Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firəngiz Babayeva (15 aprel 1957, Xudat)—Azərbaycanlı teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası. Azərbaycan Respublikasının Əməkdar ar

Firəngiz Babayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Firəngiz Babayeva

Firəngiz Babayeva (15 aprel 1957, Xudat)—Azərbaycanlı teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası. Azərbaycan Respublikasının Əməkdar artisti (2002).

Firəngiz Babayeva
Firəngiz Manaxim qızı Babayeva
Doğum adı Firəngiz Manaxim qızı Babayeva
Doğum tarixi 15 aprel 1957 (68 yaş)
Doğum yeri Xudat, Azərbaycan SSR
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa, kino aktrisası
Fəaliyyət illəri 1986-cı ildən bu günə kimi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı "Sənətkar" medalı
IMDb ID2933083

Həyatı

Firəngiz Manaxim qızı Babayeva 15 aprel 1957-ci ildə Xudatda anadan olub. 1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Təhsil aldığı illə ərzində o, Tədris Teatrının səhnəsində Polina ("Tribunal"A. Makayonok), Elektra ("Elektra", Sofokl), Krucinina ("Günahsız müqəssirlər", A. Ostrovski), Knyaginiya ("İki qardaş", M. Y. Lermontov) kimi obrazlar yaratmışdır. 1986-cı ildə İncəsənət İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olub. Bu teatrın səhnəsində aşağıdakı rolları ifa edib:

  • Sənubər ("Xoşbəxtlər"S. Rəhman)
  • Aygül ("Kimin sualı var?", N. Həsənzadə)
  • Kiçik gəlin("Gəlinlərin üsyanı", Ş. Başbeyev)
  • Nigar ("Solğun çiçəklər", C. Cabbarlı)
  • Qadın ("Bağlı qapı arxasında iki nəfər", V. Sergeyev)
  • Bəyaz saçlı qız("Qətl günü", Y. Səmədoğlu)

1987-ci ildə ilin aktrisası mükafatına layiq görülüb. Mingəçevir Teatrında çalışdığı dövrdə Bütün şəhər tədbirlərinin həm Rus həm də Azərbaycanca aparıcı olub. 1990-cı ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrına (indi ki H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı) dəvət alır 1990–1999-cu illərə kimi teatrda çalışır. Sumqayıt Dövlət Dram Teatrının səhnəsində aşağıdakı rolları ifa edib:

  • Telli-("Məlikməmmədin nağılı", M. Məmmədov)
  • Ana-("Anlaşılmazlıq", A. Kamyu)
  • Çiçək-("Subaylarınızdan görəsiz", S. Ələsgərov)
  • İrma-("Varlı evində", G. Xuqayev)
  • Asya-("Arşın mal alan", Ü. Hacıbəyov)
  • Zeynəb-("Ölülər", C. Məmmədquluzadə)
  • Nərgiz-("Dünya ay Dünya", Ş. Qəribli)
  • Münəvvər-("Mənim ağ göyərçinim", T. Vəliyeva)və s. rollar oynayıb.

1999-cu ildən Bələdiyyə Teatrının aktrisasıdır. Aktrisa işlədiyi illər ərzində o – Oğlundan şikayətçi qadın ("Oğul"A. Babayev), Salatın("Vətənə oğullar gərəkdir", R. İçərişəhərli), Firəngiz ("Daşa dönmüş ürəklər", X. Əlimirzəyev), Xırda ("Bəylik dərsi", M. Süleymanlı), Arxitektorun arvadı ("Domokl qılıncı ", N. Hikmət), Xanpəri ("Müsyö Jordan və Dərviş Məstəli şah", M. F. Axundov), Fəridə Fəridova ("Qaravəlli", Anar), Sofi("Məkr məhəbbət", F. Şiller), Zeynəb ("Ölülərlər", C. Məmmədquluzadə),3-cü aparıcı("Unutqanlıq qorxunc bəladır", Cəlil Məmmədquluzadə) kimi obrazlar yaratmışdır. Eyni zamanda aktrisa şəhər tədbirlərinin aparıcılarından olub. Dəfələrlə cəbhə bölgələrində çıxışlar etmişdir.

2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə səhnə sənətindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən "Sənətkar" medalına layiq görülüb.

Filmoqrafiya

  1. Mənim ağ şəhərim (film, 1993)
  2. Salur Qazanın evi talandığı boy (film, 2001)
  3. Odla qol-boyun (film, 2002)
  4. Girov (film, 2005)
  5. Həsrətli gözlərin rəsmi (film, 2003)
  6. Ərazi (film, 2005)
  7. Absurdistan (film, 2008) (tammetrajlı bədii film)-çobanın arvadı
  8. Məhkumlar
  9. Toy gecəsi (serial, 2013)
  10. Sən olmasaydın (serial, 2016)
  11. Məhkumlar (film, 2012)
  12. Qız yükü (serial, 2016)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, firəngiz babayeva sözünün mənası, firəngiz babayeva haqqında məlumat. firəngiz babayeva nədir? firəngiz babayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Raşomon (hekayə)

  • Fevral 26, 2026

    Fars mifologiyası

  • Fevral 27, 2026

    Burdur

  • Fevral 27, 2026

    Tivi

  • Mart 06, 2026

    Bayburt ili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst