Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Etilenoksid (C2H4O) xarakterik, şirintəhər efir iyli, 298 K temperaturda rəngsiz qaz və ya 273K temperaturda axıcı mayedir.

Etilenoksid

  • Ana Səhifə
  • Vikipediya
  • Etilenoksid

Etilenoksid (C2H4O) xarakterik, şirintəhər efir iyli, 298 K temperaturda rəngsiz qaz və ya 273K temperaturda axıcı mayedir.

Etilenoksid
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C2H4O
Fiziki xassələri
Molyar kütlə 44,0526 q/mol
Sıxlıq (Şablon:Прояснить при температуре 10 °C для жидкой окиси этилена) 0,8824 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −171 ± 0 ℉, −111,7 °C
Qaynama nöqtəsi 51 ± 1 ℉, 10,6 °C
Partlama həddi 3 ± 1 % (V/V)
Əmələgəlmə entalpiyası −51,04 kC/mol
Buxarın təzyiqi 1,46 ± 0,01 atm
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,35965
Təsnifatı
CAS-da qeyd. nöm. 75-21-8
PubChem 6354
EINECS-də qeyd. nöm. 200-849-9
SMILES
 
  • C1CO1
InChI
 
  • InChI=1S/C2H4O/c1-2-3-1/h1-2H2
    IAYPIBMASNFSPL-UHFFFAOYSA-N
RTECS KX2450000
ChEBI 27561
ChemSpider 6114
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Fiziki-kimyəvi xassələri

Qaynama temperaturu 283.7 K, ərimə temperaturu -384.3, suda, spirtdə, efirdə və digər üzvi həllediclərdə yaxşı həll olur.

Etilenoksid əsasında alınan polimer-polietilenoksid [-OCH2CH2-]n suda, benzolda, karbon dördxloriddə, xloroformda və bir sıra digər həlledicilərdə həll olur.

Aşağı molekul kütləli polietilenoksid toxuculuq sənayesində köməkçi komponent, hidravlik mayelərdə qatılaşdırıcı, kosmetikada, farmokologiyada, keramika və həmçinin poliuretanlar istehsalında istifadə olunur.

Yüksək molekul kütləsinə malik polietilenoksid filizin zənginləşdirilməsində flokulyant və koaqulyant kimi, çöküntülərin, asılqanların və kömür tozunun və s. qatılaşdırılmasında və ayrılmasında flokulyant və koaqulyant kimi istifadə edilir. Suda həll olan polietilenoksid plenkalar qida məhsullarının, mürəkkəbi və boyaların, aqrokimyəvi preparatların qablaşdırılmasında istifadə olunur. Polietilenoksid həmçinin neftin təkrar hasilatının effektivliyini artırmaq üçün də istifadə edilir. Etilenoksid və propilenoksidin blok birgəpolimerləri qeyri ionogen səthi aktiv maddələrdir (SAM). Aşağı molekul kütləli polietilenoksid etilen oksid qlikollarla polibirləşməsi ilə alınır. Yüksək molekul kütləli polietilenoksid etilenoksidin suspenziyada polimer üçün çökdürücü olan həlledicilər iştirakında polimerləşməsindən alınır. Etilenoksid bir çox dəyərli məhsulların-məsələn, polietilenqlikolun alınmasında istifadə olunan etilenqlikolun, poliefir liflərin, antifriz, soyuducu aqentlərin istehsalında və həmçinin həlledici kimi tətbiq olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Etilenoksid haqqında məlumat. Etilenoksid nədir? Etilenoksid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Abşeron rayonu

  • Fevral 24, 2026

    Mikelancelo Antonioni

  • Fevral 27, 2026

    Camaat torpaqları

  • Mart 01, 2026

    Zadar Universiteti

  • Fevral 27, 2026

    Əhməd Nami

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst