Eurasianet — Mərkəzi Asiya, Qafqaz regionu, Rusiya və Cənub-qərbi Asiya ölkələri haqqında xəbərlər, məlumatlar və təhlillər təqdim edən, Kolumbiya Universitetinin Harriman İnstitutunda yerləşən müstəqil xəbər təşkilatı. 2000-ci ildə fəaliyyətə başlamış, Açıq Cəmiyyət Fondlarının (ACF) Avrasiya Layihəsinin himayəsi altında fəaliyyət göstərmişdir. Eurasianet 2016-cı ildə müstəqil, vergidən azad olan qeyri-kommersiya xəbər təşkilatına çevrilmişdir. Təşkilat Google, OSF, Forin Ofis, Arnold Saltzman Müharibə və Sülh Araşdırmaları İnstitutu, Milli Demokratiya Fondu və digər qrant verən qurumlardan dəstək alır.
| Eurasianet | |
|---|---|
| | |
| Ölkə | |
| Təsis edilib | 2000 |
| Dili | ingilis dili, rus dili |
| eurasianet.org | |
Eurasianet 2007-ci ildə "Qırğız İnqilabına Yenidən Baxış" mövzulu özəl veb-saytı və 2011-ci ildə aylıq 250.000-dən az ziyarətçisi olan saytlar arasında "Ən Yaxşı Xəbər veb-saytı" kateqoriyasında EPpy Mükafatını qazanıb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, eurasianet sözünün mənası, eurasianet haqqında məlumat. eurasianet nədir? eurasianet nə deməkdir?