Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Faxralı (gürc. ფახრალო); 1991-ci ildən Talaveri (gürc. ტალავერი) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Ba

Faxralı

  • Ana Səhifə
  • Vikipediya
  • Faxralı

Faxralı (gürc. ფახრალო); 1991-ci ildən Talaveri (gürc. ტალავერი) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Bala Darbaz kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu təşkil edir. Kənd şimalda Qoçulu, cənubda Bala Darbaz, şərqdə Saraçlı, şimali-şərqdə İmirhəsən, qərbdə Kəpənəkçi, şimali-qərbdə Xatissopeli, Mığırlı və Cəfərli kəndləri ilə əhatələnib.

Faxralı
ტალავერი
41°22′58″ şm. e. 44°38′42″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 620 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 5.038 nəf. (2014)
Rəsmi dili
  • gürcü dili
Faxralı xəritədə
Faxralı
Faxralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiya

Bu oykonim xalq etimologiyasına görə, "Fəxr" sözü ilə "Alı" şəxs adının birləşməsindən, başqa bir etimologiyaya görə isə, "fağır" sözü ilə "Alı" antroponiminin – şəxs adının birləşməsindən yaranıb. "Faxralı" oykoniminin birinci komponentindəki, yəni "fəxr" sözündəki "ə" incə saitinin qalın "a" səsinə çevrilməsini nəzərə alsaq, onda "Faxralı" kənd adının "Fəxr" və "Alı" şəxs adından düzəlməsi düşünülür. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də dəyişdirilmiş, "gürcüləşdirilmiş" və Talaveri (gürcücə hərfi mənası "üzüm talvarı", "üzümlük" anlamına gəlir) adlandırılmışdır.

Tarix

Faxralı kəndi 1869-cu ildə tərtib edilmiş Qafqaz diyarının 5 verstlik xəritəsində

Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna baxmayaraq kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək münkündür. Kənddə XII, XIV və XVI əsrlərə aid islami qəbirüstü abidələr vardır. Faxralı kəndinin adına dair ilk yazılı məlumatlara hazırda Tbilisi arxivində saxlanılan XV əsrə aid gürcü mənbələrində rast gəlinir. XVII əsrin sonlarından başlayaraq kəndin əhalisi Azərbaycanın xüsusilə Qazax-Gəncə və Qarabağ bölgələrindən, eləcə də İrandan gəlmələr hesabına xeyli artmışdır.

11 mart 1864-cü ildə Qafqaz canişini knyaz Mixail Nikolayeviç Romanovun əmri ilə təsis edilmiş Qafqaz Arxeoqrafiya Komisiyasının Qafqaz Canişinliyi Baş İdarəsinin arxivlərində toplanılmış sənədlər əsasında nəşr etdirdiyi "Qafqaz arxeoqrafiya komisiyasının topladığı aktlar" külliyatının 1866-cı ildə Tiflisdə nəşr edilmiş I cildində 575 nömrəli işdə 8 may 1802-ci il tarixli siyahıda Faxralı inzibati cəhətdən Loru qəzasına daxil olan və əhalisi azərbaycanlılardan ibarət mülkədar kəndi kimi göstərilmişdir.

Coğrafiyası

Kəndin ümumi ərazisinin dəniz səviyyəsindən hündürlüyü 520 – 650 metrdir. Kiçik Qafqaz sıra dağları sisteminə aid olan Ağzıböyük silsiləsinin şimal ətəklərində Dələver çayının üzərində yerləşir. Coğrafi koordinatları 44° 38' 41" şərq uzunluğu, 41° 23' 08" şimal enliyidir. Rayon mərkəzindən 12 km. cənub-şərqdə, paytaxt Tiflisdən 40 km cənub-qərbdə yerləşir. Ən hündür nöqtəsi 1416 metrə çatan Qaradağ dağıdır. Faxralı coğrafi cəhətdən rayonun Saraçlı, Qoşakilsə, Molla Əhmədli, İmirhəsən və Xaçın kəndləri ilə qonşudur.

İqtisadiyyat

Əsas təsərrüfatçılıq sahəsi kənd təsərrüfatı olan kəndin ərazisi 17 min hektar ərazini əhatə edir. 2,5 min hektaradək əkinə yararlı torpaq sahəsinə malik Faxralı (2006-cı ildə Borçalı bölgəsi üzrə becərilmiş torpaqların 3,6%-i) mühüm taxılçılıq, üzümçülük, kartofçuluq və tərəvəzçilik bölgəsi kimi tanınır. Geniş təbii otlaq sahələrinə malik olduğundan maldarlıq və arıçılıq geniş yayılmışdır.

Əhali

  • 1860-cı ildə tərtib edilmiş kameral təsvirə əsasən kənddə hamısı Azərbaycan tatarları olan 79 ailədə 443 nəfəri kişi, 376 nəfəri qadın olmaqla cəmi 819 nəfər əhali yaşayırdı.
  • 1869-cu ildə tərtib edilmiş kameral təsvirə əsasən Tiflis quberniyasının Tiflis qəzasının Faxralı kəndində Azərbaycan tatarlarından ibarət 73 ailə yaşayırdı.
  • 26 may - 29 dekabr 1886-cı il tarixli kameral təsvirə əsasən Tiflis quberniyasının Borçalı qəzasının Faxralı kəndində tatarlardan (azərbaycanlılardan) ibarət 1.009 nəfər əhali yaşayırdı.
  • Rusiya İmperiyasının 28 yanvar – 9 fevral 1897-ci il tarixli birinci əhali sayımına əsasən Tiflis quberniyası, Borçalı qəzasının Faxralı kəndində 1.309 nəfər (720 nəfəri kişilər, 589 nəfəri qadınlar) əhali yaşayırdı və onların 1.305 nəfəri müsəlman idi.
  • 1 yanvar 1915-ci il tarixinə Tiflis quberniyası Borçalı qəzasının Faxralı kəndinin tatarlardan ibarət 2,105 nəfər əhalisi var idi.
  • 1979-cu il siyahıyaalınmasının yekunlarına əsasən kənddə 5859 nəfər əhali yaşayırdı.

Kənd əhalisi 1870-ci ildə 170 ailədə 1139 nəfər, 1886-cı ildə 1145 nəfər, 1926-cı ildə 470 ailədə 2321 nəfər olmuşdur. 2014-cü ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən Faxralıda 5038 nəfər sakin (rayon əhalisinin 9,4%-i) yaşayır ki, onlardan da 50,7%-i kişilər, 49,3%-i isə qadınlardır. Yüksək əmək miqrasiyası ilə əlaqədar əhalinin sayı 2002-ci ildə keçirilmiş əvvəlki siyahıyaalmadan etibarən 27% azalmışdır.

Ailə üzvlri orta say hesabı ilə 41%-i 4–5 nəfərdən ibarətdir. Çoxuşaqlılığın geniş yayılması səbəbindən hər ailəyə düşən sakinlərin sayı (4,6 nəfər) rayonun (4,0 nəfər) və respublikanın orta göstəricisini (3,5 nəfər) qabaqlayır. Rəsmi statistikaya əsasən kənd əhalisinin 99%-i azərbaycanlılardan ibarətdir.

Faxralı əhalisinin sayı baxımından rayonda 1-ci ən böyük kənd, Bolnisi şəhərindən sonra isə 2-ci ən böyük yaşayış məntəqəsidir.

Faxralı kəndinin əhalisi
Siyahıyaalma tarixi Əhalinin sayı Etnik çoxluq
1860 819 azərbaycanlılar
1886 1 049 azərbaycanlılar
1915 2 105 azərbaycanlılar
1926 2 557 azərbaycanlılar
1979 5 859 azərbaycanlılar
2002 6 891 azərbaycanlılar
2014 5 038 azərbaycanlılar

Nəsillər

1835–1836-cı illərə olan məlumata əsasən kənddə Xudular, Güllər, Yahyalar, İveylər, Qasımlı, Aşırlı, Kovxalı, Hasannı tayfalarından ibarət 120–dən artıq ev olub.

Hüseynqulu Məmməd oğlu Məmmədlinin məlumatlarına əsasən 1920–1921-ci illərdə Gürcüstan SSR qurulana qədər Faxralıda təxminən bu tayfalar yaşayırdılar: Hasanlı, Alqullar, Abış evi, Cimilər, Cananlar, Endirlər, Qazaxlı, Qurbanlılar, Əhmədalılar, Nabadoğulları, Aşırlı, Dərgahlı, Şeşəpapaqlar, Xuduöyü, Daqqalar, Əfgərli, Quyraxlı, Zamanlı, Çöllüöyləri, Vərzalar, Qarabədəllər, Güllər, Hacı Molla Oruclar, Yahyalar, Mollaöyü, Novruzöyü, Keçili, Mahmıdlar, Orucunnu, Bayrışdar, Alməmmədli, Bədəlli, Məməşdər–Teşərələr, Amaşdı, Məsimoğulları, Baləmmətli, Qubuş evləri, Babaşdı, Nəsib öyü, İramazan öyü, Baytallı, Kələli, Hasan öyü, Əhməd öyü, Ayvaz öyü, Şirrətdi, Qasımlı, Şamratdı, Alqazaxlar, İskəndərlər, Tamılar, Göyüşdər, Adgözəllər, Kovxalılar, Nurular, Vəlxanlı, Şahbuzlular, Ayrımlar, Təhlələr, Nağılar, Həvillər, Qalayçılar, Xəlfələr, Sədilər, İmannı, Quşayvazlar, İveylər (Qarammədli və s.), Qəmbərli, Poladlı, Fatoylar, Budaxlı, Kələşdi, Gödəklər…

Görkəmli şəxsiyyətlər

  1. Nəbi Miskin - El Şairi
  2. Sarvan Bayram - Aşıq
  3. Qara Namaz - Qaçaq
  4. Güllər Pərisi - Şairə
  5. Kərbəlayi Qara Qərib - Şair
  6. İsmayıl Güllər - Şair
  7. Müsəllim Məmmədov - Aşıq

Elmlər doktorları

  1. Oruc Bayram oğlu Piriyev (d. 1921 – ö. 1997) — alim, tarix elmləri doktoru.
  2. Şəmistan Abdu oğlu Mikayılov (d. 1929) — alim, pedaqoji elmlər doktoru.
  3. Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — alim, kənd təsərrüfatı elmləri doktoru.
  4. Şamil Dünyamalı oğlu Qurbanov (d. 1934 – ö. 2004) — alim, filologiya elmləri doktoru, Azərbaycan Milli Məclisinin I çağırışı və II çağırışında millət vəkili.
  5. Əli Məhərrəm oğlu Hüseynov (d. 1935) — alim, biologiya elmləri doktoru, professor.
  6. Tahir Musa oğlu Pənahov (d. 1936) — alim, fizika-riyaziyyat elmləri doktoru, professor.
  7. Mahal Şaban oğlu Qurbanov (d. 1957) — alim, pedaqoji elmlər doktoru.
  8. Əflatun Mürsəl oğlu Həsənov (d. 1959) — alim, fizika-riyaziyyat elmləri doktoru.
  9. Süleyman Mehrəli oğlu Qasımov (d. 1961) — alim, iqtisad elmləri doktoru

Mədəniyyət

Hazırda Faxralı kəndində 3 azərbaycandilli orta məktəb, 1 stasionar xəstəxana və 1 məscid fəaliyyət göstərir. Sovetlər dövründə istifadəyə verilmiş mədəniyyət klubu 80-ci illərin sonlarında naməlum şəraitdə yandırılmışdır. Bundan başqa kənddə fəaliyyət göstərmiş 2 kitabxana da dağıdılmışdır.[mənbə göstərilməlidir]

Nəqliyyat

Sosial sfera

Təhsil

Kənddə 3 orta məktəb fəaliyyət göstərir. 2014–2015-ci tədris ili üzrə rəsmi məlumatlara əsasən məktəblərdə bütövlükdə 512 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 68 müəllim məşğul olur.

Səhiyyə

Kənddə 100% dövlət mülkiyyətində olan ambulator xəstəxana yerləşir. Ambulatoriyaya 26 fevral 2010-cu ildən Tahir Bayramov rəhbərlik edir.

Telekommunikasiya

Bayramlar

Kənd əhalisi əsasən regionun azərbaycanlı subkulturasına xas olan milli və dini bayramları keçirirlər. Bunlardan Novruz Bayramı xüsusi dəbdəbə ilə qeyd edilir. Kəndin coğrafi mövqeyi ilə əlaqədar olaraq Novruz Bayramı ətraf dağ və təpələrdə yandırılan çoxsaylı tonqallarla seçilir.

Məscid insidenti

Faxralı kənd məscidi, 2011-ci il

Yerli əhali 1907-ci ildə tikilən və bir əsrdən çox yaşı olan Faxralı kənd məscidinin yarımçıq qalmış bərpasına 2009-cu ildə başladı. 2009-cu ilin sentyabrın 16-da gürcü fundamental pravoslavlar qrupunun nümayəndələri etnik azərbaycanlıların yaşadığı kənddə məscidin təmirinə yol verməyib. Qrupun üzvləri heç bir hüquqları olmadan kənd sakinlərindən təmir-bərpa işlərinə icazəni tələb ediblər və kənd sakinlərinə bərpa işlərinin davam etdiriləcəyi təqdirdə hədə-qorxu gəliblər. Kənd sakinləri bildiriblər ki, bərpa işləri üçün yerli hakimiyyət orqanından icazə alıblar. Hesabat dövrünün sonunda məscidin təmir-bərpa işləri tamamlanmayıb, belə ki, hökumət tərəfindən rəsmi icazə məsələsi həllini tapmayıb. Fundamental pravoslavlar qrupunun üzvləri məsciddə bərpa işlərinin davam etdirilməməsi üçün məscid yaxınlığında növbə çəkiblər. Qrupa daxil olan Pravoslav Valideynlər Birliyinin sədri təsdiq edib ki, o, məscid ətrafında növbə çəkib.

Qeydlər

  1. "latlong.ru saytında kəndin coğrafi kordinatlarından müyyən edilmişdir". 26 avqust 2018 tarixində . İstifadə tarixi: 2 avqust 2014.
  2. Qriqori təqviminə əsasən; Yuli təqvimi ilə mayın 14-ü.
  3. Qriqori təqviminə əsasən; Yuli təqvimi ilə dekabrın 17-si.

Həmçinin bax

  • Fəxralı
  • Tomarlı
  • Fahralı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Faxralı haqqında məlumat. Faxralı nədir? Faxralı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Reklam

  • Fevral 27, 2026

    Şəhriyar İmanov

  • Fevral 27, 2026

    Sabir küçəsi

  • Fevral 27, 2026

    Azərbaycan şəhərləri

  • Fevral 27, 2026

    Matüridilər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst