Avstromarksizm — XX əsrin əvvəllərində Avstriya Sosial-Demokrat Partiyasında yaranmış cərəyan. Liderləri Otto Bauer, Karl Renner, Maks Adler, Fridrix Adler və başqalarıdır. Neokantçılıqla marksizmin bir növ birləşməsi olan avstromarksizm mədəni-milli muxtariyyət nəzəriyyəsini də irəli sürmüşdür.

Bu cərəyan millilik və milliyyətçilik nəzəriyyəsi, onu imperiya kontekstində sosializmlə barışdırmaq cəhdinə görə tanınır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avstromarksizm haqqında məlumat. Avstromarksizm nədir? Avstromarksizm nə deməkdir?