Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Füzuli Ramazanoğlu (tam adı: Quliyev Füzuli Ramazan oğlu; 6 fevral 1961, Çalburun, Gədəbəy rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" müka

Füzuli Ramazanoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Füzuli Ramazanoğlu

Füzuli Ramazanoğlu (tam adı: Quliyev Füzuli Ramazan oğlu; 6 fevral 1961, Çalburun, Gədəbəy rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.

Füzuli Ramazanoğlu
Füzuli Ramazan oğlu Quliyеv
Doğum tarixi 6 fevral 1961 (65 yaş)
Doğum yeri Çalburun, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti jurnalist
Mükafatları Qızıl qələm

Mündəricat

Həyatı

Füzuli Ramazanoğlu 1961-ci il fevralın 6-da Gədəbəy rayonunun Miskinli obasının Çalburun kəndində dünyaya göz açıb.

1978-ci ildə Çalburun kənd orta məktəbini ilk məzun kimi "əla" qiymətlərlə bitirib. Bir il Daşkəsəndə Zəylik Alunit Mədən Idarəsində fəhlə işləyib.

1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub. 1984-cü ildə həmin ali məktəbi "Elektron mühəndisi" ixtisası üzrə bitirib. Təyinatla Bakı "Radioquraşdırma" İstehsalat Birliyində mühəndis kimi əmək fəaliyyətini davam etdirib. İki dəfə ikiillik ictimai jurnalistlər fakültəsində oxuyub.

1990-cı ilin avqustundan 1992-ci ilin yanvar ayınadək həmin müəssisədə çıxan çoxtirajlı "İmpuls" qəzetinin redaktoru vəzifəsini daşıyıb.

Füzuli Ramazanoğlu mətbuatda fəaliyyət göstərənədək müxtəlif qəzet və jurnallarda, respublika radiosunda şeirlər və məqalələrlə çıxış edib. Onun yaradıcılığının əsas qayəsini məhəbbət, Vətən sevgisi, yurd-yuva, el-oba təəssübkeşliyi təşkil edir. O, "Biz gedənik, хеyirxahlıq qalandır", "Şəhriyarlı ilk şəhid", "Yaxşılara yaraşıqdır yaxşılıq", "Dəyanət", "Ümid qanadlarında" və "Novruz – 2008 Gədəbəydə" publisistik kitablarının müəllifidir.

2009-cu ildə polkovnik Zakir Kərimovun 60 illik yubileyi ilə əlaqədar "Bu da bir taledir" adlı kitab yazmışdır. Kitabda Zakir Kərimovun həyat və fəaliyyətindən məlumatlar verilmişdir.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Füzuli Ramazanoğlu jurnalist kimi "Sahil", "Günay", "Azərbaycan yolları", "İcmal" qəzetlərində çalışdığı müxtəlif illərdə ən aktual mövzularda mətbuat səhifələrində maraqlı yazılarla oxucuların diqqətini cəlb edib. Onlarla kitabın toplanıb tərtib olunmasında və redaktorluğunda fəaliyyət göstərib.

1999–2000-ci illərdə Odlar Yurdu Universitetində "Odlar Yurdu Universiteti" qəzetinin baş redaktoru olduğu müddətdə "Odlar Yurdu" ədəbi birliyini yaratmış, onlarla gənc şairi bu birliyin ətrafında birləşdirmiş və onların yaradıcılığından nümunələrin universitet qəzetində, eləcə də, respublika mətbuatında işıq üzü görməsində böyük rol oynamışdır.

Hazırda ictimai-siyasi, bədii-publisistik Dünya qəzetinin təsisçisi və baş redaktorudur.

Əsərləri

  • Biz gedənik, хеyirxahlıq qalandır.
  • Şəhriyarlı ilk şəhid.
  • Yaxşılara yaraşıqdır yaxşılıq.
  • Dəyanət.
  • Ümid qanadlarında.
  • Novruz–2008 Gədəbəydə.
  • Bu da bir taledir. Bakı, "Nurlan", 2009. 392 səh. +32 səh. şəkil.

Məqalələri

  • "Ömürdən ötən illər". Dünya qəzeti. № 30–31. 25 dekabr 2009-cu il.
  • "Əsl Allah adamı". Dünya qəzeti. № 30–31. 25 dekabr 2009-cu il.
  • "Şərəfli ömür yolu", Dünya qəzeti. 28 yanvar 2011-ci il. № 32–33, səh.14.
  • "Gileyli Bəylər poeziyası", Dünya qəzeti. 19 mart 2011-ci il. № 34–35,
  • "Vətəndaşlıq qeyrəti, yaxud şəfalı əllərin sahibi", Dünya qəzeti. 19 mart 2011-ci il. № 34–35,
  • "Şair ürəkli həkim", Dünya qəzeti. 19 mart 2011-ci il. № 34–35,

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Füzuli Ramazanoğlu haqqında məlumat. Füzuli Ramazanoğlu nədir? Füzuli Ramazanoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Praqmatizm

  • Mart 01, 2026

    Kevin Kostner

  • Fevral 27, 2026

    Bələncər

  • Fevral 27, 2026

    Rəd surəsi

  • Fevral 27, 2026

    Navəkmisal xanım

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst