Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fatma Vəkilova (30 mart 1912, Qazax – 28 avqust 1987, Bakı) — professor, geologiya-mineralogiya elmləri doktoru (1968). Azərbaycan EA İ.M.Qubkin adına Geologiya

Fatma Vəkilova

  • Ana Səhifə
  • Vikipediya
  • Fatma Vəkilova

Fatma Vəkilova (30 mart 1912, Qazax – 28 avqust 1987, Bakı) — professor, geologiya-mineralogiya elmləri doktoru (1968). Azərbaycan EA İ.M.Qubkin adına Geologiya İnstitutunun geokimya və analitik kimya laboratoriyasının rəhbəri, Bakı Sovetinin bir neçə çağırış deputatı olmuşdur. "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilmişdir.

Fatma Vəkilova
Fatma İsmayıl ağa qızı Vəkilova
Doğum tarixi 30 mart 1912
Doğum yeri Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 28 avqust 1987 (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı Heydər Əfəndiyev
Uşağı Yalçın Əfəndiyev
Elmi dərəcəsi Geoloqiya-mineralogiya elmləri doktoru (1968)

Azərbaycan EA-nın müxbir üzvü, geokimya elmləri doktoru, professor Heydər Əfəndiyevin həyat yoldaşı. Rejissor Yalçın Əfəndiyevin anası. Riyaziyyatçı alim, professor Şamil Vəkilovun bacısı.

Mündəricat

Həyatı

Fatma xanım İsmayıl ağa qızı Vəkilova Qazax qəzasının Yuxarı Salahlı kəndində, köhnə pedaqoqlar nəslinə mənsub, Qori seminariyasının məzunu, çarlıq və demokratik cümhuriyyət dönəmində məsul vəzifələrdə çalışmış İsmayıl ağa Vəkilovun ailəsində anadan olmuşdur. İlk təhsilini atasının müdir olduğu beşsinifli Dağ Kəsəmən məktəbində almışdır. Onun ailəsi daha sonra Bakıya köçərək, Mərdəkanda məskunlaşıb. Vəkilova burada həmin illərin nüfuzlu tədris ocaqlarından olan Bakı Darülmüəllimatına (Qızlar Seminariyası) qəbul olmuşdur.

Pedaqoji və elmi fəaliyyəti

O, darülmüəllimatı bitirdikdən sonra ailəsinin yaşadığı Mərdəkanda orta məktəbdə işləmişdir. Qız və oğlan məktəblərinin birləşdirilməsi barədə qərar çıxarılanda onun müdirə olduğu məktəb atasının müdir olduğu məktəblə birləşdirilir və Fatma xanım müdirliyi atasına güzəştə gedərək, həmin məktəbdə sıravi müəllimə işləyir.

Fatma xanım orta məktəbdə müəllimə işləməklə bərabər, Azərbaycan Pedaqoji İnstitutunda qiyabi, sonra əyani təhsil alır. Ali məktəbi bitirdikdən sonra bir müddət Bədən Tərbiyəsi İnstitutunda kimya və biologiya fənlərini tədris edir.

1943-cü ildən Elmlər Akademiyası sisteminə keçən Fatma xanım ömrünün sonunadək bu elm ocağında çalışmışdır. 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alır.

Fatma xanım Vəkilova Azərbaycan EA İ.M.Qubkin adına Geologiya İnstitutu geokimya və analitik kimya laboratoriyasının rəhbəri olmaqla geniş tədqiqat işləri aparmışdır. Onun əsas araşdırma sahəsi kobaltın geokimyası idi. Fatma xanımın uzun illər aparmış olduğu elmi araşdırmaların məhsulu olan "Kobaltın geokimyası" adlı sanballı əsəri 1966-cı ildə Bakıda rus dilində çapdan çıxmışdır. Fatma xanım Vəkilova Bakı Sovetinin bir neçə çağırış deputatı olmuş, "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilmişdir.

Ailəsi

Şəxsi həyatına gəldikdə, Fatma xanım Kimya İnstitutunun direktoru, EA müxbir üzvü əslən Şəkidən olan Heydər Xəlil oğlu Əfəndiyevlə (1906-1967) ailə qurmuşdur. Onların iki qızı, bir oğlu qalmışdır. Yalçın Əfəndiyev (1937) kinorejissor, əməkdar incəsənət xadimi, Nərmin Əfəndiyeva (1940) kimyaçı-alimdir. Leyla Əfəndiyeva (1943-2008) isə fizioloq alim idi. Fatma xanım Vəkilova Dağüstü qəbristanlıqda anası Növrəstə xanımla yanaşı dəfn edilmişdir. Haqqında ASE-də məqalə verilmişdir.

Əsərləri

"Kobaltın geokimyası" adlı elmi əsəri 1966-cı ildə Bakıda rus dilində çapdan çıxmışdır. Bundan əlavə F.Vəkilova bir çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş əhəmiyyətli məqalələrin müəllifi olmuşdur.

Həmçinin bax

  • Vəkilovlar
  • Yalçın Əfəndiyev

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fatma Vəkilova haqqında məlumat. Fatma Vəkilova nədir? Fatma Vəkilova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    O-de-Frans

  • Mart 01, 2026

    Hicran Şərifov

  • Fevral 27, 2026

    Ehram

  • Fevral 27, 2026

    Amaryllidaceae

  • Mart 01, 2026

    Monruj

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst