Endimion (ing. Endymion) — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir.
| Endimion | |
|---|---|
Lunar Orbiter 4 tərəfindən çəkilmiş şəkil. | |
| Koordinatlar | 53°36′ şm. e. 56°30′ ş. u. / 53,6° şm. e. 56,5° ş. u.G |
| Diametr | 125 km |
| Krater dərinliyi | 2,6 km |
| Sferik sistemin koordinatları | 306° günəş çıxan zaman |
| Eponim | Endimion |
Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir.
Peyk kraterlər

Aşağıdakı kraterlər Endimiona yaxın yerləşdiyi üçün onun peyk kraterləri hesab edilir və hərflərlə işarə olunur.
| Endimion | En dairəsi | Uzunluq dairəsi | Diametr |
|---|---|---|---|
| A | 54.7° N | 62.8° E | 30 km |
| B | 59.8° N | 67.2° E | 59 km |
| C | 58.4° N | 60.8° E | 32 km |
| D | 52.4° N | 62.4° E | 20 km |
| E | 53.6° N | 66.2° E | 18 km |
| F | 56.9° N | 65.1° E | 12 km |
| G | 56.4° N | 55.6° E | 15 km |
| H | 51.1° N | 56.3° E | 14 km |
| J | 53.5° N | 50.7° E | 67 km |
| K | 51.3° N | 52.3° E | 7 km |
| L | 55.4° N | 71.0° E | 9 km |
| M | 52.7° N | 70.9° E | 9 km |
| N | 52.4° N | 69.6° E | 9 km |
| W | 52.7° N | 69.2° E | 10 km |
| X | 52.9° N | 50.1° E | 6 km |
| Y | 55.8° N | 58.0° E | 8 km |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, endimion (krater) sözünün mənası, endimion (krater) haqqında məlumat. endimion (krater) nədir? endimion (krater) nə deməkdir?