Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fədəkiyyə xütbəsi (ərəb. الخطبة الفدكية‎) — şiələrin iddiasına görə Fatimə tərəfindən söyləyən nitq. Şiələrin iddiasına görə Fatimə bu nitqi (xütbə) Fədəyi Əbu

Fədəkiyyə xütbəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Fədəkiyyə xütbəsi

Fədəkiyyə xütbəsi (ərəb. الخطبة الفدكية‎) — şiələrin iddiasına görə Fatimə tərəfindən söyləyən nitq. Şiələrin iddiasına görə Fatimə bu nitqi (xütbə) Fədəyi Əbu Bəkrindən geri almaq üçün söyləmişdir.

YAŞAYIŞI
Ad və Ləqəbləri · Fədəkiyyə xütbəsi · Fədək ·
FATİMƏ QURANDA
İnsan surəsi · Kovsər surəsi · Təthir ayəsi · Mübahilə ayəsi · Nur ayəsi
YERLƏR
Fədək · Beytül Əhzan · Bəni Haşim məhəlləsi · Səqifə
İNSANLAR
AİLƏMəhəmməd · Xədicə · Əli
ÖVLADLARHəsən · Hüseyn · Zeynəb · Ümmü Külsüm · Möhsün
YAXINLARIFizzə · Ümmü İmən · Əsma
BAŞQALARIÖmər bin Xəttab · Qonfoz · Müğəyrə
BAĞLI
Fatimə təsbihatı · Fatimə kitabı · Fatimə lövhəsi hədisi · Mübahilə günü · Fatimiyə günləri
  • b
  • m
  • r

Haqqında

Məhəmməd peyğəmbərin vəfatından sonra onun həyat yoldaşları və qızı Fatimə, Əbu Bəkrin yanına Osmanı göndərmək istəmiş, Əbu Bəkrdən sözü gedən əraziləri tələb etmək istəmişlər. Lakin Aişə buna etiraz edərək, onlara Peyğəmbərin, "Biz peyğəmbərlər miras qoymarıq, bizim qoyduqlarımız sədəqədir" sözünü xatırlatmış və iddiaçılar bundan sonra öz iddialarından vaz keçmişlər.

İkinci rəvayətə görə isə, Fatimə Əbu Bəkrə Peyğəmbərin Fədəyi ona miras buraxdığını söyləmiş, Əbu Bəkr isə Fatimədən şahid gətirməsini istəmişdir. Fatimə Əlini və Ümmü Əyməni şahid gətirincə, Əbu Bəkr, Əlinin şahidliyini Fatimənin həyat yoldaşı olması səbəbi ilə qanuni saymamışdır. Ümmü Əymənin şahidliyi üçün isə bir nəfərin yetərsiz olduğunu deyərək, Fatimənin iddiasını rədd etmişdir.

Şiə mənbələrinin nəql etdiyinə görə, atasından qalmış mirası ala bilməyən Fatimə, səhabələri toplayaraq, onların önündə bir nitq söyləmiş (Fədəkiyyə xütbəsi), Əbu Bəkri onlara şikayət etmiş və ona kömək etmədikləri üçün də onlara sitəm etmişdir. Əbu Bəkr isə Peyğəmbər Məhəmmədə tam sadiq olduğunu, peyğəmbərlərin miras qoymadıqları haqqındakı hədisi şəxsən ondan eşitdiyini deyərək özünü müdafiə etmişdir. Buna qarşılıq olaraq, Fatimə peyğəmbərlərin miras qoyduqları haqqındakı ayələri oxuyaraq ona etiraz etmişdir. Aişənin sözləri olan birinci rəvayəti rədd edən şiə mənbələri, Əbu Bəkrin Fatimənin mirasını qəsb etdiyini iddia edərək, bu mövzuda çoxsaylı əsərlər qələmə almışlar. Şiələr Əbu Bəkrin Fədəyi qəsb etdiyi haqqında həm fikir olsalar da, bunu hansı səbəbdən etməsi haqqında müxtəlif iddialar irəli sürmüşlər: buranın gəliri ilə Əlinin xəlifəliyi ələ keçirməsinin qarşısını almaq, Əlinin iqtisadi gücündən qorxulması, Əbu Bəkr tərəfindən dövlət büdcəsinin artırılması, dövlətin təməllərinin sağlamlaşdırılması və öz müxaliflərini buranın pulu ilə ələ almaq.

Sünnilər mənbələr isə, Fatimənin nitqi və səhabələri topladığı hadisəni, Fatimənin atasının ölmündən dərhal sonra mal dərdinə düşmüş kimi göstərilərək, Əbu Bəkrin xilafətinin qeyri-leqallığını da əsaslandırmaq məqsədilə şiələr tərəfindən uydurulduğunu, sonradan hakimiyyətə gəlmiş Əlinin də Fədəyi Fatimənin varislərinə vermədiyini, Əlinin və Fatimənin yetərincə varlı olduqlarını, Peyğəmbər Məhəmmədin sağlığında da Fədəyi ondan tələb edən Fatimənin bu istəyinin rədd edildiyini dəlil gətirərək, Əbu Bəkrin qərarının tam doğru olduğunu və bu qərarın İslam hüququna tam uyğun olduğunu deyirlər. Həmçinin sünnilər öz iddialarını sağlamlaşdırmaq üçün Əhli-Beytdən Zeyd ibn Əlinin "Əbu Bəkrin yerində olsaydım, mən də eyni şeyi edərdim" deməsini və Məhəmməd Bağırın Əbu Bəkr və Ömər haqqında "onlar bizə zərrə qədər belə zülm etməyiblər" deməsini əsas kimi gətirirlər.

Həmçinin bax

  • Fədək

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fədəkiyyə xütbəsi haqqında məlumat. Fədəkiyyə xütbəsi nədir? Fədəkiyyə xütbəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Khmer dili

  • Fevral 27, 2026

    Tur surəsi

  • Fevral 25, 2026

    Aruba

  • Fevral 27, 2026

    Əkbər şah

  • Fevral 27, 2026

    Koimbra Universiteti

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst