Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abel mükafatı— bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır.

Abel mükafatı

  • Ana Səhifə
  • Vikipediya
  • Abel mükafatı

Abel mükafatı— bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır.

Abel mükafatı
Abel Prize
Ölkə Norveç
Tip elmi mükafat[d]
Kimə verilir Riyaziyyat sahəsində məşhur elmi işlərinə görə
Təltif edir Norveç dövləti
Statistika
Təsis tarixi 2003
İlk təltif
  • 2003
abelprize.no
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mükafat 2001-ci ildə Norveç dövləti tərəfindən məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə adlandırılıb. Abel mükafatı tez-tez riyaziyyatçıların "Nobel mükafatı" kimi təsvir olunur. Mükafatı qazananlara 6 milyon Norveç kronu (təxminən 1 milyon ABŞ dolları) məbləğində pul mükafatı da verilir.

Mükafat rəhbərliyi həmçinin Norveç Riyaziyyat Cəmiyyəti tərəfindən idarə olunan Abel simpoziumunu yaradıb. Mükafatın təqdimetmə mərasimi 1947 və 1989-ci illər arasında Nobel sülh mükafatının təqdim olunduğu Norveçin Oslo Universitetinin Hüquq Fakültəsinin Atriumunda keçirilir.

Abel mükafatının yaradılması Alfred Nobelin illik mükafatlandırma üzrə planlarına riyazıyyatın daxil olmamasını öyrəndikdən sonra 1899-cu ildə Sofus Li tərəfindən ilk dəfə olaraq təklif olunub. Linin ölümü mükafatın yaradılmasında fasilənin yaranması ilə nəticələnib. 1902-ci ildə mükafatı yaratmaq üçün II Oskar cəhd etsə də, üç il sonra İsveç-Norveç arasında ittifaqın parçalanmasınadək olan əngəllərə görə uğursuz olub.

Laureatlar


Hər ilin qaliblərinin, onların vətəndaşlığının, universitetlərinin və əsas işlərinin siyahısı
İl Laureat(lar) Vətəndaşlıq Universitet Əsas rolu İst.
2003 Jan-Pyer Serr Fransa Fransız Kollec de Frans "riyaziyyatın bir çox hissələrinin o cümlədən topologiya, cəbri həndəsə, ədədlər nəzəriyyəsinin müasir formasının formalaşmasında əsas rolu oynadığına görə"
2004 Maykl Fresis;
İsador Zinger
Böyük Britaniya Britaniyalı
ABŞ Amerikalı
Edinburq Universiteti;
Massaçusets Texnologiya İnstitutu
"Nəzəri fizika və riyaziyyat arasında yeni körpü yaratmaqda olan rola və topologiya, həndəsə və riyazi analiz arasında birlikdə yaradılan Ati-Singer teoreminin kəşfi və sübutuna görə"
2005 Piter Laks ABŞ Amerikalı Fizika-riyaziyyat elmləri institutu kurantı "diferensial tənliklər nəzəriyyəsi tətbiqi və onların həlli yolları hesablanması nəzəriyyəsinə xidmətlərinə görə"
2006 Lennart Karleson İsveç İsveçli Kral Texnologiya İnstitutu "dinamik sistemlər nəzəriyyəsi və harmonik analiz üçün dərin və səmərəli xidmətlərinə görə "
2007 Srinivasa Varadhan Hindistan Hisdistanlı
ABŞ Amerikalı
Fizika-riyaziyyat elmləri institutu kurantı "xüsusilə böyük yayınma nəzəriyyəsinin yaradılması üçün və ehtimal nəzəriyyəsinə əsas töhfələrinə görə"
2008 Con Griggs Tompson;
Jak Tits
ABŞ Amerikalı;
Belçika Belçikalı
Fransa Frasız
Florida Universiteti;
Kollec de Frans
"Xüsusilə müasir qrup nəzəriyyəsinin formalaşdırılmasında və cəbrdə öz dərin xidmətlərinə görə"
2009 Mixail Leonidoviç Gromov Rusiya Rusiyalı
Fransa Fransız
Ali elmi tədqiqatlar institutu
Fizika-riyaziyyat elmləri institutu kurantı
"həndəsəyə inqilabi töhfələrinə görə"
2010 Con Torrens Teyt ABŞ Amerikalı Ostin Texas Universiteti "Ədədlər nəzəriyyəsində böyük və uzunmüddətli təsirinə görə"
2011 Con Milnor ABŞ Amerikalı Stoni-Bruk Univeristeti "Topologiya, həndəsə və cəbrdəki ilk kəşfləri üçün"
2012 Endre Semeredi Macarıstan Macar
ABŞ Amerikalı
Riyaziyyat üzrə Alfred Reni Universiteti
and Rutgers Universiteti
"Additiv ədədlər nəzəriyyəsi və erqodik nəzəriyyəsinə töhfələrinin əsaslı və uzunmüddətli tanınması və diskret riyaziyyat və nəzəri kompüter elminə fundamental töhfələrinə görə"
2013 Pier Delin Belçika Belçikalı Perspektiv tədqiqatlar institutu "təsvir nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və onlarla əlaqədar sahələrdə transformasiya təsiri və cəbri həndəsə üzrə səmərəli xidmətlərinə görə"
2014 Yakov Sinay Rusiya Rusiyalı
ABŞ Amerikalı
Nəzəri Fizika üzrə Landau İnstitutu
and Prinston Universiteti
"dinamik sistemlər, erqodik nəzəriyyə və riyazi fizika üzrə fundamental töhfələrə görə"
2015 Con Neş ;
Luis Nirenberq
ABŞ Amerikalı;
Kanada ABŞ Kanadalı/Amerikalı
Prinston Universiteti
Fizika-riyaziyyat elmləri institutu kurantı
"qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinə parlaq səmərəli xidmətlərinə və onun həndəsi təhlilinə tətbiqlərinə görə "

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abel mükafatı haqqında məlumat. Abel mükafatı nədir? Abel mükafatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Akonkaqua

  • Fevral 16, 2026

    14 fevral

  • Fevral 24, 2026

    Avropa tarixi

  • Fevral 24, 2026

    Rouen Atkinson

  • Fevral 24, 2026

    İmran Mehdiyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst