Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı.

Etibar Cəbrayıloğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Etibar Cəbrayıloğlu

İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı.

Etibar Cəbrayıloğlu
Etibar Cəbrayıl oğlu İsmayılov
Doğum tarixi 11 dekabr 1967(1967-12-11) (58 yaş)
Doğum yeri
  • Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı İradə İsmayılova
Uşaqları Turan Etibaroğlu
Fatimə Gülməmmədova
Atası Cəbrayıl İsmayılov
Anası Rəisə İsmayılova
Milliyyəti azərbaycanlı
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (1991–1996)
Fəaliyyəti köşə yazarı
Mükafatları "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı

Mündəricat

Həyatı

Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986–1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb.

Jurnalist fəaliyyəti

1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-cı ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb. Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır.

2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir. Qəzetin şöbə müdiri, köşə yazarı olub.

2010-cu ildən Qafqaz Müsəlmanları İdarəsində çalışır. O, hazırda QMİ-nin sektor müdiri vəzifəsində işləyir

2011-ci ildə Amerika-Azərbaycan Təhsil Şurasının proqramı ilə ABŞ-də təcrübə keçib.

Hazırda "Hetrik-news","Ədalət", qəzetləri, Modern.az,"Reytinq.az","Bakıvaxtı.az","Aztoday.az" və "Qol.az" saytları ilə sıx əməkdaşlıq edir.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillə təmin olunub.

Mükafatları

Azərbaycan mətbuatında səmərəli fəaliyyəti və publisistik yazılarına görə "Həsən bəy Zərdabi", "Qızıl Media açarı"(II-ci dərəcə) mükafatlarına layiq görülüb.

2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.

Ailəsi

Ailəlidir, 1 oğlu,1 qızı və 2 nəvəsi var

İdman jurnalisti Hüseyn Cəbrayıloğlunun qardaşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, etibar cəbrayıloğlu sözünün mənası, etibar cəbrayıloğlu haqqında məlumat. etibar cəbrayıloğlu nədir? etibar cəbrayıloğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Qara İsgəndər

  • Fevral 27, 2026

    Dövlət çevrilişi

  • Fevral 26, 2026

    Bendemurat (İğdır)

  • Fevral 27, 2026

    Tavuş mərzi

  • Fevral 27, 2026

    Daşkənd tramvayı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst