Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — Azərbaycan hərbi və dövlət xadimi, general-polkovnik (2021), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövl

Arzu Rəhimov

  • Ana Səhifə
  • Vikipediya
  • Arzu Rəhimov

Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — Azərbaycan hərbi və dövlət xadimi, general-polkovnik (2021), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007).

Arzu Rəhimov
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
14 fevral 2012 – 17 aprel 2023
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasizadə
Novruz Məmmədov
Əli Əsədov
Əvvəlkivəzifə təsis edilib
SonrakıMürsəl İbrahimov
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi rəisi
30 aprel 2007 – 14 fevral 2012
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasizadə
SonrakıFirudin Nəbiyev
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi
2006 – 30 aprel 2007
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 oktyabr 1964(1964-10-01) (61 yaş)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Novosibirsk Ali Hərbi Komandirlər Məktəbi[d]
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Xidmət illəri 1982—h. h.
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi
General-polkovnik

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

Təltifləri "Qarabağ" ordeni — 20202020 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı — 20052005 "Hərbi xidmətlərə görə" medalı — 20022002 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1982-ci ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olmuşdur və 1986-cı ildə oradan məzun olmuşdur.

Arzu Rəhimov 1986–1989-cu illərdə Sovet Ordusunun sıralarında bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, hərbi hissə komandiri və digər vəzifələrdə xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir.

2004-cü il iyulun 30-da isə Arzu Rəhimova Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi vermilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsindən azad edilmiş və Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilmişdir.

Arzu Rəhimov ailəlidir. 2 övladı var.

Təltifləri

Arzu Rəhimov Azərbaycan Prezidentlərinin Fərmanlarına və Sərəncamlarına əsasən Azərbaycanın orden və medalları ilə təltif edilmişdir.

  • "Hərbi xidmətlərə görə" medalı — 16 avqust 2002
  • "Vətən uğrunda" medalı — 15 avqust 2005
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 12 fevral 2018
  • (09.12.2020) — "Qarabağ" ordeni — 9 dekabr 2020

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arzu Rəhimov haqqında məlumat. Arzu Rəhimov nədir? Arzu Rəhimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    25 dekabr

  • Fevral 27, 2026

    Eldar Abasov

  • Fevral 27, 2026

    Söyüd

  • Fevral 27, 2026

    IV Georq

  • Fevral 24, 2026

    Charlie Hebdo

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst