Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elçin Əbdülrəhim oğlu Mirzəbəyli (12 avqust 1967, Lənkəran) — Azərbaycan siyasətçisi, deputatı və jurnalisti. O, Azərbaycan Milli Məclisinin VII çağırış deputat

Elçin Mirzəbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Elçin Mirzəbəyli

Elçin Əbdülrəhim oğlu Mirzəbəyli (12 avqust 1967, Lənkəran) — Azərbaycan siyasətçisi, deputatı və jurnalisti. O, Azərbaycan Milli Məclisinin VII çağırış deputatı və Azərbaycanın əməkdar jurnalistidir.

Elçin Mirzəbəyli
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
    Seçki dairəsi2024 — 90 saylı Ağsu Seçki Dairəsi
    ƏvvəlkiTahir Kərimli
    Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi
    16 mart 2024 – 29 sentyabr 2025
    SədrQüdrət Həsənquliyev
    ƏvvəlkiVəzifə təsis edildi
    SonrakıAzər Qasımov
    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
    30 aprel 2018 – 16 mart 2024
    SədrQüdrət Həsənquliyev
    SonrakıVəzifə ləğv edildi
    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi
    12 avqust 2005 – 30 aprel 2018
    SədrQüdrət Həsənquliyev
    Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
    Vəzifədədir
    10 mart 2018-ci ildən
      Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü
      Vəzifədədir
      26 oktyabr 2022-ci ildən
        Şəxsi məlumatlar
        Doğum tarixi 12 avqust 1967(1967-08-12) (58 yaş)
        Doğum yeri
        • Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
        Partiya
        • Azərbaycan Xalq Cəbhəsi Partiyası (2002–2004),
        • Ədalət, Hüquq, Demokratiya Partiyası (2004–2025)
        Təhsili
        • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
        Fəaliyyəti jurnalist, siyasətçi
        Təltifləri "Tərəqqi" medalı — 2820 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
        Azərbaycan Respublikasının əməkdar jurnalisti — 2020

        O, 2024-cü ilədək "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru olub.

        Mündəricat

        Erkən illəri

        12 avqust 1967-ci ildə Lənkəran şəhərində doğulub.

        Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Rusiya Dövlət Səhnə Sənətləri İnstitutunu (Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutu) bitirib.

        Əmək fəaliyyəti

        Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

        "Sevil" kinoteatrının direktoru, "Sara" TV-nin "Xəbər" departamenti direktorunun müavini və redaktoru, "Üç nöqtə" qəzetinin redaktoru olub. 2015–2017-ci illərdə Lider Televiziyasında "Geosiyasət" proqramının müəllifi və aparıcısı, 2017–2019-cu illərdə Xəzər TV-də gündəlik "Xəzər Aktual" proqramının aparıcısı olub. Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Space", "Sara" telekanalında müəllif proqramları ilə çıxış edib. Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş filmin rejissoru, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi və digər görkəmli şəxslər haqqında çəkilmiş filmlərin müəllifi və rejissorudur.

        Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah" dramına quruluş verib. Quruluşçu rejissoru olduğu "Nadir şah" dramı paytaxt Bakıda və Azərbaycanın müxtəlif bəlgələrində, eləcə də Türkiyədə, İranda uğurla nümayiş etdirilib. Mədəniyyət Nazirliyində çalışdığı dövrlərdə bir çox dövlət tədbirlərinin ssenari müəllifi, rejissoru və redaktoru olub. Milli Azadlıq Hərəkatının marşı olan, hal-hazırda Azərbaycan Silahlı Qüvvələrində ifa olunan, orta ümumtəhsil müəssisələrində tədris edilən "Azadlıq" marşının müəllifidir. Şeirlərinə Abbas Əhməd, Xanım İsmayılqızı, Nailə Mirməmmədli, Hikmət Mirməmmədli, Hatəm Nəbioğlu və digər tanınmış musiqiçi və bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Bu mahnıların arasında Abbas Əhmədin ifa etdiyi "Ürəyim yanar" mahnısı daha çox populyarlıq qazanıb. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkiyə, İtaliya, Özbəkistan və Rusiyada nəşr olunub. 2006–2024-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin və eyniadlı saytın, 2010–2018-ci illərdə Azərbaycan və italyan dillərində yayımlanan "Via della Seta" (İpək yolu) jurnalının baş redaktoru olub. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

        2017–2024-cü illərdə Bakı Natiqlik Məktəbi İctimai Birliyinin sədri olub.

        Siyasi fəaliyyəti

        2003-cü ildə Azərbaycan Respublikası prezidentliyə namizəd Qüdrət Həsənquliyevin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü olmuşdur.

        2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndələrindən biri olmuşdur.

        2004–2013-cü illərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini, 30 aprel 2018 – 16 mart 2024-cü illərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin ictimai-siyasi məsələlər üzrə müavini vəzifələrində çalışıb. 16 mart 2024-cü ildə keçirilən qurultayda partiyanın adı dəyişdirilib və Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılıb. O, həmin vaxtdan ƏHD Partiyası sədrinin ictimai-siyasi məsələlər üzrə müavini olub. Bu vəzifədən 29 sentyabr 2025-ci ildə azad edilib. O, 2025-ci ilin oktyabrın 13-də "müstəqil siyasi analitika ilə məşğul olmaq istədiyi" əsas gətirilərək ƏHD Partiyası sıralarından xaric edilib. Elçin Mirzəbəyli mediaya açıqlamasında qərardan xəbərsiz olduğunu, bu barədə mətbuatdan məlumat aldığını bildirib.

        Parlamentdə

        2024-cü il növbədənkənar parlament seçkilərində 90 saylı Ağsu Seçki Dairəsinə ƏHD Partiyasının üzvü kimi seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.

        Milli Məclisin Elm və təhsil komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

        2024-cü il oktyabrın 8-də Azərbaycan — Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

        Elçin Mirzəbəyli həm də Azərbaycan-Belarus, Azərbaycan-Bosniya və Herseqovina, Azərbaycan-İtaliya, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq, Azərbaycan-Norveç, Azərbaycan-Rusiya, Azərbaycan-Serbiya, Azərbaycan-Slovakiya parlamentlerarası əlaqələr üzrə işçi quruplarının üzvüdür.

        Kitabları

        • "Bir gecənin tənhalığı" şeir kitabı.
        • "İtirilmiş vaxtın adamı" şeir kitabı.
        • "Poz bu sükutu" şeir kitabı.
        • "Sevgi məktubları" şeir kitabı
        • "Anamın duası" şeir kitabı

        Filmoqrafiya

        1. "Vicdan haqqı" — şeirlərindən istifadə olunub.

        Mükafatları

        • 21.07.2010 — Azərbaycan "Tərəqqi" medalı.
        • 2013-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Basın Onur Ödülünə (Mətbuat Şərəf Mükafatı) layiq görülüb.
        • 2013-cü il iyulun 22-də Ali Media Mükafatı ilə təltif olunub. [ölü keçid]
        • Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 iyul tarixli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub
        • 22 iyul 2020 — Azərbaycan Azərbaycan Respublikasının əməkdar jurnalisti
        • 22 iyul 2025 — "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı

        vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elçin mirzəbəyli sözünün mənası, elçin mirzəbəyli haqqında məlumat. elçin mirzəbəyli nədir? elçin mirzəbəyli nə deməkdir?

        ←Növbəti YazıƏvvəlki Yazı→
        Ən Oxunanlar - Vikipediya
        • Fevral 27, 2026

          Tambov

        • Fevral 27, 2026

          Jan Şarden

        • Fevral 27, 2026

          Zuxruf surəsi

        • Fevral 27, 2026

          Təcrübə

        • Fevral 27, 2026

          Arayik Harutyunyan

        Trend Mahnılar
        • Fevral 22, 2026

          Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

        • Fevral 17, 2026

          Selale Sesli - Gel mene addim addim Remix

        • Mart 06, 2026

          Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

        • Fevral 17, 2026

          Xumar Qedimova - Dünya

        • Fevral 17, 2026

          Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

        Studia

        • Vikipediya
        • Musiqi

        Xəbər Bülleteni Abunəliyi

        Əlaqə Saxlayın
        Bizimlə Əlaqə
        © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
        Müəllif hüquqları: Dadash Mammadov
        Üst