Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fernandu-di-Noronya (port. Fernando de Noronha) — Vulkan məhşəlli adalardan ibarət olan və Braziliyanın əsas hissəsindən 350 km şimal-şərqdə yerləşir. Arxipelaq

Fernandu-di-Noronya

  • Ana Səhifə
  • Vikipediya
  • Fernandu-di-Noronya

Fernandu-di-Noronya (port. Fernando de Noronha) — Vulkan məhşəlli adalardan ibarət olan və Braziliyanın əsas hissəsindən 350 km şimal-şərqdə yerləşir. Arxipelaq 21 adadan ibarətdir. İnzibati cəhətdən Pernambuku ştatı ərazisinə daxildir.

Fernandu-di-Noronya
port. Fernando de Noronha
Ümumi məlumatlar
Adaların sayı 21
Ümumi sahəsi 26 km²
Hündür nöqtəsi 756 m
Əhalisi 3.108 nəfər (2009-cu il)
Yerləşməsi
3°54′00″ c. e. 32°25′00″ q. u.HGYO
Ölkə  Braziliya
Akvatoriya
  • Atlantik okean
Fernandu-di-Noronya xəritədə
Fernandu-di-Noronya
Fernandu-di-Noronya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Arxipelaqın sahəsi 26 km² təşkil edir, bunun 17 km² sahə əsas adanın ərazisini təşkil edir. Ən hündür nöqtəsi 756 metrdir.

Adalar

  • Fernandu-di-Noronya
  • Rata (Ilha Rata)
  • Konseisau (Ilha da Conceição)
  • San-Joze (Ilha de São José)
  • Şopo-du-Nordeste (Ilha do Chapéu do Nordeste)
  • Trista-Reis (Ilha Trinta-Réis)
  • Rasa (Ilha Rasa)
  • Şopo-du-Sueste (Ilha Chapéu do Sueste)
  • Duş Ovoş (Ilho dos Ovos)
  • Meio (Ilha do Meio)
  • Lusena (Ilha do Lucena)
  • Kuskuz (Ilha do Cuscuz)
  • Kаbеludа (Ilha Cabeluda)

Qayalar

  • Morro-du-Leau (Rochedo do Morro do Leão)
  • Morro-da-Viuvinya (Rochedo do Morro da Viuvinha)
  • Sela Jineta (Rochedo Sela Gineta)
  • Frade ada qayası (Rochedo da Ilha do Frade)
  • Perdaş Sekaş (Rochedo das Pedras Secas)
  • Dioş İrmauş (Rochedo Dois Irmãos)
  • (Klippe bei Ilha dos Ovos)
  • (Klippe in der Nähe von Ponta das Caracas und Baía Sueste)

Təbiət və iqlimi

İqlimi tropikdir: yanvardan avqusta qədər yağış mönsümüdür. Avqustdan yanvara qədər isə quraq iqlim hakimdir. Ada ot, yabanı üzüm, kol və Atlantik meşəsi ilə örtülmüşdür. Heyvanlar aləmi tısbağa, delfin və dəniz quşlarından ibarətdir. Endemik canlıları — Elaenia ridleyana və Vireo gracilirostris.

2001-ci ildə Fernandu-di-Noronya arxipelaqı və Rokas atolu UNESCO Ümumdünya İrsi siyahısına daxildir.

Tarixi

Arxipelaq 1501 və ya 1502-ci ildə portuqal ekspedisiya rəhbəri Qaşpar Lemuş və ya Qonzalo Koelu tərəfindən kəşf edilmişdir. Adalar ekspedisiyanı maliyyələşdirən yəhudi Fernandu-di-Noronyanın şərəfinə adlandırılmışdır. 1 iyun 2009-cü ildə Arxipelaqdan 650 km şərqdə Airbus A330–203 sərnişin təyyarəsi qəzaya uğramışdır. Rio-de-Janeyrodan Parisə istiqamətlənən, Air France şirkətinə məxsus təyyarə pis hava səbəbindən qəzaya uğramışdır. Göyərtəsində olan 228 nəfrin hamısı həlak olmuşdur.

Əhalisi

2009-ci ildə arxipelaqın əsas adasında 3 100 nəfər yaşayırdı. Digər adalar insanlar tərəfindən ziyarət edilsə də, daimi yaşayış yoxdur.

Turizm

Turistlər arasında arxipelaq dayvinq və serfinq kimi idman növlərinə görə məşhurdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fernandu-di-noronya sözünün mənası, fernandu-di-noronya haqqında məlumat. fernandu-di-noronya nədir? fernandu-di-noronya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əndəlüs tarixi

  • Mart 01, 2026

    Barri Vayt

  • Fevral 27, 2026

    Nitq

  • Mart 04, 2026

    Cahangir Əliyev

  • Mart 01, 2026

    Nove Zamki

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst