Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xe

Fikriyə xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Fikriyə xanım

Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Fransız, Alman və Yunan dillərində səlis danışa bilən Fikriyə xanım eyni zamanda ud və piano da çala bilirdi.

Fikriyə xanım
Doğum tarixi 1 yanvar 1887(1887-01-01)
Doğum yeri
  • Larisa, Fessaliya, Fessaliya və Mərkəzi Yunanıstan, Yunanıstan
Vəfat tarixi 31 may 1924(1924-05-31) (37 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara vilayəti, Osmanlı imperiyası
Partnyoru
  • Mustafa Kamal Atatürk
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1887-ci ildə Selanikdə anadan oldu. Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Gənc yaşda bir misirli ilə evlənən Fikiryə xanım evliliyi uzun sürmədi ailesinin yanına qayıtdı. 1923-cü ilə qədər Çanqaya köşkündə Mustafa Kamal Paşaya köməklik göstərirdi. Zəif bədən quruluşuna sahib olan Fikriyə xanım tez-tez xəstələnməsi səbəbilə təhsil ala bilməmişdi. Bu hal isə onun gələcək planlarına təsir göstərmişdi. Ağciyərlərindən əziyyət çəkən Fikriyə xanım Münhenə getməli idi. Mustafa Kamal Paşaya aşiq olan Fikriyə xanım onun Lətifə xanımla evləndiyini öyrənincə Türkiyəyə geri dönmüş, ilk işi malikanəyə getmək olmuşdu. Lakin Lətifə xanım gəldiyini görəndə Atatürkü xəbərdar etmədən köməkçiyə onu saraydan uzaqlaşdırması üçün əmr vermişdi.

Tam olaraq onun necə öldüyü dəqiq bilinmir. Bəzi mənbələr onun Çankaya köşkünün qarşısında intihar etdiyini yazsa da, bəzi mənbələr vurulduğunu yazır. Fikriyə xanımın ölümünün Atatürk və Lətife xanımın evliliyinə təsir etdiyi düşünülür. Genealogiyada ölüm tarixi 31 may 1924 olaraq yazılmışdı, lakin vurulduğu və ya özünü vurduğu tarix isə 23 may olaraq bilinirdi.

Xifzi Topuz faktlara əsaslanaraq yazdığı "Qazi və Fikriyə" romanında Fikriyə xanımın intihara təşəbbüs etdiyi tarixdən öldüyü tarixə qədər xəstəxanada müalicə olunduğu, güllə yarası ilə deyil, güllənin açdığı yaranın infeksiyaya yoluxması və tam sağalmayan vərəm xəstəliyinin yayılması səbəbilə öldüyü yazılmışdır. Yenə eyni əsərə görə Atatürk Fikriyə xanımın Köşkə yerləşməsinin yaratdığı dediqoduların qarşısını almaq üçün Fikriyə xanımla gizlin evlənmiş, hətta nikahlarını da Cümhuriyət dövrünün ilk Dəyanət İşləri Başçısı Mustafa Fehmi Gerçeker qeydə almışdı.

Tədqiqatçı Eriş Ülger Atatürkün köməkçisi Saleh Bozokun xatirələri əsasında məzar yerinin Quğulu Parkında olduğunu yazır. "Fikriye xanım" kitabının müəllifi Fatih Bayhan Fikriyə xanımın Ankaranın Ulus bölgəsindəki köhnə qəbiristanlıqda dəfn olunduğunu yazır. Can Dündar isə bu gün Ankara Etnoqrafiya Muzeyində Mustafa Kamal Atatürkün bir at üzərində nəhəng heykəlinin ucaldığı yerə dəfn edildiyini yazır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fikriyə xanım haqqında məlumat. Fikriyə xanım nədir? Fikriyə xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    San-Marino Kapitan-Regenti

  • Fevral 27, 2026

    Mərzili

  • Fevral 27, 2026

    Turdidae

  • Fevral 25, 2026

    Xəlifə

  • Fevral 26, 2026

    Rus İmperiyası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst