Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Faiq Qürbətov 1980–1990-cı illərdə Bakı şəhər 132 saylı orta məktəbdə oxumuşdur. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi — t

Faiq Qürbətov

  • Ana Səhifə
  • Vikipediya
  • Faiq Qürbətov

Faiq Akif oğlu Qürbətov (19 avqust 1973, Bakı) — Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı.

Faiq Qürbətov
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
24 avqust 2020-ci ildən
    ƏvvəlkiAdil Məmmədov
    Şəxsi məlumatlar
    Doğum tarixi 19 avqust 1973(1973-08-19) (52 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası (2003)
    Təhsili
    • Bakı Dövlət Universiteti,
    • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

    Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20162016

    Mündəricat

    Həyatı

    Faiq Qürbətov 19 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub.

    Təhsili

    Faiq Qürbətov 1980–1990-cı illərdə Bakı şəhər 132 saylı orta məktəbdə oxumuşdur. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi — tarix müəllimi ixtisası üzrə, 1998–2001-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsində inzibati idarəetmə ixtisası üzrə bakalavr təhsili almış, 2002-ci ildə Dövlət Turizm Qurumlarının əməkdaşları üçün Ümumdünya Turizm Təşkilatının tədris kursunu bitirmişdir.

    Hərbi xidməti

    F. Qürbətov 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.

    Fəaliyyəti

    Bakı Dövlət Universitetində təhsil aldığı dövrdə ictimai fəaliyyətlə məşğul olaraq yeni yaradılmış Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin üzvü, sonra isə Bakı Gənclər Klubunun təsisçilərindən biri və vitse-prezidenti olmuşdur.

    Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Sədr müavini olaraq başlamışdır. 1998–1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində Gənclər Təkilatları ilə iş üzrə şöbənin məsləhətçisi, 1999–2001-ci illərdə Azərbaycan Gənclər, İdman və Turizm nazirinin köməkçisi, 2001–2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı sektorunun müdiri vəzifələrində çalışmışdır.

    F. Qürbətov 2007–2012-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım Layihəsinin direktoru, 2011–2012-ci illərdə Turizm İnstitutunun Menecment və marketinq kafedrasında müəllim, 2012–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri, 2018-ci ildən 2020-ci ilin avqust ayının 24-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparatının rəhbəri vəzifələrində işləmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

    Faiq Qürbətov əmək fəaliyyəti dövründə bir çox beynəlxalaq tədbirlərdə iştirak etmişdir. Azərbaycan, rus, ingilis, türk, ərəb, italyan dillərini bilir.

    2003-cü ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Ailəlidir, 2 övladı var.

    Mükafatları

    2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuşdur.

    Ədəbiyyat

    • İcra Hakimiyyətinin Başçısı. 2020.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Faiq Qürbətov haqqında məlumat. Faiq Qürbətov nədir? Faiq Qürbətov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Nike

    • Fevral 27, 2026

      Li Syannyan

    • Fevral 23, 2026

      Yehova şahidləri

    • Fevral 27, 2026

      Kimyəvi silahlar

    • Fevral 27, 2026

      Aşşurbanipal

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst