Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Füzuli İsmət oğlu Hüseynov (9 sentyabr 1962, Balakən) – Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti.

Füzuli Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Füzuli Hüseynov

Füzuli İsmət oğlu Hüseynov (9 sentyabr 1962, Balakən) – Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti.

Füzuli Hüseynov
Doğum tarixi 9 sentyabr 1962(1962-09-09) (63 yaş)
Doğum yeri
  • Balakən, Balakən rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Tərəqqi" medalı — 20192019
"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20092009"Sənətkar" medalı
IMDb ID2928519

Mündəricat

Həyatı

Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülmüşdür.

Burada çalışdığı illər ərzində F. Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaratmaqla, öz istedadını büruzə vermişdir.

O V. Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ. Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F. Q. Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Spartak, S. Rəhmanın "Yalan"ında Şamil, N. Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V. Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanmış, onun sevimli sənətçisinə çevrilmişdir.

Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F. Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilmişdir. "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.

F. Hüseynov Azərbaycan Televiziyasında çəkilmiş ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər, və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilmişdir.

Sonralar səhhəti ilə bağlı F. Hüseynov sənətdən ayrı düşmüş, lakin 2004-cü ilin aprel ayından yenidən Akademik Milli Dram Teatrına qayıtmışdır.

N. Hikmətin "Yusif və Züleyxa"sında Yusif, V. Şekspirin "Antoni və Kleopatra"sında Antoni obrazlarını. M. Fərzəlibəyovun quruluşunda hazırlanmış "Misir gecələri" tamaşasında oynamışdır.

30 aprel 2014-cü ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Teleskop Kişi 11 may 2011 Kamran Şahmərdanov Elçin
Generalın son əmri general 19 sentyabr 2014 Ramiz Həsənoğlu Vaqif Səmədoğlu
Sinif yoldaşları Viktor Çermetov Azərpaşa Nemət Yuri Polyakov
Sənsiz Tərlan 16 noyabr 2023 Nihad Qulamzadə Şıxəli Qurbanov

Filmoqrafiya

  1. Bəyin oğurlanması (film, 1985)
  2. Cavid ömrü (film, 2007)
  3. Qapalı orbit (film, 1984)
  4. Qızlar (film, 2007)
  5. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
  6. Müqəddəs oda yanaram (film, 1991)
  7. O dünyadan salam (film, 1991)
  8. Satko
  9. Sənsiz (film, 1989)
  10. Sirr (serial, 2012)
  11. Sonuncu şahid (film, 2004)
  12. Təhminə (film, 1993)
  13. Unudulan adam (film, 1987)
  14. Yad qızı (film, 1990)
  15. Xeyirlə şərin rəqsi (film, 2015)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Füzuli Hüseynov haqqında məlumat. Füzuli Hüseynov nədir? Füzuli Hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rafael Məhərrəmli

  • Mart 01, 2026

    Zığ

  • Fevral 27, 2026

    E.ə. 510

  • Fevral 24, 2026

    Daymyo

  • Fevral 27, 2026

    Seks sənayesi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst