Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firuzə Böyükağa qızı İbadova (18 fevral 1954, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikası əməkdar artisti (2006).

Firuzə İbadova

  • Ana Səhifə
  • Vikipediya
  • Firuzə İbadova

Firuzə Böyükağa qızı İbadova (18 fevral 1954, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikası əməkdar artisti (2006).

Firuzə İbadova
Ümumi məlumatlar
Doğum tarixi 18 fevral 1954(1954-02-18) (72 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1963–2024
Təhsili
  • Asəf Zeynallı adına Musiqi Məktəbi (–1980)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20062006
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Firuzə Böyükağa qızı İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. 173 saylı orta məktəbdə təhsil alıb və buranı 1971-ci ildə bitirib.

1963-cü ildən Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində Əfsər Cavanşirovun uşaq xorunun solisti olub. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Lalə" qızlar ansamblının, 1976-cı ildən Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblının solisti olub. 1979-cu ildə Rəşid Behbudovun mahnı teatrına solist kimi dəvət edilib. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır.

Firuzə İbadova 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Elə həmin ildə Orta Asiyada keçirilmiş Azərbaycan ongünlüyündə konsert proqramı ilə çıxış edib. 1982-ci ildə Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış məqbərənin açılışında iştirak edib.

1984–1985-ci illərdə Moskva şəhərində XII ümumdünya festivalının diplomantı və "Lenin komsomolu" mükafatı laureatı olub. Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xətti ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında konsert proqramları ilə çıxış edib. Bundan əlavə, Firuzə İbadova dünyanın 30-dan artıq dövlətində qastrol səfərlərində olub və Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərini səsləndirib. Dəfələrlə beynəlxalq müsabiqələr laureatı olub.

Firuzə İbadova Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə yazılmış "Şəhidlər ağısı" (Əlimdə sazım ağlayır) (mus.: Hacı Xanməmmədov, söz.: Əzizə Cəfərzadə) mahnısının ifaçısıdır. Sözügedən mahnı AZTV-nin qızıl fondunda saxlanılır. Firuzə İbadova Azərbaycan klassik bəstəkarlarının yaratdıqları əsərlərin də ifaçısıdır.

Firuzə İbadova mütəmadi olaraq kütləvi dövlət tədbirlərinin iştirakçısıdır. 1993-cü ildən Abdulla Qurbaninin dəvəti ilə bir sıra hərbi hissələrdə müxtəlif konsert proqramları ilə çıxış edib.

Azərbaycan Respublikası Prezidentinin 16 may 2006-cı il tarixli Sərəncamı ilə Firuzə İbadovaya "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilib.

2016-cı ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının "Oyuq" studiyasının musiqi rəhbəridir. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının heyəti ilə "Şuşa ili" və "Heydər Əliyev ili" çərçivəsində keçirilən "Xarıbülbül" festivalının könüllü iştirakçısıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Firuzə İbadova haqqında məlumat. Firuzə İbadova nədir? Firuzə İbadova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fars ədəbiyyatı

  • Fevral 27, 2026

    Aleksandr Lukaşenko

  • Fevral 27, 2026

    Frank imperiyası

  • Fevral 27, 2026

    Konservləşdirmə

  • Fevral 24, 2026

    Davud

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst