Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Frankokratiya — orta əsr Balkanlar və Anadolu tarixində, 1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən ələ keçirilməsindən sonra siyasi və iqtisadi gücün

Frankokratiya

  • Ana Səhifə
  • Vikipediya
  • Frankokratiya

Frankokratiya — orta əsr Balkanlar və Anadolu tarixində, 1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən ələ keçirilməsindən sonra siyasi və iqtisadi gücün müxtəlif Qərbi Avropa mənşəli sülalələrin və hökmdarların əlində olduğu dövr. Pərakəndə və kiçik olmalarına baxmayaraq, frankokrat hakimiyyətlər dövrə görə təkmilləşmiş hərbi və iqtisadi keyfiyyətlər nümayiş edirdilər, lakin mədəni, dil və dini səbəblərdən yerli əhalinin əsas hissəsinin dəstəyindən məhrum olduqlarından bir müddət sonra Osmanlı imperiyası tərəfindən fəth edilmişdilər. Bu dövrü "Türkokratiya" adlandırırdılar.

Frankokratiyanın ilkin dövrü – Bizans imperiyasının Dördüncü Səlib yürüşü nəticəsində parçalanması.

Mündəricat

Tarix

XII əsrin ikinci yarısında Bizans imperiyasının zəifləməsi Şərqi Aralıq dənizində Qərbi Avropa dövlətlərinin təsirinin güclənməsinə zəmin yaratmışdır. Bu dövrdə əsasən fransızlardan ibarət səlibçi cəngavər-feodal ordusu, eyni zamanda Venesiya, Genuya və Piza kimi donanmaya malik İtaliya respublikaları Bizans imperiyasını süquta uğratmışdır. Birinci səlib yürüşünün təcrübəsi onu göstərirdi ki, aqressiv müsəlman dövlətləri ilə əhatə olunmuş səlibçi dövlətlərini saxlamaq Avropa xristianları üçün çətin idi. Səlibçilərin hədəfi tezliklə daha yaxın olan Bizans imperiyası tərkibindəki Egey adalarına və Balkan yarımadasına yönəlmişdir. Bu ərazilər böyük sahil ticarəti və hərbi postlar şəbəkəsinə malik idi. Səlibçi işğalının rəsmi səbəbi katolik və pravoslav xristianlar arasındakı fərqləri "həll etmək" cəhdi idi.

Bizans imperiyası türklərin Anadoluya daxil olması və Balkan yarımadasında yaşayan slavyanların azadlıqçı hərəkatlarının şiddətlənməsi nəticəsində tədricən vahid imperiya xarakterini itirməyə başlamışdı. 1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən ələ keçirilməsi Bizans imperiyasının yerli şüurda mərkəzləşmiş gücünün varlığına son qoymuşdur. 50 ildən çox davam edən soyğunçuluq və quldurluqdan sonra şəhər faktiki olaraq əhalisizləşmiş və əvvəlki şöhrətini itirmişdir. Əlavə olaraq, yerli knyazlıqların mərkəzinə çevrilən Durasso və Teben kimi şəhərlərin rolu artmışdır. Səlibçilər imperiyanın qalıqları üzərində Qərbi Avropa knyazlıqlarının analoqlarını yaratmışdılar. Frankokrat dövlətlərdən olan Latın imperiyası formal xarakter daşıyırdı və Konstantinopol da daxil olmaqla Şərqi Frakiya ərazisini əhatə edirdi. Əksər frankokrat dövlətlərin köhnə imperiya ilə müqayisədə kompakt təbiəti onların rifahına müsbət təsir etmişdir. Ən uzun müddət mövcud olan frankokrat ərazilər Rodos, Kipr, Krit və Dalmatiya kimi ərazilər idi, çünki onlar böyük donanmalar tərəfindən qorunurdular və quru istilaları üçün əlçatmaz idilər.

Qalereya

  • Afina akropolunda frank qülləsi. 1874-cü ildə dağıdılmışdır.
    Afina akropolunda frank qülləsi. 1874-cü ildə dağıdılmışdır.
  • Xlemusi qalası.
    Xlemusi qalası.
  • Rodos şəhəri. Təqribən 1490-cı il.
    Rodos şəhəri. Təqribən 1490-cı il.
  • Rodos qalası.
    Rodos qalası.
  • Bakirə Məryəm kilsəsi. Rodos.
    Bakirə Məryəm kilsəsi. Rodos.
  • Mitilini qalası.
    Mitilini qalası.
  • Platamon qalası.
    Platamon qalası.

Qeydlər

  1. yun. Φραγκοκρατία, mənası – Frankların hakimiyyəti. Həmçinin Latinokratiya (yun. Λατινοκρατία, mənası – Latınların hakimiyyəti) və ya Venetokratiya (yun. Βενετοκρατία, mənası – Venesiyalıların hakimiyyəti).
  2. Egey və İoniya adaları, Mərmərə dənizi, Kipr və Krım, həmçinin Azov dənizi də daxil olmaqla.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Frankokratiya haqqında məlumat. Frankokratiya nədir? Frankokratiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    İnsan ürəyi

  • Fevral 26, 2026

    Kök (orqan)

  • Fevral 27, 2026

    Göyçay

  • Fevral 27, 2026

    Sezar mükafatı

  • Fevral 27, 2026

    Xornabuci qalası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst