Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Erzyan dili (э́рзянь кель) — fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili. Mokşan, rus dili ilə yanaşı Mordov

Erzyan dili

  • Ana Səhifə
  • Vikipediya
  • Erzyan dili

Erzyan dili (э́рзянь кель) — fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili. Mokşan, rus dili ilə yanaşı Mordoviyanın üç dövlət dilindən biri.

Erzyan dili
Orijinal adı эрзянь кель
Ölkə Rusiya
Regionlar Mordoviya, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Penza vilayəti, Nijeqorod vilayəti, Ulyanovsk vilayəti, Orenburq vilayəti, Saratov vilayəti.
Rəsmi status Mordoviya
Tənzimləyən təşkilat 96 860 nəf, o cümlədən Rusiyada 57 000 nəfər. (2010-cu il siyahıya alınmaya qədər)
Danışanların ümumi sayı
  • 96.860 nəf. (2010)
  • 36.700 nəf. (2010)
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
Ural dilləri
Fin-uqor dilləri
finno-perm dilləri[vd]
Finno-volj dilləri[vd]
Mordov dilləri
Erzyan dili
Yazı kiril əlifbası
Dil kodları
QOST 7.75–97 erz 835
ISO 639-1 —
ISO 639-2 myv
ISO 639-3 erz
Dilin strukturlarının dünya atlası moe
Atlas of the World’s Languages in Danger 350
Ethnologue myv
Linguasphere 41-AAD-aa
ELCat 3207
IETF myv
Glottolog erzy1239
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Sayı

Siyahıyaalma zamanı Mordoviya sakinləri ana dili kimi mordov dilini göstərərək onu mokşan və erzyan dillərinə bölmürlər. Ona görə də təxmini olaraq erzyanların sayının 517 575 nəfər, o cümlədən Rusiyada 440 000 nəfər olduğunu güman edirlər.

Rusiya Statistika Komitəsinin məlumatına görə özünü mordva kimi 843,35 min nəfər adlandırırlar (o cümlədən mokşa — 49,6 min nəfər, erzyan — 84,4 min nəfər ). Erzyan dili yox olma həddində olan dillərin siyahısında və ya yox olma həddinə yaxın siyahılarda qeyd edilir.

Bu dildə danışanların yayıldığı ərazi

Təxminən 28 % erzyanlar Mordoviya Respublikası ərazisində, digəriləri isə keçmiş SSRİ ərazisində yaşayırlar.

İki dillilik

Erzyan dilini bilənlərin böyük mütləqiyyəti iki dillidirlər. İki dillilərin ümumi sayı 696 369 nəfərdir. Onlardan — 306 109 nəfəri kişi, 389 982 nəfəri isə qadındır. Erzyan dildə danışanların 69 % erzyan dilini öz ana dili, 30,8 % isə rus dilini ana dili hesab edir.

Funsional statusu

Mordoviya Respublikası Milli Siyasət Komitəsi sənədinin rəsmi forması

Erzyan dili Mordoviya Respublikasının rəsmi dilidir.

  • Mediada istifadəsi:
    • radio yayım: Sarans şəhərindəki radiostansiya Mordoviyanın Milli stansiyasıdır. Efirdə yayımlanan verilişlərin 14,3 % эmoşkan və erzyan dillərində yayımlanır.
    • telekanallar: Rusiyanın iki kanalı gündə iki saat, həftədə dörd gün olmaqla efir vaxtının 7 %-ni erzyan dilində yayımlayır;
    • qəzetlər: «Erzyan pravda» Mordoviya Respublikası və Moldova Respublikasının Dövlət Məclisinin rəsmi mətbu orqanıdır; «Erzyan Mastor» — Erzyan dilinin Xilası Fondu tərəfindən təsis edilib; Ulyanovsk vilayətində aylıq qəzet olan «Yalqat» («Dostlar») buraxılır, erzyan dilində olan materiallar dərc olunan qəzetin təsisçisi Ulyanovsk vilayətinin hökumətidir;
    • jurnal: «Syatko» («Qığılcım») — Mordoviya Respublikası hökuməti tərəfindən nəşr olunan ədəbi və siyasi jurnal; həmçinin Saranskda uşaqlar və gənclər üçün aylıq illüstrasiyalı «Çilisema» («Qürub») jurnalı dərc etdilir.
  • Dilin Regional Hökumətlərdə istifadəsi:
    • yalnız qanunların mətnlərində, özü də məhdud şəkildə.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Erzyan dili haqqında məlumat. Erzyan dili nədir? Erzyan dili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tibet yaylası

  • Fevral 24, 2026

    Heyva

  • Fevral 27, 2026

    Quarani dili

  • Fevral 26, 2026

    Xarəzm

  • Fevral 27, 2026

    W3C

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst