Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firudin Hilal oğlu Nəbiyev (4 avqust 1960, Ermənistan SSR – 3 avqust 2020, Türkiyə) — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, II dərəcə

Firudin Nəbiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Firudin Nəbiyev

Firudin Hilal oğlu Nəbiyev (4 avqust 1960, Ermənistan SSR – 3 avqust 2020, Türkiyə) — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri.

Firudin Nəbiyev
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
13 fevral 2012 – 23 aprel 2018
ƏvvəlkiArzu Rəhimov
SonrakıVüsal Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1960(1960-08-04)
Doğum yeri Dərələyəz, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 3 avqust 2020(2020-08-03) (59 yaşında)
Vəfat yeri
  • Türkiyə
Təhsili
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Rütbəsi
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2008 "Hərbi xidmətlərə görə" medalı — 2004 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2007

Həyatı

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.

24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli 1613 nömrəli Sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir.

16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, iki övladı var.

Mükafatları

Xidmət etdiyi dövrdə 6 medal, 2 orden – Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə III dərəcəli "Vətənə xidmətə görə" və "Azərbaycan bayrağı" ordenləri ilə təltif olunmuşdur.

  • 30 iyul 2004 — "Hərbi xidmətlərə görə" medalı.
  • 16 avqust 2007 — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni.
  • 18 avqust 2008 — "Azərbaycan Bayrağı" ordeni.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Firudin Nəbiyev haqqında məlumat. Firudin Nəbiyev nədir? Firudin Nəbiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Olimp (Mars)

  • Mart 01, 2026

    Çester Artur

  • Fevral 27, 2026

    Uyğur dili

  • Fevral 27, 2026

    Aravaklar

  • Mart 01, 2026

    Sura çayı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst