Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ervand Sevortyan (22 oktyabr (4 noyabr) 1901, Yalta, Rusiya imperiyası – 23 mart 1978, Moskva) — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru

Ervand Sevortyan

  • Ana Səhifə
  • Vikipediya
  • Ervand Sevortyan

Ervand Sevortyan (22 oktyabr (4 noyabr) 1901, Yalta, Rusiya imperiyası – 23 mart 1978, Moskva) — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru, professor, RSFSR-in əməkdar elm xadimi. Türk dillərinin etimoloji sözlükləri içində ən irihəcmli və ən əsaslı etimoloji sözlüyün müəllifidir.

Ervand Sevortyan
Ervand Vladimiroviç Sevortyan
Doğum tarixi 22 oktyabr (4 noyabr) 1901(1901-11-04)
Doğum yeri
  • Yalta, Rusiya imperiyası
Vəfat tarixi 23 mart 1978(1978-03-23) (76 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahələri Müqayisəli dilçilik, etimologiya, türkologiya
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru (1957)
Elmi adı
  • professor[d] (1969)
İş yerləri
  • Rusiya Elmlər Akademiyası Dilçilik İnstitutu[d] (1935),
  • Moskva Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutu[d]
Təhsili
  • M. V. Frunze adına Krım Dövlət Pedaqoji İnstitutu[d] (–1930),
  • Rusiya Elmlər Akademiyası Dilçilik İnstitutu[d]
Üzvlüyü
  • Türk Dil Qurumu
Mükafatları "Şərəf nişanı" ordeni
RSFSR əməkdar elm xadimi — 1972

Mündəricat

Həyatı

1901-ci ildə dünyaya göz açıb, 1930-cu ildə Simferopoldakı Krım Pedaqoji İnstitutunu bitirir. Daha sonra Moskva Dilçilik Elmi-Tədqiqat İnstitutunda aspiranturanı başa vurub həmin institutda elmi işçi kimi çalışır, bir neçə il türk dilləri bölməsinin müdiri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub: Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda, Moskva Şərqşünaslıq İnstitutunda, Moskva Dövlət Universitetində, Xarici Dillər İnstitunda dərs deyib. 1957-ci ildə "Azərbaycan ədəbi dilində affiksal (şəkilçi köməkliyi ilə) feildüzəltmə" mövzüsunda doktorluq işini müdafiə edir. 1958-ci ildə "Türk dillərinin etimoloji sözlüyü"nün (8 cilddə, 1978–2008) üzərində işlərə başlayır. Sözlüyün I cildinin dərc edilməsi, II–IV cildlərin çapa hazırlanması Sevortyan tərəfindən görülür, ölümündən sonra iş həmkarları tərəfindən davam etdirilir.

Türk Dil Qurumunun müxbir üzvü olub (1957).

Əsərləri

  • Türk dilinin qrammatikası ("Грамматика турецкого языка", 1947);
  • Türk ədəbi dilinin fonetikası ("Фонетика турецкого литературного языка", 1955);
  • Azərbaycan ədəbi dilində affiksal feildüzəltmə ("Аффиксы глаголообразования в азербайджанском литературном языке", 1957);
  • Azərbaycan dilində affiksal feildüzəltmə ("Аффиксы глаголообразования в азербайджанском языке", 1962);
  • Azərbaycan dilində affiksal ismi sözdüzəltmə ("Аффиксы именного словообразования в азербайджанском языке", 1966);
  • Azərbaycan dilinin qrammatikası ("Грамматика азербайджанского языка", 1971, M. Şirəliyevlə birgə).

Məqalələri

  • Sovet türkologiyasının inkişafı tarixindən (Из истории развития советской тюркологии.// Известия АН СССР, ОЛЯ, 1955, том XIV, вып. 2)
  • Müzakirəardı illərdə sovet türkologiyası (Советская тюркология в последискуссионные годы. // Известия АН СССР, ОЛЯ, 1953, том XII, вып.6)
  • "Türk dillərinin tarixi öyrənilməsinin bəzi məsələlərinə dair" məqaləsi ("О некоторых вопросах исторического изучения тюркских языков", 1960)
  • "Türk dillərinin çağdaş durumu və SSRİ-də tarixi öyrənilməsinin bəzi məsələləri" məqaləsi ("Современное состояние и некоторые вопросы исторического изучения тюркских языков в СССР", 1961)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ervand sevortyan sözünün mənası, ervand sevortyan haqqında məlumat. ervand sevortyan nədir? ervand sevortyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Məhəmməd Mamağani

  • Mart 06, 2026

    Nepenthes attenboroughii

  • Fevral 27, 2026

    Serir

  • Fevral 27, 2026

    Antil adaları

  • Mart 03, 2026

    Məcburi əmək

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst