Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Flektiv dillər — dillərin morfoloji quruluşca üçüncü tipi. Onlara flektivləşdirən, üzvi, formal, fuziyalı, insirafi dillər də deyillər. A. Şlegelə görə, sinteti

Flektiv dillər

  • Ana Səhifə
  • Vikipediya
  • Flektiv dillər

Flektiv dillər — dillərin morfoloji quruluşca üçüncü tipi. Onlara flektivləşdirən, üzvi, formal, fuziyalı, insirafi dillər də deyillər. A. Şlegelə görə, sintetik və analitik tipli ola bilər. Flektiv dillərin digər dillərdən daha fərqli yaranma üsulları mövcuddur. Bunlar fonetikaya aid xüsusiyyətlər sayılır.

Məs:Samit olduğu kimi qalir, saitlər düşür.

Dillərin təsnifatı

Alman alimi V. fon Humboldt (1767-1835) dilləri bu əlamətlərə görə müəyyənləşdirməyi tövsiyə edirdi: 1. Dildə əlaqələrin ifadəsi (nisbi əlaqələrin ifadəsi). 2. Cümlənin əmələ gəlməsi qaydası. 3. Fonetik forma.

V. fon Humboldt flektiv dillərə təkcə daxili dəyişiklikləri deyil, həm də affikslərlə ifadəni də daxil edirdi. O, israr edirdi ki, çin dili amorf dil deyil, təcrid olunmuş dildir, yəni qrammatik mənalar bu dildə söz sırası və intonasiya ilə ifadə olunur. Beləliklə, bu tipli dilləri o, sırf analitik dillər adlandırır.

Flektiv dillərin növləri

Flektiv dillər ilk növbədə, sözün dəyişməsini nəzərdə tutur. Sözün dəyişməsi isə onun sonundakı şəkilçinin və ümumiyyətlə, sözün səs cildinin dəyişməsi ilə olur. Sözün dəyişməsinin iki yolu flektiv dillərə aiddir. Lakin onların bu və ya digər dilin qrammatik quruluşunda tutduqları yer müxtəlifdir. Bununla əlaqədar fleksiyanın iki növünü göstərmək olar:

  1. Xarici fleksiya
  2. Daxili fleksiya

Rus dili xarici fleksiyaya aiddir. Buna misal olaraq, "книга, книги, книге, книгу, книгой (о) книге" göstərə bilərik. Hər bir halda qrammatik məna sözün sonunda gələn şəkilçi hissəsinin dəyişməsi yolu ilə əldə edilmişdir.

Daxili fleksiya isə adından da göründüyü kimi, sözün daxilində baş verir; həm də bu dəyişmə heç bir fonetik mühitdən asılı olmur.

Azərbaycan dilinin fleksiyası

Azərbaycan dilinin lüğət tərkibindəki "hökm, hakim, hökumət, məhkum, məhkəmə, hakimiyyət, istehkam, hikmət, mühakimə, möhkəm" sözləri ərəb mənşəlidir. Həmin sözlər Azərbaycan dilinin lüğət tərkibində müstəqil leksik vahidlər kimi mövcuddur. Ərəb dilində isə onlar müəyyən derivasion, bəzi hallarda isə hətta relyasion qrammatik əlaqələrin göstəriciləri və nəticələridir. Daxili fleksiyanın əsas olduğu flektiv dillərdə daxili fleksiya formaları müəyyən sistemə malikdir. Məsələn, ərəb dilində daxili fleksiya yolu ilə ifadə olunan cəmlik modellərinin bəzi formalarına nəzər salsaq "tərəf" sözünün "ətraf"; "xəbər" sözünün isə "əxbar" və "müxbir" sözünə çevrildiyini görmək mümkündür. Qeyd olunan kimi, daxili fleksiya bütün flektiv dillər üçün səciyyəvidir; məsələn, ingilis dilində daxili fleksiya daha çox fellərdə, xüsusən felin zaman kateqoriyasında özünü göstərir:

  • I sing Mən oxuyuram - I sang Mən oxudum;
  • I ring Mən zəng edirəm - I rang Mən zəng etdim və s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Flektiv dillər haqqında məlumat. Flektiv dillər nədir? Flektiv dillər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Balakənçay

  • Fevral 27, 2026

    Mario Zaqallo

  • Fevral 27, 2026

    Xram

  • Fevral 27, 2026

    Aqop Balyan

  • Fevral 27, 2026

    Lui Reno

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst