Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1980-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə (prof. Xəyyam Mirzəzadənin sinfi) bitirib. 2006-cı ild

Firudin Allahverdi

  • Ana Səhifə
  • Vikipediya
  • Firudin Allahverdi

Firudin Allahverdi (12 dekabr 1980, Bakı) — Azərbaycan bəstəkarı.

Firudin Allahverdi
Ümumi məlumatlar
Doğum tarixi 12 dekabr 1980(1980-12-12) (45 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
  • Bakı Musiqi Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1980-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə (prof. Xəyyam Mirzəzadənin sinfi) bitirib. 2006-cı ildə Almaniyada keçirilən Stockhausen-Courses`larda iştirak etmişdir. Azərbaycan İdman və Gənclər Nazirliyinin keçirdiyi müsabiqədə gənclər arasında 2001-ci ilin ən yaxşı mahnı və romans bəstəkarı adını almış, 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin keçirdiyi marş müsabiqəsində I yeri tutmuşdur. Əsərləri yerli və xarici ansambllar tərəfindən ifa olunmuşdur.

2008-ci ilin avqust ayında İsveçrədə gənc bəstəkarlar arasında keçirlən 4-cü Beynəlxalq müsabiqədə (pre-Art) Firudin Allahverdi "Paradoxes" əsəri ilə müsabiqədə birinci yeri tutaraq müsabiqənin əsas mükafatına layiq görülmüşdlür.

Firudin Allahverdi bəstəkarlıq fəlaiyyəti ilə bərabər Azərbaycan mədəniyyətində mövcud problemlərlə bağlı vaxtaşarı qəzet səhifələrində də maraqlı yazılarla çıxış edir. O, yeni nəsil azərbaycanlı gənclər arasında fərqlənən ən bariz intellektuallardandır. Firudin həmçinin Azərbaycanda fəaliyyət göstərən, rus dilli intellektuallarının yaratdıqları "kultura.az" mədəniyyət və incəsənət internet potalının idarə heyətinin üzvüdür.

Mükafatları

  • Azərbaycan Gənclər və İdman nazirliyinin "Gənclər mükafatı" (2002, 2006);
  • "Sərhədçilər: dünən, bu gün, sabah" müsabiqəsində I mükafat (2002);
  • 4-cü pre-Art Beynəlxalq Gənc Bəstəkarlar müsabiqəsində I yer (2008)

Əsərləri

  • Fortepiano musiqisi:
    • Prelüdlər (1999);
    • Variasiyalar (2000);
  • Kamera musiqisi:
    • Sonata (P-no, V-n) (2001);
    • Quartet in D (String quartet) (2002);
    • Hara (Cl, V-n, P-no) (2004);
    • BI-lennium (8 əl üçün) (2004);
    • BI-lennium II (4 əl və Tape);
    • Çayxana (3 ansambl və zərb alətləri) (2005);
    • Yar — Aman (Eng. Horn, Guitar, Soprano) (2005);
    • Pre_Post (Piano, Guitar, V-n, V-cello, zərb alətləri;
  • Orkestr musiqisi
    • Orkestr üçün Musiqi (2003);
    • Orkestr ve Xor üçün "Qarabağ" odası (2004);
  • Teatr musiqisi
    • Samir Sədaqətolu "Itən Vaxt" (Baki Kamera Teatrı; rej. Cənnət Səlimova, tamaşa 2002-ci ildə Teatr Xadimləri İttifaqının xüsusi mükafatına layiq görülüb.)
    • Mirzə Fətəli Axundov "Hekayəti-Xırs-Quldurbasan"(Baki Kamera Teatrı; rej. Cənnət Səlimova, tamaşa 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb.)
    • Hüseyn Cavid "Şeyx Sənan"(Baki Kamera Teatrı; rej. Cənnət Səlimova, 2006)
    • "Vətən" (Bakı Uşaq Teatrı; 2003);
    • Rüstəm İbrahimbəyov "Unudulmuş avqust" (Bakı Slavyan Universiteti; 2003)
    • Elçin Əfəndiyev "Baladadaşın toy hamamı"(Azərbaycan Dövlət Musiqili Teatrı; rej. Cənnət Səlimova)

Filmoqrafiya

  1. Bəylik dərsi (film, 2007)
  2. Mərhəmətin dadı (film, 2007)
  3. Yalançılar (film, 2008)
  4. Teatral həyat (film, 2009)
  5. Əzizim Fellini (film, 2010)
  6. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  7. Səhərə inan... (film, 2011)
  8. Şəbəkə (film, 2011)
  9. Üçüncü günün adamı (film, 2017)
  10. Nar bağı (film, 2017)
  11. Suğra və oğulları (film, 2021)

Videolar

  • "Music for 12 musicians"
  • "BI-lennium II"
  • "Təfsir"

Xarici keçid

  • Şəxsi səhifəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Firudin Allahverdi haqqında məlumat. Firudin Allahverdi nədir? Firudin Allahverdi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Axmat FK

  • Fevral 27, 2026

    Talet

  • Fevral 27, 2026

    İtaliya–Osmanlı müharibəsi

  • Fevral 23, 2026

    Həcc

  • Mart 01, 2026

    Uilyam Mak-Kinli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst