Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya

Döyüş-macəra oyunu

  • Ana Səhifə
  • Vikipediya
  • Döyüş-macəra oyunu

Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı.

Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır.

Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur.

Altjanrlar

Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var. Məşhur altjanrlar arasında:

  • Birinci şəxs döyüş macəra — birinci şəxs atıcı geympley xüsusiyyətlərini daşıyan və ətraf mühitdə məsələ həlli və mürəkkəb süjet xətti kimi macəra oyunu elementlərinə malik olmaq üçün daimi döyüşdən imtina edən altjanr. Nümunə olaraq, "Metroid Prime", "Half-Life", "Dishonored" və "Far Cry 3" kimi oyunları göstərmək olar.
  • Üçüncü şəxs döyüş macəra — üçüncü şəxs atıcı geympley xüsusiyyətlərini daşıyan və ətraf mühitdə məsələ həlli və mürəkkəb süjet xətti kimi macəra oyunu elementlərinə malik olmaq üçün daimi döyüşdən imtina edən altjanr. Nümunə olaraq, "Tomb Raider" seriyası, "The Legend of Zelda" seriyası, "Severance: Blade of Darkness", "Grand Theft Auto" seriyası, "Hitman" seriyası və "Uncharted" seriyasını göstərmək olar.
  • Daldırıcı simulyasiya — adətən, rol, gizlilik və platforma oyunlarının elementlərini daşıyan və oyunçunun tapşırıqları müxtəlif üsullarla yerinə yetirməkdə istifadə edəcəyi bir neçə geympley sistemi yaradan altjanr. Nümunə olaraq, "The Elder Scrolls V: Skyrim", "Fallout 4", "S.T.A.L.K.E.R.: Shadow of Chernobyl" və "BioShock Infinite" kimi oyunları göstərmək olar.
  • Platforma-macəra — həm tədqiqat, həm məsələ həlli, həm də ənənəvi platforma elementlərini daşıyan altjanr. Nümunə olaraq, "Metroid" seriyasını və "Castlevania" seriyasını göstərmək olar. "Metroidvania" termini bu iki oyunun adlarının birləşməsindən yaranıb.
  • İzometrik platforma-macəra — tədqiqat aparıla bilən açıq mühitlərə malik olan, üçölçülü geympleydən və izometrik proyeksiya vasitəsilə ikiölçülü qrafikalar istifadə edən altjanr. Nümunə olaraq, "SimCity 2000", "Civilization II" və "Diablo" kimi oyunları göstərmək olar.
  • Stels — düşmənlərlə birbaşa döyüşmək yerinə, onlardan gizlənməyə əhəmiyyət verən və nəticədə əsas geympleyin tədqiqat və məsələ həlli üzrə qurulmasına gətirib çıxaran altjanr. Nümunə olaraq, "Metal Gear" seriyası, "Assassin's Creed" seriyası, "Splinter Cell" seriyası və "Hitman" seriyasını göstərmək olar.
  • Survival horror — oyunçunun qorxu üzərində qurulmuş ətraf mühitdə "sağ qalması" üçün "inventar idarəetmə" sistemi ehtiva edən altjanr. Survival horror müxtəlif geympley elementləri olan tematik bir janrdır. Nümunə olaraq, "The Resident Evil" və "Silent Hill" franşizalarını göstərmək olar.
  • Sağ qalma — oyunçunun sonu olmayan bir ətrad mühitdə "sağ qalması" üçün "inventar idarəetmə" sistemi ehtiva edən altjanr. Nümunə olaraq, "Minecraft", "Terraria" və "Starbound" kimi oyunları göstərmək olar.

Həmçinin bax

  • П:  Videooyunlar portalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Döyüş-macəra oyunu haqqında məlumat. Döyüş-macəra oyunu nədir? Döyüş-macəra oyunu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    MTV

  • Fevral 27, 2026

    Glock

  • Fevral 27, 2026

    Klient

  • Fevral 24, 2026

    Dörd

  • Fevral 25, 2026

    Tabasaran dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst