"Faust. Faciə" (alm. Faust. Eine Tragödie.), çox vaxt sadəcə "Faust" — İohan Volfqanq Götenin əsas əsəri sayılan fəlsəfi dram. Doktor Faustun əfsanəsinin ən məşhur versiyasını ehtiva edir.
| Faust | |
|---|---|
| alm. Faust | |
| |
| Janr | faciə |
| Müəllif | İohann Volfqanq Göte |
| Orijinal dili | alman dili |
| Yazılma ili | 1774 |
| Nəşr ili | 1808, 1832 |
Göte 60 il Faust düşüncələri üzərində işləmişdir. Birinci hissə (alm. Faust: der Tragödie erster Teil) 1790-cı illərdə yazılmış, 1806-cı ildə tamamlanmış, iki il sonra nəşr edilmişdir və təkrar nəşrlər zamanı Göte tərəfindən bir neçə dəfə yenidən işlənmişdir (sonuncu dəfə 1828-ci ildə). İkinci hissənin üstündə (alm. Faust: der Tragödie zweiter Teil) Göte ahıl çağında işləyirdi; 1832-ci ildə ölümündən sonra işığ üzü görmüşdür. 1886-cı ildə Prafaust Götenin gəncliyində, 1772-1775-ci illərdə bəstələnib.
Ritmlər və melodikaların mürəkkəb şıltaqlığı sayəsində Faust alman poeziyasının zirvələrindən biri hesab olunur. Dünya Kitabxanasına (Norveç Kitab Klubunun dünya ədəbiyyatının ən əhəmiyyətli əsərlərinin siyahısı) daxil edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, faust (faciə) sözünün mənası, faust (faciə) haqqında məlumat. faust (faciə) nədir? faust (faciə) nə deməkdir?
