Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Emin Sadıxov və ya Əmin Sadıqzadə (təxəllüsü: Əmin Sadıq; 1905, Bakı – 1975, Bakı) — şair, jurnalist, tərcüməçi. "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal q

Emin Sadıxov

  • Ana Səhifə
  • Vikipediya
  • Emin Sadıxov

Emin Sadıxov və ya Əmin Sadıqzadə (təxəllüsü: Əmin Sadıq; 1905, Bakı – 1975, Bakı) — şair, jurnalist, tərcüməçi. "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri, "Vətən uğrunda" qəzetinin baş redaktoru olmuşdur.

Emin Sadıxov
Doğum tarixi 1905(1905)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1975(1975) (69–70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Uşağı
  • Elmira Zamanova
Fəaliyyəti jurnalist, şair, tərcüməçi
Mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945

Həyatı

Emin Sadıx oğlu Sadıxov 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan dilində çap edilən "Kommunist" qəzetinin müxtəlif şöbələrində şöbə müdiri, 1939-cu ildə Azərbaycan Radio Komitəsində baş redaktor vəzifələrində çalışmışdır. Emin Sadıxov 1941-ci ildə Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsində Təbliğat və təşviqat şöbəsində işləmişdir. 1942-ci ildə Qızıl Ordu sıralarına daxil olaraq, 1945-ci ilin avqust ayına qədər "Vətən uğrunda" diviziya qəzetinin baş redaktoru vəzifəsində (baş leytenant rütbəsində) çalışmış, Qafqaz uğrunda döyüşlərdə fəal iştirak etmişdir.

Emin Sadıxov Böyük Vətən Müharibəsində "Almaniya üzərində qələbə uğrunda" medalı ilə təltif edilmişdir.

Emin Sadıxov müharibədən sonra 1945–1946-cı illərdə Azərbaycan Kommunist Partiyasının orqanı olan "Təbliğatçı" jurnalında məsul katib və redaktor müavini vəzifələrində çalışmışdır. O, 1948-ci ildə AK(b)P Bakı Şəhər Komitəsində sovet mədəni-maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir. Emin Sadıxov 1950–1951-ci illərdə "Kommunist" qəzetinin Xarici xəbərlər şöbəsinin müdiri vəzifəsini icra edilmiş, 1952-ci ildə Azərbaycan Teleqraf Agentliyində Tərcümələr şöbəsinə redaktor vəzifəsinə keçirilmişdir. 1957–1959-cu illərdə yenidən "Kommunist" qəzetinin Xarici xəbərlər şöbəsinin müdiri vəzifəsində işləmişdir.

Emin Sadıxov 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Fəaliyyəti

Emin Sadıxov ixtisasca jurnalist olsa da, tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Siyasi və elmi ədəbiyyatın tərcüməsi ilə yanaşı, bədii-poetik tərcümələrlə də məşğul olmuşdur. O, 1930-cu ildə nəşr edilmiş "Əməlim və yolum" şeirlər kitabının müəllifidir.

Emin Sadıxov "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri, bu cəmiyyətin fəaliyyəti dövründə onun üzvü olmuşdur.

Görkəmli qazax şairi Cambulun "Batır ötəgən" poemasını Azərbaycan dilinə tərcümə etmiş, Aleksandr Puşkin və Mixail Lermontovdan poetik tərcümələrin müəllifidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emin Sadıxov haqqında məlumat. Emin Sadıxov nədir? Emin Sadıxov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Sever

  • Fevral 27, 2026

    Maxthon

  • Fevral 27, 2026

    Klet

  • Fevral 27, 2026

    Kocaeli yarımadası

  • Fevral 27, 2026

    Serial

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst