Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1968-ci ildə əmək fəaliyyətinə başlamışdır. Əvvəl Bülbülə kəndində yerləşən "Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri" idarəsində işləmişdir.

Elxan Kərimov

  • Ana Səhifə
  • Vikipediya
  • Elxan Kərimov

Elxan Kərimov — Azərbaycan fotoqrafı

Elxan Kərimov
Doğum tarixi 28 dekabr 1948
Doğum yeri Bülbülə, Bakı, Azərbaycan SSR
Vəfat tarixi 19 dekabr 2010 (61 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Dəfn yeri Bülbülə, Bakı, Azərbaycan SSR
Fəaliyyəti Foto müxbir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olmuşdur.

1957–1967–ci illərdə 208 saylı orta məktəbi bitirmişdir.

1968-ci ildə əmək fəaliyyətinə başlamışdır. Əvvəl Bülbülə kəndində yerləşən "Quyuların sınaqdan keçirilməsi və əsaslı təmiri" idarəsində işləmişdir.

1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan "Gənc müəllim" qəzetində foto müxbir işləmişdir.

1973–1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini bitirmişdir.

1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir.

1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan "Azərbaycan müəllimi", "Bakı", "Baku" və s qəzetlərdə çap olunmuşdur.

1997-ci ildə Türk beynəlxalq iş adamları "Dialoq" aylıq jurnalında foto müxbir vəzifəsində çalışmışdır. Daha sonra öz fəaliyyətini "Tüsiab" jurnalında davam etdirmişdir.

1998-ci ildə "Azadlıq" qəzetində baş foto müxbir vəzifəsində işləmişdir.

Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülmüşdür.

2004-cü il mayın 28-də "Aзeрбaйджaнcкиe Извecmия" tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar Sertifikata layiq görülmüşdür

2006-cı ildə 21 iyulunda "Foto (illürtrasiya)" nominasiya üzrə "Media Açarı 2006" mükafatına layiq görülmüşdür.

2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilmişdir.

Elxan Kərimovun çəkdiyi foto şəkillər resbublikada çıxan qəzet və jurnallarda yayımlanmaqdadır.

Azərbaycanın "Turan İnformasiya Agentliyi"ndə baş foto müxbir vəzifəsində çalışmış, 21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülmüşdür.

Fotojurnalist Elxan Kərimov 19 dekabr 2010-cu ildə vəfat etdi. O, uzun müddət idi ki, ürək ağrılarından əziyyət çəkirdi. Elxan Kərimov anadan olduğu Bülbülə kəndində torpağa tapşırıldı.

Ailəli idi. 3 övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elxan kərimov sözünün mənası, elxan kərimov haqqında məlumat. elxan kərimov nədir? elxan kərimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Oxçuçay

  • Fevral 27, 2026

    Qarışqa

  • Fevral 27, 2026

    Ayaks AFK

  • Fevral 24, 2026

    Azərbaycan Ordusu

  • Fevral 27, 2026

    Göyümtül yukka

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst