku"nu, mövsümün axırlarında isə "Türkiyə kuboku"nu ən sonda da "Türkiyə çempionatı"nı qazanaraq ölkəsindəki bütün kubokları başı üzərinə qaldırdı. Bu titulları qazanmaq fənərlilər üçün heç də asan olmadı. Fənərbağça ikinci çempionluğu yaşayarkən ilk olaraq yarımfinalda əzəli rəqibi Qalatasarayı finalda isə Vakıfbank Günəş Sığortanı məğlub edərkən rəqiblərini hər üç oyunda məğlub etmişdir. (Oyunlar komandalardan biri üç qələbə qazanana qədər davam edirdi) Fənərbağça uğurlu mövsümündə bir də Avropa İndesit Çempionlar Liqasını qazanmağa çox yaxın idi, lakin müvafiq turnirin finalında İtaliyanın Berqamo komandasına məyus olan sarı - lacivərtlilər sonda turnirin gümüş medalına yiyələndilər.

2010-cu ildə komanda dövrün ən güclü baş məşqçisi sayılan braziliyalı Joze Roberto ilə müqavilə imzalayaraq rəqiblərinə göz dağı verdi.

2011-ci ildə komanda "Kulublararası Dünya Çempionatı"nın finalında Braziliya komandası Osaskuya qalib gələrək dünya çempionu oldu. Həmin il Avropa İndesit Çempionlar Liqasında üçüncü yer olan komanda növbəti mövsüm turnirin qalibi olaraq muzeyini daha bir kubokla zənginləşdirdi.

2014-cü ildə Fənərbağça CEV Kubokunda uğurlu bir mövsüm keçirmişdi. Finala gedən yolda Azəryol Bakını iki matçda da rüsvay edən sarı-lacivərdlilər heç bir oyunda set itirməyərək növbəti mərhələyə yüksəlmişdi. Finalda Rusiyanın Uraloçka-NTMK komandasına rəqib olan fənərbağçalılar səfərdə "3-2" hesabı ilə qələbə qazanmışdı. Evdə də eyni rəqibi "3-0" hesabı ilə yenən komanda ilk dəfə qazandığı kuboku azərkeşləri önündə qaldırmış və ikinci Avropa zəfərini qazanmışdı.

Heyəti

2013-14 mövsümü üçün

  • Baş məşqçi : İtaliya Marsello Abbondanza
  • Köməkçi məşqçi : İtaliya İvan Braqaqni
Nömrə Oyunçunun adı Mövqeyi Boyu(metr) Doğum tarixi
1 Fransa Kristina Bauer Blokçu 1.97 1988
2 Türkiyə Merve Dalbeler Libero 1.80 1987
4 Çexiya Aneta Havliçkova Diaqonal 1.93 1987
5 Türkiyə Elif Onur Başaran Hücumçu 1.87 1989
6 Türkiyə Derya Çayırqan Libero 1.68 1987
7 Türkiyə Elif Öner Toppaylayıcı 1.84 1989
8 Türkiyə İpek Soroğlu Blokçu 1.85 1989
9 Türkiyə Seda Tokatlıoğlu Diaqonal 1.86 1989
10 Cənubi Koreya Yeon Kounq Kim Hücumçu 1.92 1988
11 Türkiyə Nilay Özdemir Toppaylayıcı 1.78 1985
12 ABŞ Alişa Qlass Toppaylayıcı 1.82 1988
14 Türkiyə Eda Erdem Dündar Blokçu 1.87 1987
16 Braziliya Fernanda Qaray Hücumçu 1.79 1986
18 Türkiyə Gökçen Denkel Zop Blokçu 1.92 1985

Həmçinin bax

  • Fənərbaxça Kişi Voleybol Klubu
  • Fənərbaxça Kişi Futbol Klubu
  • Fənərbaxça Kişi Basketbol Klubu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fənərbaxça QVK haqqında məlumat. Fənərbaxça QVK nədir? Fənərbaxça QVK nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Malaxay

  • Fevral 27, 2026

    Edigey

  • Fevral 25, 2026

    Alp qırışıqlığı

  • Mart 01, 2026

    .am

  • Fevral 27, 2026

    Qarabağlar (Şəmkir)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst