Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Entoni Legget (26 mart 1938, Kamberuell[d], Böyük London) — ingilis professor və fizik. 1983-cü ildən bəri İllinoys Universitetində professorluq edən Legget 200

Entoni Legget

  • Ana Səhifə
  • Vikipediya
  • Entoni Legget

Entoni Legget (26 mart 1938, Kamberuell[d], Böyük London) — ingilis professor və fizik. 1983-cü ildən bəri İllinoys Universitetində professorluq edən Legget 2003 və 2008-ci illərdə Fizika shəsində ən mükəmməl təlimçi seçilmişdir.

Entoni Legget
Doğum tarixi 26 mart 1938(1938-03-26) (87 yaş)
Doğum yeri
  • Kamberuell[d], Lambet[d], Böyük London, İngiltərə, Birləşmiş Krallıq
Elm sahəsi fizika
İş yerləri
  • Urbana-Şampeyn İllinoys Universiteti,
  • Maqdalin Kolleci[d],
  • Sasseks Universiteti,
  • Vaterlu Universiteti
Təhsili
  • Oksford Universiteti
Elmi rəhbəri Dirk ter Haar
Tanınmış yetirməsi Amir O. Caldeira
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1980),
  • ABŞ Milli Elmlər Akademiyası (1997),
  • Amerika Fizik Cəmiyyəti[d],
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası (1999),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d]
Mükafatları "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru
Fizika üzrə Nobel mükafatı — 2003
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Fizika müəllimləmi olan ingilis bir ata və riyaziyyat müəllimi olan irlandiyalı bir ananın uşağı olan Entoni Legget 1938-ci ildə doğulmuşdur. "Klara" və "Judis" adında iki bacısı, "Terence" və "Paul" adlarında iki qardaşı var. 1972-ci ildə evləndiyi antropoloq "Haruko Kinase" (doğ. 20 noyabr 1950) ilə 28 sentyabr 1978-ci il təvəllüdlü "Elizabeth Asako" adlı bir qızları var.

Təhsili

Uşaqlıq və gənclik zamanları döyüş illərinə təsadüf etmişdir. Katolik bir məktəbdə təhsilini başlayan Legget sonra yüksək qeydləri sayəsində Uimbldonda bir məktəbə daxil olmuşdur. Atasının işə başladığı xüsusi bir məktəb olan "Beaumont College" də lisey təhsilini tamamlamışdır. 1954-cü ildə Oksford Universiteti, Baliol Kollecinin imtahanlarına girir və qazanır. Karyerası boyunca araşdırmalar və qiymətləndirmələr edən Legget yapon dilini də öyrənir. 1958-ci ildə fizika sahəsində Oksfordda ikinci lisenziya diplomunu da almağa qərar verir. O dövrdə ikinci lisenziya diplomu çox məşhur olmadığı üçün Legget universitet Şurasını əsgərlikdən qaçmaq üçün deyil, karyerası üçün müraciət etdiyinə razı etmək məcburiyyətində qalmışdır. 1959-cu ildə müraciəti qəbul edilir. Fizika üzrə doktorluq dissertasiyasın Oksford Universitetində tamamlayır. Qısa bir müddət ərzində İllinoys Universitetində araşdırma vəzifəlisi olaraq çalışır.

Təhsil xronologiyası
LiseyBeaumont College, London (1954)
UniversitetLisenziya Klassik Ədəbiyyat, Baliol College, Oksford Universiteti (1959)
UniversitetLisenziya Fizika, Merton College, Oksford Universiteti (1961)
UniversitetAspirantura -Fizika, Oksford Universiteti (1964)
Akademikİllinoys Universiteti, Urbana-Champaign (1964–1965)
AkademikKyoto Universiteti (1965–1966)
MüəllimSussex Universiteti (1967–69)
MüəllimSussex Universiteti (1969–1983)
MüəllimKornell Universiteti (1983)
ProfessorMakArtur Fizika Professoru, Urbana-Champaign, Illinoys Universiteti (1983 -)

Karyerası

İllinoys Universitetində qısa dövr karyerasından sonra Legget şimal-şərqi Asiya ilə maraqlanmağa başlayır. İngilis akademik karyerasından əvvəl özünü hazırlamaq üçün tanışları vasitəsilə Yaponiyadakı Kyoto Universitetindən "Professor Takeo Matsubara"nın qrupuna girməyi bacarır. Dili inkişaf etdirmək üçün digər tələbələrin əksinə olaraq yapon tələbələrlə yurdda qalıb ingiliscəni çox istifadə etməməsi " CIA agenti olduğu" şayiələrinə səbəb olmuşdur.

Yaponiyadan ayrıldıqdan sonra Oksford, Harvard və İllinoys kimi universitetlərdə müəllim olmağa çalışarkən yeni qurulan Sussex Universitetinə qəbul edilir.

Kornell Universitetində təhsil üzvlük məlumat meyarlarını da öz tərcümeyi-halına əlavə etdikdən sonra 1983-cü ildə hələ akademik heyətində olduğu İllinoys Universitetində professor olmuşdur.

Mükafatları və uğurları

Mükafatlar və dərəcələr
TarixMükafatMükafatı verən təşkilat və ya şəxs
2005İngiliz İmperatorluğu cəngavərlik ünvanı (Sir)II Yelizaveta tərəfindən "fizika xidmətləri üçün"
2003Fizika üzrə Nobel mükafatı (VL Ginzburg ve AA Abrikosov ilə)
2002/2003Wolf Fondu mükafatı (BI Halperin ilə)Maddənin sıxılmış formalarını araşdırdığı üçün
1999Xarici üzvüRusiya Elmlər Akademiyası
1999Eugene Feenberg Memorial Medalı
1998Fəxri üzvBirləmiş Krallıq Fizika İnstitutu
1997ÜzvMilli Elmlər Akademiyası
1991Paul Dirak Medalı
1985ÜzvAmerikan Fizika Dərnəyi
1981Doqquzuncu Simon Memorial mükafatıİngilis Fizika İnstitutu
1981On birinci Fritz London Memorial mükafatı
1980ÜzvRoyal Society
1975Maksvell Medalı ve Fizika İngilis İnstitutu mükafatı
Xarici üzvRusiya Elmlər akademiyası

Fizika üzrə Nobel mükafatı

Entoni Legget " Üstün axıcılıq qaydalarına istiqamət verici fəaliyyətləri səbəbiylə" 2003-cü ildə Fizika üzrə Nobel mükafatına Aleksey A. Abrikosov və Vitali L. Qinzburg ilə birlikdə layiq görülmüşdür. Leggett helium-3ün üstün elektrik keçiriliciyinin başa düşülməsində olan fəaliyyətləri səbəbiylə Nobel Mükafatına layiq görülmüşdür. Bir digər əhəmiyyətli araşdırması isə makroskopik kvant mexanikası üzərinədir.

Super axıcılıq maye helium kimi son dərəcə soyuq maddələr, super elektrik keçiriciliyinə gətirib çıxaranlara bənzər səbəblərlə qəribə davranışlar göstərir. Məsələn sürtünmənin yox olması və yoxuşda da "axa bilmək" kimi. BCS qaydası helium-4ün super elektrik keçiriciliyini mükəmməl şəkildə açıqlayarkən helium-3ün 1972-ci ildə kəşf edilən super axıcılıq qabiliyyətini açıqlamaqda aciz qalırdı. Legget işləriylə helium-3ün davranışlarını da BCS Qaydası əhatəsinə daxil etməyi bacarmışdır. Tədqiqatçılara görə bu izotopu qayda xaricində kimi görülməsinin səbəbi daha çox zəngin bir quruluşa sahib olmasıdır. 2003-cü ilin Fizika üzrə Nobel Mükafatının diqqət çəkici bir xüsusiyyəti də son 8 il ərzində bu sahədə paylanan mükafatlardan dördünün soyuq "Temperatur"un fizikasıyla əlaqədar işlərə verilməsi olmuşdur. Üstün elektrik keçiriciliyi faktı tam yüz ildir ki, elm və texnologiya dünyasının göz bəbəyi olmağı davam etdirməkdədir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Entoni Legget haqqında məlumat. Entoni Legget nədir? Entoni Legget nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Meşə təsərrüfatı

  • Fevral 27, 2026

    Qərbi Antarktida

  • Fevral 27, 2026

    Sayda (şəhər)

  • Fevral 27, 2026

    Hamlet İsaxanlı

  • Fevral 27, 2026

    Arzu Rəhimov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst