Elxan Abdullayev (19 may 1970, Bakı) — Azərbaycanlı futbolçu və futbol məşqçisi.
| Elxan Abdullayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Elxan Ruslan oğlu Abdullayev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 19 may 1970 (55 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 187 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 75 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | müdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vəzifəsi | məşqçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1987-ci ildə S. M. Kirov adına Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1999–2000-ci illərdə Leypsiq İdman Universitetinin futbol fakültəsini bitirmişdir. 2010-cu ildə, Ukrayna Futbol Federasiyasının Kiyevdəki lisenziyalaşdırma mərkəzində təhsilini başa vurduqdan sonra bütün Avropa ölkələrində peşəkar liqalarda işləmək hüququ verən Pro lisenziyası almışdır. Azərbaycanda ilk Pro-lisenziyalı məşqçidir.
6 dili bilir: azərbaycan, rus, türk, ingilis, çex və slovak.
Sovet dövründə Azərbaycan futbol tarixinin ən yaxşı məşqçilərindən biri sayılan, SSRİ idman ustası, Azərbaycan SSR-nin əməkdar məşqçisi Ruslan Abdullayevin oğludur.
Karyerası
Oyunçu karyerası
Peşəkar futbol karyerasına 1989-cu ildə SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında Azərbaycan SSR-ini təmsil edən "Termist" Bakı komandasında müdafiəçi kimi başlamışdır.
Eyni zamanda "Dinamo" Bakı,"Azəri" Bakı,"Turan" Tovuz," Xəzri" Buzovna klublarında çıxış etmişdir (1991-ci il mövsümündə də" Neftçi"yə keçid etsədə, amma oynamadı).
1994/95 mövsümündə o dövrdə atası Ruslan Abdullayevin rəhbərlik etdiyi Slovakiyanın Pyeştyani futbol klubunda oynamışdır.
Məşqçi karyerası
Məşqçilik karyerasına "Neftçi"nin əvəzedicilərinin baş məşqçisi vəzifəsində başlamışdır. 2000-ci ildə, sonradan adı "Bakı" olaraq dəyişdirilən "Dinamo" futbol klubunun baş məşqçisi vəzifəsində çalışmışdır. 2002-ci ilə qədər baş məşqçi, 2002–2004-cü illərdə baş məşqçinin köməkçisi vəzifəsində olmuşdur. 2004-cü ildə yenidən "bakılılar"ın baş məşqçisi təyin edilmişdir.
Daha sonra karyerasını Ağdamın "Qarabağ" klubunda davam etdirmişdir. 2004–2005-ci illərdə baş məşqçinin köməkçisi, 2005-ci ildə klubun baş məşqçisi olub.
2007–2010-cu illərdə İnter Bakıda baş məşqçisinin köməkçisi, 2011–2012-ci illərdə isə Şüvəlan AZAL-ının baş məşqçisi kimi çalışmışdır.
2010–2011-ci illərdə Qazaxıstanın Atırau klubunun baş məşqçisinin köməkçisi vəzifəsində çalışıb.
2016-cı il 15 sentyabrda "Neftçi"yə baş məşqçi təyin edilmişdir.
Milli
Baş məşqçinin köməkçisi kimi Azərbaycanın gənclər və milli futbol yığmalarında çalışıb.
Ailəsi
Evlidir, 2 övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elxan abdullayev sözünün mənası, elxan abdullayev haqqında məlumat. elxan abdullayev nədir? elxan abdullayev nə deməkdir?