Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şeyxülislam Fazil İrəvani Məhəmmədbağır oğlu (1782, İrəvan, Əfşarlar imperiyası – 1885, İrəvan) — Qafqaz müsəlmanlarının II Şeyxülislamı.

Fazil İrəvani

  • Ana Səhifə
  • Vikipediya
  • Fazil İrəvani

Şeyxülislam Fazil İrəvani Məhəmmədbağır oğlu (1782, İrəvan, Əfşarlar imperiyası – 1885, İrəvan) — Qafqaz müsəlmanlarının II Şeyxülislamı.

Fazil İrəvani
Qafqaz müsəlmanlarının II şeyxülislamı
1847 – 1862
ƏvvəlkiMəhəmmədəli Hüseynzadə
SonrakıƏhməd Hüseynzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1782
Doğum yeri İrəvan, İrəvan xanlığı
Vəfat tarixi 7 noyabr 1885 (102–103 yaşında)
Vəfat yeri İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Fəaliyyəti molla
Dini İslam, şiəlik

Mündəricat

Həyatı

Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində göz açmışdı. İlk təhsilini elə doğulduğu şəhərdə mədrəsədə aldıqdan sonra ali dini təhsilə yiyələnmək üçün 20 yaşında Qahirənin "Əl-Əzhər" Unversitetinə göndərilmişdir. 45 yaşında İrana qayıdıb, uzun müddət İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Sonralar İrəvan şəhərinə qayıtmiş və Göy Məsciddə baş axund kimi fəaliyyətə başlamışdır.

Şeyxülislam müavini kimi

1843-cü ildə Fazil İrəvani Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsinə dəvət olunur. Dəvəti qəbul edən Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir və işini təkmilləşdirir. Diyarın müsəlman əhalisi ruhani dairələrinə bölünməklə diyarda şəriət məhkəmələri yaradılır. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilir. Beləliklə, əvvəllər müctəhidin səlahiyyətində olan qayda-qanunların həyata keçirilməsi şeyxülislama həvalə edilir.

Şeyxülislam kimi

1846-cı ildə Fazil İrəvani Qafqazın Şeyxülislamı seçilir. Qurumun öz mövqeyini qoruyub saxlaması və genişləndirilməsi məhz İrəvaninin şeyxülislamlığı dövründə mümkün oldu. Şeyxülislam İrəvani bir çox qanunları sistemləşdirdi:

  • İdarənin fəaliyyətinə prokuror nəzarəti ləğv edildi.
  • Yüksək ruhani şəxslərin təyin edilməsini ruhani idarəsi özü həyata keçirdi.
  • Nikah bağlanması və boşanmaların həyata keçirilməsi səlahiyyətləri məscid ruhanilərindən alınaraq daha yüksək savada malik olan axundlara həvalə edildi.
  • Qazıların səlahiyyətlərinə aid məsələlərə geniş yer ayrıldı.
  • Mahal qazısı tabeliyində olan ruhanilərə başçılıq etməli, kəbin işlərini, boşananları, ailə münaqişələrini şəriət əsasında yoluna qoymalı idi. Münaqişələrdə cinayət xarakteri aşkar olunardısa, yalnız o zaman həmin işlər ümumi məhkəmələrə verilə bilərdi.
  • Dini məktəblərin açılması və idarə olunması, ruhani adlara yiyələnmək üçün sınaqların həyata keçirilməsi, azyaşlılar üzərində qəyyumluğun təyin olunması, seyid adına iddia edənlərin hüquqlarının müəyyən olunması və bir çox başqa məsələlər dairə qazılarına həvalə edildi. Dairə qazıları isə əsas hesabatlarını şeyxülislama verməklə ona tabe idilər.

Yaradıcılığı

Fazil İrəvani 1843-cü ilə qədər, xüsusi ilə də İsfahanda və Təbriz şəhərlərində axundluq etdiyi dövrlərdə bədii yaradıcılıqda məşğul olmuşdur. 1812-ci ildə Sankt-Peterburqda eyni vaxtda 2 kitabı çap olunmuşdur. "Qızılgül və bülbül haqqında əxlaqi roman" kitabı daha sonralar rus, fransız dilində çap olunmuş və geniş oxucu kütləsinə malik olmuşdur. Bu əsər 1826-cı ildə Vajja Defloribalinin tərcüməsi əsasında Parisdə fransız dilində, 1832–1833-cü illərdə isə Yozef Fon Hammer bu əsəri alman dilinə tərcümə edərək geniş tirajla nəşr etdirir. "Paklıq kitabı" adlı əsəri Cənubi Azərbaycanın məşhur din xadimi Molla Əhməd Güzəkünaninin tapşırığı ilə 1883-cü ildə Təbrizdə fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən çap olunmuşdur. "Beyzavi təfsirinə haşiyə", "İctihad və təqlid", "Üsulu'l-fiqh", Şeyx Mürtəza Ənsarinin "Məkasib" və "Rəsail" kitablarına haşiyə, "İstishab" və s. kimi əsərləri də məlumdur.

Ölümü

Fazil İrəvani 1885-ci ildə 103 yaşında İrəvanda vəfat etmişdir.

Ailəsi

  • Şeyx Cavad
  • Şeyx Mahmud
  • Şeyx Mürtəza

Şeyxülislam Fazil İrəvani ölümündən sonra İrəvandakı "Şeyxülislam məhəlləsi" və Karvansara onun adını uzun illər daşıdı.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fazil i̇rəvani sözünün mənası, fazil i̇rəvani haqqında məlumat. fazil i̇rəvani nədir? fazil i̇rəvani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Almatı vilayəti

  • Mart 01, 2026

    Phasianus

  • Fevral 27, 2026

    Vanadzor

  • Fevral 27, 2026

    Cəhriçay

  • Mart 01, 2026

    Vrangel

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst