Fikrət Kamal oğlu İsayev (1935, Ağsu) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Tibbi fizika və informatika kafedrasının professoru.
| Fikrət İsayev | |
|---|---|
| Fikrət Kamal oğlu İsayev | |
| Doğum tarixi | |
| Doğum yeri | Dilman, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | Azərbaycanlı |
| Elm sahələri | Fizika, Yarımkeçiricilər fizikası |
| Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
| Elmi adı | Professor |
| İş yeri | Azərbaycan Tibb Universiteti |
Həyatı
Fikrət İsayev 1935-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olmuşdur.
Təhsili
M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu (Şamaxı Pedaqoji Məktəbi) və N.Tusi adına ADPU-nin (Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun aspirantı olub (1956–1959).
1964-cü ildən həmin institutun professorudur. 1985-ci ildə Sankt-Peterburq Politexnik İnstitutu (Sankt-Peterburq Politexnik Universiteti) Elmi şurasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb.
İş təcrübəsi
- 01.11.1959 – 16.10.1966 – Kiçik elmi işçi (Azərbaycan MEA fizika institutu)
- 16.10.1966 – 04.03.1969 – Baş elmi işçi (Azərbaycan MEA fizika institutu)
- 04.03.1969 – 08.09.1986 – Dosent (Azərbaycan Tibb Universitetinin Tibbi fizika və informatika kafedrası)
- 08.09.1986 – Professor (Azərbaycan Tibb Universitetinin Tibbi fizika və informatika kafedrası)
İştirak etdiyi təlimlər və kurslar
- 04.1982–06.1982 - Fizika müəllimləri üçün təkmilləşdirmə kursu (Bakı Dövlət Universitetini fizika fakültəsi)
Üzv olduğu qurumlar
- Yeni Azərbaycan Partiyasının üzvü
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin ixtisaslaşdırılmış Elmi Şurasının üzvü (1992–1996)
- Azərbaycan MEA Radiasiya Problemləri institutu nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Elmi Şuranın üzvi (2007–2015)
Elmi fəaliyyəti
Fikrət İsayev uzun illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda fəaliyyət göstərmiş, yarımkeçiricilər fizikası sahəsində tədqiqatlar aparmışdır. O, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini və professor adını almışdır.
Sonrakı fəaliyyətini Azərbaycan Tibb Universitetində (ATU) davam etdirən alim, burada Tibbi fizika və informatika kafedrasının professoru kimi gənc kadrların yetişdirilməsində böyük rol oynamışdır.
120-dən çox elmi işin, bir neçə müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 8 nəfər namizədlik, 1 nəfər isə doktorluq dissertasiyası müdafiə edib. Hazırda Azərbaycan Tibb Universitetində işləyir.
Elmi iş və məqalələr
- Daxili qulağın protezləşdirilməsində elektrostimulyasiyanın rolu (Azərbaycan Tibb Universiteti. Tibbin görən gözü. Şüa diaqnostikasının aktual problemlərinə həsr olunmuş beynəlxalq Elmi praktik konfransın materialları. 30-31 mart, Bakı, Azərbaycan. 2019, səh. 98-100)
- Исследование электрических и магнитных параметров в узкозонных тройных кристаллах СdxHg1-xTe (Azərbaycan Tibb Universiteti. Tibbin görən gözü. Şüa diaqnostikasının aktual problemlərinə həsr olunmuş beynəlxalq Elmi praktik konfransın materialları. 30-31 mart, Bakı, Azərbaycan. 2019, səh. 219-221)
- Действия электронного и g-облучения на электрофизические свойства Pb1-xSnxTe (Azərbaycan Tibb Universiteti. Tibbin görən gözü. Şüa diaqnostikasının aktual problemlərinə həsr olunmuş beynəlxalq Elmi praktik konfransın materialları. 30-31 mart, Bakı, Azərbaycan. 2019, səh. 222-224)
- Изучение термомагнитных явлений в твердых растворах Pb1-xSnxTe под действием ионизирующих издучений (Azərbaycan Tibb Universiteti. Tibbin görən gözü. Şüa diaqnostikasının aktual problemlərinə həsr olunmuş beynəlxalq Elmi praktik konfransın materialları. 30-31 mart, Bakı, Azərbaycan. 2019, səh. 225-227)
- Влияние ионизирующих излучений на полупроводниковые монокристаллы (Azərbaycan Tibb Universiteti. Tibbin görən gözü. Şüa diaqnostikasının aktual problemlərinə həsr olunmuş beynəlxalq Elmi praktik konfransın materialları. 30-31 mart, Bakı, Azərbaycan. 2019, səh. 228-230)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fikrət İsayev haqqında məlumat. Fikrət İsayev nədir? Fikrət İsayev nə deməkdir?