Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fridrix Adler (alm. Friedrich Adler‎; 9 iyul 1879[…], Vyana – 2 yanvar 1960[…], Sürix) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən və avstromarksizmin

Fridrix Adler

  • Ana Səhifə
  • Vikipediya
  • Fridrix Adler

Fridrix Adler (alm. Friedrich Adler‎; 9 iyul 1879[…], Vyana – 2 yanvar 1960[…], Sürix) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən və avstromarksizmin nəzəriyyəçilərindən biri.

Fridrix Adler
alm. Friedrich Adler‎
Şəxsi məlumatlar
Doğum tarixi 9 iyul 1879(1879-07-09)[…]
Doğum yeri
  • Vyana, Avstriya-Macarıstan
Vəfat tarixi 2 yanvar 1960(1960-01-02)[…] (80 yaşında)
Vəfat yeri
  • Sürix, Sürix kantonu, İsveçrə
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Partiya
  • Avstriya Sosialist Partiyası
Təhsili
  • İsveçrə Federal Texnologiya İnstitutu
Fəaliyyəti siyasətçi, jurnalist, filosof, fizik, tərcüməçi
Atası Viktor Adler
Hərbi xidmət
Döyüşlər
  • Birinci Dünya müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, fizika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fridrix Adler 9 iyul 1879-cu il tarixində Avstriya-Macarıstanın Vyana şəhərində, Viktor Adlerin ailəsində anadan olmuşdur. O, 1907–1911-ci illərdə Sürix İnstitutu nəzəri fizika kafedrasının privat-dosenti olarkən sosial-demokrat hərəkatına qoşulmuş, 1911–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasının katibi olmuşdur. Fəlsəfə sahəsində Marksın tərəfdarı idi. Vladimir Lenin "Marksizm və empiriokritisizm" əsərində Fridrix Adlerin baxışlarını tənqid etmişdir. Adler 1914–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasındakı "Marksist sol" sentrist qruplaşmaya daxil idi. O, proletariatı Birinci Dünya müharibəsində bitərəf mövqe tutmağa çağırır, öz ölkəsində kütləvi inqilabi mübarizənin zəruri olmadığını qeyd edirdi. Adler 1916-cı ilin oktyabrında hökumət başçısı Ştürqgi öldürdüyünə görə ölümə məhkum olunmuşdu (sonradan bu cəza uzunmüddətli həbslə əvəz edilmişdi). O, 1918-ci ilin noyabrında amnistiyaya əsasən azad olunaraq yenidən partiyada qızğın fəaliyyətə başlamış və açıqca reformist yol tutmuşdur. Adler İnternasionalın, Sosialist Fəhlə İnternasionalının liderlərindən olmuşdur. Ömrünün son illərində Sosialist İnternasionalının rəhbərliyi ilə sıx bağlı idi. O, kommunist hərəkatına qarşı mübarizə aparmış, fəhlə hərəkatı birliyinin təşkilinə yönəldilmiş bütün cəhdləri rədd etmişdir. Anşluss tərəfdarı olan Adler Avstriya millətinin varlığını inkar edirdi. O, 2 yanvar 1960-cı ildə Sürix şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fridrix Adler haqqında məlumat. Fridrix Adler nədir? Fridrix Adler nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xubilay xan

  • Fevral 27, 2026

    Pavel Skoropadski

  • Fevral 24, 2026

    Koreya tarixi

  • Fevral 27, 2026

    Pilot

  • Fevral 27, 2026

    Səhənd stadionu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst