Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Folklor İnstitutu 1994-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində "Folklor sarayı" Elmi Mədəni Mərkəzi kimi fəaliyyətə başlamışdır. Fəaliyyətinin il

Folklor İnstitutu

  • Ana Səhifə
  • Vikipediya
  • Folklor İnstitutu

Folklor İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.

AMEA-nın Folklor İnstitutu
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 2003
Digər məlumatlar
Direktor Hikmət Quliyev
Ünvan AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İçərişəhər, 8-ci Kiçik qala, 31
Sayt folklor.az

Mündəricat

Tarixi

Folklor İnstitutu 1994-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində "Folklor sarayı" Elmi Mədəni Mərkəzi kimi fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk illərində Mərkəz Azərbaycan folkloru, Türk xalqları folkloru, Aşıq yaradıcılığı və Kompüter mərkəzi kimi struktur bölmələrdən ibarət olmuş, 2000-ci ildə "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar olaraq Qorqudşünaslıq şöbəsi ilə zənginləşmişdir. 2003-cü ildən isə AMEA-nın müstəqil struktur vahidinə — Folklor İnstitutuna çevrilmişdir.

Direktorları

AMEA Folklor İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər:

  1. Filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov - 2003-2011
  2. Akademik Muxtar İmanov - 2011-2024
  3. Filologiya elmləri doktoru, dosent Hikmət Quliyev - 2025-ci il tarixindən indiyə qədər

Rəhbərlik

İnstitutun direktoru:

• Filologiya elmləri doktoru, dosent Hikmət Quliyev

İnstitutun elmi işlər üzrə direktor müavini:

• Filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova

İnstitutun ümumi işlər üzrə direktor müavini:

• Abuzər Gülməmmədov

Elmi katib:

• Elçin Abbasov

Struktur bölmələri

Hazırda AMEA Folklor İnstitutunda Azərbaycan folklorşünaslıq elmi aşağıdakı şöbələr üzrə araşdırılı tədqiq edilir:

  1. Azsaylı xalqların folkloru şöbəsi (fil.e.d., dosent Oruc Əliyev)
  2. Aşıq yaradıcılığı şöbəsi
  3. Cənubi Azərbaycan folkloru şöbəsi (fil.e.d., dosent Mətanət Abbasova)
  4. Dədə Qorqud şöbəsi (fil.e.d., professor Ramazan Qafarlı)
  5. Folklor və yazılı ədəbiyyat şöbəsi (fil.e.d., dosent Leyla Məmmədova)
  6. Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi (fil.ü.f.d., dosent İlkin Rüstəmzadə)
  7. Qərbi Azərbaycan folkloru şöbəsi (fil.ü.f.d., dosent Əziz Ələkbərli)
  8. Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsi (fil.ü.f.d., dosent Ağaverdi Xəlil)
  9. Mifologiya şöbəsi (fil.e.d., professor Seyfəddin Rzasoy)
  10. Folklor nəzəriyyəsi şöbəsi (fil.e.d., professor Füzuli Bayat)
  11. Türk xalqları folkloru şöbəsi (fil.e.d., professor Əfzələddin Əsgərov)

Köməkçi şöbələrdən Arxiv, Beynəlxalq əlaqələr, Folklor studiyası, Kitabxana, Elektron xidmətlər və nəşriyyat şöbələri institutun çoxcəhətli fəaliyyətini əlaqələndirir.

Fəaliyyət istiqamətləri

Azərbaycan folklorunun və mifoloji mətnlərinin respublikanın bütün regionlarından və azərbaycanlıların kompakt yaşadığı xarici ərazilərdən toplanılması, sənədləşdirilməsi, elmi təsnifi, kataloqlaşdırılması, tərtibi və nəşr edilməsi; folklor mətnlərinin variantlarının və qaynaqlarının üzə çıxarılması, Azərbaycan folklorunun tarixi xronoloji ardıcıllıqla inkişaf xüsusiyyətlərinin şərh edilməsi və nəzəri problemlərinin araşdırılması, Azərbaycan folklorunun lokal, regional, etnik, milli və universal xüsusiyyətlərinin və əlaqələrinin tədqiqi, Azərbaycan bölgələrinin zəngin folklor antologiyalarının, folklor və mif mətnləri toplularının yaradılması, çoxcildli folklor, mifologiya və folklorşünaslıq tarixinin hazırlanması.

Beynəlxalq əlaqələri

Azərbaycan Milli Elmlər Akademiyası AMEA Folklor İnstitutu aşağıdakı akademik qurumlar və universitetlərlə əməkdaşlıq müqaviləsi və memorandum imzalamışdır:

  • AMEA Folklor İnstitutu və Özbəkistannın Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlıq Memorandumu (27 aprel 2025)
  • AMEA Folklor İnstitutu və Özbəkistan Respublikası Urgenç Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumu (28 aprel 2025)
  • AMEA Folklor İnstitutu və Özbəkistan Respublikası Əlişir Nəvai adına Dövlət Ədəbiyyat muzeyi arasında müqavilə memorandumu (2025-ci il)

Elmi nəticələr

AMEA Folklor İnstitutunda bir sıra əhəmiyyətli tədqiqat əsərləri hazırlanıb nəşr edilmişdir:

  • Güney Azərbaycan folkloru 17 cilddə
  • Usta söyləyicilərin repertuarı
  • Azərbaycan folklor antologiyası
  • Azərbaycan folklor külliyyatı
  • Qərbi Azərbaycan folkloru 4 cilddə
  • Azsaylı xalqların folkloru 6 cilddə
  • Qarabağ: folklor da bir tarixdir 10 cilddə
  • Dini folklor 3 cilddə
  • SMOMPK məcmuəsində Azərbaycan folklor materialları 5 cilddə
  • Folklor və yazılı ədəbiyyat 2 cilddə

Nəşrləri

AMEA Folklor İnstitutunun əməkdaşlarının elmi əsərləri ardıcıl olaraq kitab halında çap olunur.

Jurnallar

AMEA Folklor İnstitutunun elmi jurnalları olan - "Dədə Qorqud" elmi-ədəbi jurnalı 2001-ci ildən çıxan Respublika miqyasında, daha sonra isə beynəlxalq miqyasda əsas elmi nəşrlərdən biri hesab olunur. "Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər" jurnalı da Respublika əhəmiyyətli jurnal hesab olunur.

"Azərbaycan folklor antologiyası" seriyası

AMEA Folklor İnstitutunda çoxcildlik "Azərbaycan folklor antologiyası" seriyası var. "Azərbaycan folklor antologiyası" seriyası üzrə aşağıdakı kitablar nəşr olunmuşdur:

  1. Göyçə folkloru. Bakı,"Səda", 1999, 430 s.
  2. Qarabağ folkloru. Bakı,"Səda", 2001, 208 s.
  3. Qaraqoyunlu folkloru. Bakı,"Səda", 2002, 223 s.
  4. Ağbaba folkloru. Bakı,"Səda", 2003, 243 s.
  5. Gəncəbasar folkloru. Bakı,"Səda", 2004, 285 s.
  6. İrəvan çuxuru folkloru. Bakı,"Səda", 2004, 282 s.
  7. Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru. Bakı,"Səda", 2005, 546 s.
  8. Şirvan folkloru. Bakı,"Səda", 2005, 222 s.
  9. Ağdaş folkloru. Bakı,"Nurlan", 2006, 496 s.
  10. Dərbənd folkloru. Bakı,"Nurlan", 2006, 216 s.
  11. Dərələyəz folkloru. Bakı,"Nurlan", 2006, 238 s.
  12. Muğan folkloru. Bakı,"Nurlan", 2008, 225 s.
  13. Naxçıvan folklor örnəkləri. Bakı, 2009, 541 s.; "Nurlan", 2011, 360 s.
  14. İraq-Türkman folkloru. Bakı,"Nurlan", 2009, 452 s.
  15. Borçalı-Qarapapaq folkloru. Bakı, "Nurlan", 2011, 444 s.
  16. Loru-Pəmbək folkloru. Bakı, "Nurlan", 2011, 400 s.
  17. Qazax örnəkləri. Bakı, "Elm və təhsil", 2012, 376 s.
  18. Borçalı folklor örnəkləri. Bakı, "Elm və təhsil", 2013, 328 s.; 328 s.; 390 s.
  19. Masallı folklor örnəkləri. Bakı, "Elm və təhsil", 2013, 418 s.
  20. Dərbənd folklor örnəklri. Bakı, "Elm və təhsil", 2014, 368 s.
  21. Şəki folklor örnəkləri. Bakı, "Elm və təhsil", 2014, 408 s.; "Nurlan", 2008, 536 s.; "Səda", 2002, 366 s.; 2000, 248 s.
  22. Yardımlı folklor örnəkləri. Bakı, "Elm və təhsil", 2014, 334 s.
  23. Gədəbəy folklor örnəkləri. Bakı, "Elm və təhsil", 2016, 360 s.
  24. Tovuz folklor örnəkləri. Bakı, "Elm və təhsil", 2020, 328 s.; 2017, 384 s.
  25. Zəngəzur folklor örnəkləri. Bakı, "Elm və təhsil", 2021, 356 s.; "Nurlan", 2009, 416 s.; "Nurlan", 2005, 597 s.
  26. Zəngəzur folkloru: milli-mədəni düşüncə və çağdaş elmi yanaşmalar. Bakı, "Elm", 2022, 272 s.
  27. Göyçay folklor örnəkləri. Bakı,"Elm və təhsil", 2022, 296 s.
  28. Qaşqay folklor örnəkləri. Bakı, "Elm və təhsil", 2023, 316 s.
  29. Şərur folklor örnəkləri. Bakı, "Elm və təhsil, 2023, 304 s.
  30. Naftalan folklor örnəkləri. Bakı, "Elm və təhsil", 2024, 294 s.

Həmçinin bax

  • Azərbaycan Milli Elmlər Akademiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Folklor İnstitutu haqqında məlumat. Folklor İnstitutu nədir? Folklor İnstitutu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gymnosperms

  • Mart 01, 2026

    Nikolaus Merkator

  • Fevral 27, 2026

    Fransa aeroklubu

  • Mart 01, 2026

    Qərbi Ermənistan

  • Mart 01, 2026

    Təmizlik

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst