Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Son 2-3 il ərzində baş vermiş müxtəlif fəlakətlər: zəlzələ, qasırğa, yanğın, aclıq və epidemiya səbəbindən Kioto şəhərinin inkişafında dayanma müşahidə olunmuşd

Raşomon (hekayə)

  • Ana Səhifə
  • Vikipediya
  • Raşomon (hekayə)

Raşomon (羅生門?) – yapon yazıçısı Ryunosuke Akutaqavanin 1915-ci ildə yazdığı hekayə.

Süjeti

Son 2-3 il ərzində baş vermiş müxtəlif fəlakətlər: zəlzələ, qasırğa, yanğın, aclıq və epidemiya səbəbindən Kioto şəhərinin inkişafında dayanma müşahidə olunmuşdur. Şəhər həyatının nizamlanmasına heç bir nəzarət olmadığından şəhər getdikcə boşalmağa başlamış, küçələrdə soyğunçu və quldurların sayı artmışdır. Belə ki oğrular Budda heykəllərini, müqəddəs əşyaları sındıraraq onları oduncaq kimi satırdılar. Baxımsız qalan Rasyomon darvazası ilə də heç kim maraqlanmır və darvaza bura atılmış cəsədlərin məskəninə çevrilmişdir.

Bir gün sahibi tərəfindən qovularaq evsiz qalan bir qulluqçu bərk yağış yağdığından Raşomonun altında gözləmək qərarına gəlir. Onu daima bir fikir düşündürür: yaşaması üçün nə etməlidir? O ya acından ölməli, ya da oğurluqla məşğul olmağa başlamalıdır. Bu zaman artıq qaranlıq düşmüş, güclü külək əsirdi. O, qızınmaq üçün yerin olmasını axtararkən qırmızı boya ilə rənglənmiş qülləyə uzanan iri bir pilləkan görür. Qüllədə işığı yandığını görən qulluqçu ora qalxmaq qərarına gəlir.

Qulluqçu qülləyə qalxaraq yerə sərilmiş çoxsaylı cəsədlərlə ratlaşır. Onlar arasında bir qoca qarının ölü qadının saçlarını yolduğunu görür. Cəld şəkildə içəri girərək otağın küncündəki qılıncı əlinə götürərək onu qarının sifətinə tutur. Ondan nə üçün belə etdiyini soruşur. Qarı qorxa-qorxa bu saçların parik düzəltmək üçün lazım olduğunu bildirir. Qarı bunu yaşaması üçün etdiyini və bunun pis əməl olmadığını bildirir. Qarının sözlərindən sonra qulluqçu həyatda sağ qalması üçün oğurluqla məşğul olmaq qərarına gəlir. O, qarının əhvalatını dinlədikdən sonra özünün də acından ölməməsini bildirərək qarının əynindəki kimononu oğurlayaraq gecə yarısı yox olur.

Ekranlaşdırılması

  • Raşomon (film, 1950) - rejissor Akira Kurosava

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Raşomon (hekayə) haqqında məlumat. Raşomon (hekayə) nədir? Raşomon (hekayə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Masailər

  • Fevral 27, 2026

    Radamant

  • Fevral 27, 2026

    Neyroelm

  • Fevral 25, 2026

    Bayandurlar sülaləsi

  • Fevral 27, 2026

    Kiraz (İzmir)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst