Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Folklend müharibəsi — 1982-ci ildə Böyük Britaniya–Argentina arasında baş verən müharibədir. Bu müharibədə nə İngiltərə, nə də Argentina formal səviyyədə bir-bi

Folklend müharibəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Folklend müharibəsi

Folklend müharibəsi — 1982-ci ildə Böyük Britaniya–Argentina arasında baş verən müharibədir. Bu müharibədə nə İngiltərə, nə də Argentina formal səviyyədə bir-birlərinə müharibə elan etməmişlərdir. Müharibə 42 gün davam etmiş və Böyük Britaniyanın qələbəsi ilə yekunlaşmışdır

Folklend müharibəsi
Photo montage of the Falklands War.
Tarix 2 aprel 1982 – 14 iyun 1982
Yeri Folklend adaları
Nəticəsi Böyük Britaniya qələbəsi
Münaqişə tərəfləri

Argentina Argentina

 Böyük Britaniya
Folklend adaları Folklend adaları

Komandan(lar)

Argentina Leopoldo Galtieri
Argentina Jorge Anaya
Argentina Basilio Lami Dozo
Argentina Juan Lombardo
Argentina Ernesto Crespo
Argentina Mario Menendez
Argentina Carlos Busser

Böyük Britaniya Marqaret Tetçer
Böyük Britaniya Terence Lewin
Böyük Britaniya John Fieldhouse
Böyük Britaniya Sandy Woodward
Böyük Britaniya Jeremy Moore
Böyük Britaniya Julian Thompson
Folklend adaları Rex Hunt

İtkilər

649 nəfər öldürülmüşdür
1068 nəfər yaralanmışdır
11.313 nəfər əsir düşmüşdür


1 Desant gəmisi
1 Desant qayığı
2 Qırıcı gəmi
2 Freqat

258 nəfər öldürülmüşdür
1 Kreyser
1 sualtı qayıq
1 gözətçi qayıq
1 nəqliyyat gəmisi
1 balıq ovu trauleri (gözətçi gəmi idi)

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Konfliktin səbəbi

    Folklend adaları 1690-cı ildə ilk dəfə ingiltərə səyyahları tərəfindən tapılmışdır. İngilislər bu adanı "Folkend adaları" adlandırırlar. 1694-cü ildə isə fransız səyyahları bu adaları tapırlar və onu San-Malo şəhərinin şərəfinə "Malvin adaları" adlandırırlar. Argentina müstəqillik qazandıqdan sonra (XIX əsr) bu adaları öz adaları hesab edirlər və onu fransızların adlandırdıqları "Malvin adaları" adlandırırlar. Lakin Folklend adaları 1833-cü ildə İngiltərə tərəfindən zəbt edilir. Bu da Argentinanın narazılığına səbəb olur. Narazılıq 1981-ci ildə daha da şiddətlənir. 1981-ci ildə Argentina ordusunun general-leytenantı olan Leopal Qaltiyeri bu məsələni yenidən gündəmə gətirir.

    Folkland adaları üzərindəki suverenlik problemi 1964-cü ildə Birləşmiş Millətlər Müstəmləkə Problemləri Komissiyasının gündəminə gəldi. Argentinalılara görə, Malvina olaraq bilinən adalar Argentinanın bir parçası idi. Adaların Cənub Amerikaya coğrafi yaxınlığı var idi. Argentina, İspaniyanın xələfi olduğunu irəli sürürdü. İngiltərə, adalar üzərindəki hökmü Argentinaya geri qaytarmalı, rəhbərliyi müəyyən bir razılığa uyğun olaraq sürdürməli idi. İngiltərə isə adada yaşayan İngilis əsillilərin istəklərinə zidd olduğundan, belə bir tənzimləməyə gedə bilmirdi. İngiltərə 1833-cü ildən bəri adalar üzərində "işğal və rəhbərliyi" davam etdirdiyini və Birləşmiş Millətlər Təşkilatının Andlaşmasının I məqaləsinə görə Folklendlilərə "Özünü idarə etmə" qanununun tətbiq olunmasının lazım olduğunu irəli sürürdü. İngiltərəyə görə Folklend adaları, Argentinanın rəhbərlik və yoxlamasına keçsə, müstəmləkə vəziyyəti sona çatmayacaq, tam tərsinə olaraq başlayacaqdır.

    Müharibənin başlanması

    Müharibə 2 aprel 1982-ci ildə başlanır. Əvvəlcə Argentina İngiltərə donanmasına zərbələr endirir. Onlarda gəmi raketləri əleyhinə Fransada istehsal olunmuş "Ekzoset" raketləri. Lakin Argentina donanmasında onların sayı çox az idi. Onlarda cəmi 5 raket var idi. 15 may gecəsində ingiltərənin xüsusi təyinatlı əsgərləri Argentinanın hərbi bazasına girib, 11 təyyarəni məhv edirlər. 25 mayda Argentina hərbi qüvvələri böyük uğur qazanırlar. Onlar "Ekzoset" raketləri ilə İngiltərə konteyner yük gəmisi "Atlantik Konveyor"a zərbə edirlər. Bu onların sonuncu böyük uğurları olur. 12 iyunda isə müharibənin vəziyyəti İngiltərə hərbi qüvvələrinin xeyrinə dəyişir. Onlar Port-Stenliyə hücum edərək Argentina hərbi qüvvələrinə zərbə endirirlər. 14 iyunda İngiltərə hərbi qüvvələri Port-Stenlini Argentina əsgərlərindən azad edirlər. 20 iyunda isə müharibə başa çatır.

    Müharibənin sonu və onun nəticələri

    Müharibə 20 iyunda İngiltərə hərbi qüvvələrinin tam qələbəsi ilə başa çatır. Argentina hərbi qüvvələri isə məğlub olur. Onların general-leytenantı Leopal Qaltiyeri istefaya getməyə məcbur olur. Folklend adaları isə həmişəki kimi İngiltərənin tabeliyində qalır. 12 oktyabr 1982-ci ildə İngiltərədə qələbə münasibətilə parad keçirirlər. Məşhur Argentina yazıçısı Xorxe Luis Borxes Argentina və İngiltərə əsgərlərini yad edərək, onlara şeir yazır. Xorxe Luis Borxes bu müharibəni "İki keçəlin daraq səbəbdən müharibəsi" adlandırır.

    Nüvə silahı

    Hələ 1982-ci ildə İngiltərə hərbi gəmilərində nüvə silahının olması barədə söz-söhbət gedirdi. İngiltərə hərbi qüvvələri isə buna etiraz edirdilər. Yalnız 2003-cü ildə Böyük Britaniya hərbi gəmilərdə nüvə silahının (WE.177 bombaları) olması faktını təsdiq etdilər.

    Qalereya

    Gəmilər

    • Argentina aviadaşıyıcı gəmisi “Veinticinco de Mayo” (1 iyun 1979)
      Argentina aviadaşıyıcı gəmisi “Veinticinco de Mayo” (1 iyun 1979)
    • Argentina yüngül kreyseri ARA General Belgrano (aprel 1982)
      Argentina yüngül kreyseri ARA General Belgrano (aprel 1982)
    • Britaniya aviadaşıyıcı gəmisi HMS Hermes (R-12)
      Britaniya aviadaşıyıcı gəmisi HMS Hermes (R-12)

    Təyyarələr

    • Super Étendar (Argentina)
      Super Étendar (Argentina)
    • Exocet döyüş raketi
      Exocet döyüş raketi
    • BAe Sea Harrier (Britaniya)
      BAe Sea Harrier (Britaniya)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Folklend müharibəsi haqqında məlumat. Folklend müharibəsi nədir? Folklend müharibəsi nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Taqanroq

    • Fevral 27, 2026

      Hücumçu (voleybol)

    • Fevral 27, 2026

      Rinit

    • Fevral 27, 2026

      Bayat

    • Fevral 27, 2026

      Avstraliya dolları

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst